Camelus

Dəvə (lat. Camelus) – dəvəkimilər fəsiləsinə aid heyvan cinsi.

Dəvə
Elmi təsnifat
Beynəlxalq elmi adı

Şəffaf göz qapağı

[redaktə | mənbəni redaktə et]

Dəvələrin gözləri qum fırtınalarından qorunmaq üçün 3 qapaqlıdır. Lakin məlum olduğu kimi, göz qapaqlarımızı yumduqda kənar mühiti görə bilmərik. Ona görə, səhrada uzun yol qət edən dəvə qum fırtınası olduqda gözü görmədən yoluna davam edə bilməz. Bu şəffaf göz qapaqları eynək kimi heyvanın gözlərini qumdan qoruyur, həm də gözləri qapalı ikən işığı görməsini təmin edir. Uzun, sıx yaradılmış kirpiklər də lazımi ehtiyacı ödəyir. Bundan əlavə, gözlərin ətrafındakı möhkəm sümüklər həm zərbələrə, həm də günəş şüalarına qarşı gözü qoruyur.

Dəvələrin həzm sistemi səhradakı məhdud qida müxtəlifliyinə uyğun yaradılmışdır. Dəvələr yem tapmadıqda qida hesab olunmayan kauçuk, tikan kimi maddələr yeyirlər. Güclü dişləri, yarıq üst dodaqları və xüsusi ağız quruluşu sayəsində belə maddələri asanlıqla yeyə bilirlər. Əlbəttə, hər şeyi həzm edən güclü mədələri də buna kömək olur. Mədə seliyinin parçalayıcı təsiri ilə ən bərk maddələri də həzm edirlər. Digər məməlilərin mədəsi 1 kameralı olur, dəvələrin isə mədəsinin 800 kamerası var. Qida və su bu kameralarda saxlanılır. Bundan əlavə, dəvələr mədələrindəki həzmə kömək edən bakteriyalar vasitəsilə digər canlıların həzm edə bilmədiyi sellülozanı asanlıqla həzm edirlər. Normal şərtlərdə gündə 30–50 kilo qida qəbul edən dəvələr çətin şəraitdə gündə sadəcə 2 kq quru otla bir ay yaşaya bilirlər.

İfrazat sistemi

[redaktə | mənbəni redaktə et]

Dəvələrin böyrəkləri səhra şəraitinə uyğun olaraq az miqdarda maye ilə işləyir. Dəvələr möcüzəvi xüsusiyyətə malik böyrəkləri sayəsində su tapmadıqda, duzlu dəniz suyu içə bilir. Suyun geri sorulmasını təmin edən sidik kanalı da digər heyvanlardakından daha uzundur. Beləliklə, daha çox su geri sorulur və su itkisi az olur. Beləcə, su qıtlığı zamanı gündəlik 5–10 litrlik sidik ifrazını 90% azalda bilirlər. Normal şərtlərdə məməlilərin böyük hissəsi böyrəklərində yığılmış sidik qana qarışdıqda zəhərlənib ölür. Dəvələrdə isə vəziyyət fərqlidir. Dəvələrin böyrəkləri bədənlərindəki sidiyi təmizləyərək dəfələrlə qaraciyərdən keçirir. Bu yolla sudan və qidalardan maksimum faydalanırlar.

Boğazlıq dövrü

[redaktə | mənbəni redaktə et]

Dəvələrin boğazlıq müddəti 13 aydır. Bala dəvələr, əsasən, qış fəslində doğulurlar. Doğuş vaxtı quraq səhranın təzə otlarla örtüldüyü və çoxlu su quyusunun olduğu dövrə düşür. Balalar 1.5 il ərzində ana südü ilə qidalanırlar. Ancaq quraq mühitdə südə də qənaət etmək lazımdır. Süd ancaq balaya südvermə vaxtlarında gəlir.

Nəqliyyat vasitəsi kimi

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda dəmir yolu çəkilənə qədər at, qatıruzunqulaqdan fərqli olaraq dəvə əsas yük heyvanı sayılırdı. Çünki bir dəvənin yükü 2–3 at yükünə bərabər idi. Yüklü dəvə bir gündə fasiləsiz olaraq 30–35 km, fasilə ilə isə 50 km-ə qədər yol gedə bilirdi. Yüklü dəvənin sürəti saatda 4–5 km-ə çatırdı. Dəvəyə vurulan yükün miqdara məsafədən asılı olaraq müəyyən edilirdi. Hər dəvənin yükü öz çəkisinin təxminən yarısına bərabər olmalı idi.

Azərbaycanda istehsal olunan ipək, kətan, pambıq, taxıl, boyaq maddəsi, neft, duz, şərab və s. məhsullar istər daxili, istərsə də xarici bazardan dəvə karvanları ilə daşınırdı. XIX əsrin 70-ci illərinə aid bir mənbədə deyilir ki, hər il Gədəbəydən Rusiyaya göndərilən 40 min puda qədər mis Bakıya qədər dəvələrlə gətirilirdi.

Dəvədən yükdaşıma vasitəsi kimi hərbi yürüşlar zamanı da geniş istifadə edilmişdir. Bu zaman lazım olan ərzağı və döyüş sursatını dəvə ilə daşımağa üstünlük verirdilər. Rus elçisi A. Volınski İrana səfər edərkən səyyar mağaza üçün 2000 manatlıqdan çox (təx. 28–34 baş) dəvə satın almışdı.

1826–1828-ci illər Türkiyə-Rusiya müharibəsi zamanı çar ordusu öz ordusunu yük heyvanları ilə təmin etmək üçün Azərbaycanda yerli əhalidən çoxlu miqdarda dəvə, at və öküz almışdı.

Adətən, bir neçə baş dəvəsi olanlar çarvadarlıqla məşğul idilər. Şarvadarlıq Quba, Şamaxı, QəbələXaçmaz kəndləri arasında geniş yayılmışdır. Təkcə Şamaxı qəzasında XIX əsrin 80-ci illərində 4282 baş dəvə var idi, həmin dəvənin sahibləri çarvadarlıqla məşğul olurdu. Dəvə ilə yük daşımaq üçün yükünü növündən asılı olaraq xüsusi dəvə çuvalından, sandıqlardan, səbətlərdən, tuluqlardan istifadə edilirdi. Əzilməyən şeylər (taxıl, un, qənd, duz) çuvala, silah, şüşə qablar və s. sandıq və səbətlərə, maye məhsulları (neft, şərab, su, bal) tuluqlara doldurulub daşınırdı.

Dəvəni yükləmək üçün onların birhürgüclülərini cahazlayır, ikihürgüclülərini isə alıqlayırdılar. Bundan sonra hazırlanmış yüklər (taylar) bir-birindən təxminən 1, 5–2 m aralı qoyulduqdan sonra, yük taylarını dəvəyə yaxın çəkir, kiçik ağacla dəvənin qabaq qıçlarına vurub onu xıxırdırdılar. Yükü ilgəkli ip və çiliklə bir-birinə çatır və dəvəzi durquzurdular.

  1. Integrated Taxonomic Information System (ing.). 2012.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0