Camal Paşa (əsl adı Əhməd Camal) (6 may 1872[1][2][…], Mitilini[3] – 21 iyul 1922[1][2][…], Tiflis[3]) — Türkiyə dövlət və hərbi xadimi. "Gənc türklər" inqilabının (1908) və "İttihad və tərəqqi" partiyasının liderlərindən biri.
Camal paşa | |
---|---|
Əhməd Camal paşa | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Türkiyə |
Vəfat tarixi | (50 yaşında) |
Vəfat yeri | Tiflis, Gürcüstan |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, zabit, əsgər |
Fəaliyyət illəri | 1893-cü ildən |
Partiyası | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
1913 ildə İstanbulun hərbi qubernatoru, 1914-18 illərdə dəniz naziri olmuşdur. Ənvər paşa və Tələt paşa ilə birlikdə hakim triumviratın (üçlüyün) üzvü olmuşdur. 1914-17 illərdə Suriya və Fələstindəki türk ordularına komandanlıq etmişdir. 1918-22 illərdə Almaniya, İsveçrə və Əfqanıstanda mühacirətdə olmuşdur. Daşnaksutyun partiyası uydurma "erməni soyqırımı"na görə, Tələt paşa kimi onun da qətlə yetirilməsi barədə hökm çıxarmışdı. Əfqanıstandakı səfirlikdə müşavir olan Camal paşa geri qayıdarkən Tiflisdə Daşnaksutyun partiyasının üzvü tərəfindən qətlə yetirilmişdi.