Cibuti (ərəb. جيبوتي, fr. Ville de Djibouti) — Cibutinin paytaxtı və ən böyük şəhəri. Əhalisi 2009-cu ilin hesablamalarına görə 567 000 nəfərdir. Hind okeanının Tacura körfəzi sahilində liman şəhəridir.
Cibuti şəhəri | |
---|---|
Ville de Djibouti جيبوتي | |
11°35′42″ şm. e. 43°08′53″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1888 |
Mərkəzin hündürlüyü | 14 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Şəhərin əsası 1888-ci ildə ispan Eloy Pino tərəfindən liman şəhəri kimi qoyulmuş, 1891-ci ildə Fransız Somalisinin paytaxtı olmuşdur. 1977-ci ildə Fransadan müstəqillik qazandıqdan sonra Cibuti dövlətinin paytaxtıdır.