Don Sovet Respublikası (rus. Донская советская республика, translit. Donskaya Sovetskaya Respublika) — Rusiya vətəndaş müharibəsi dövründə RSFSR-nin bir parçası olaraq Kamensk-Şaxtinski şəhərində yaradılan və sadəcə iki ay mövcud olmuş dövlət.
RSFSR respublikası | |||
Don Sovet Respublikası | |||
---|---|---|---|
Донская советская республика Donskaya Sovetskaya Respublika | |||
|
|||
|
|||
|
|||
Paytaxt |
Kamensk-Şaxtinski Rostov-na-Don Çaritsin (sürgündəki) |
||
Rəsmi dilləri | rus dili | ||
Dövlət dini | ateizm | ||
İdarəetmə forması | Sosialist respublika | ||
Xalq Komissarları sovetinin sədri | |||
• 1918 | Fyodor Q. Podtyolkov |
Don Hərbi oblastı ərazisində hakimiyyət qurmağı güdən respublika, Rusiya vətəndaş müharibəsi zamanı Ağ hərəkatın regiondan çəkilməsindən sonra, yəni 23 may 1918-ci ildə qurulmuşdur. Həmin ilin may ayında gerçəkləşən Don kazak üsyanı və Brest-Litovsk sülh müqaviləsinin imzalanmasından sonra Almaniya İmperiyasının qüvvələrinin regiona daxil olması ilə bolşeviklər Don vilayəti ərazisindən qovulmuşdur. Don kazakların qurduğu Don Respublikası Don Soveti ilə əvəz edilmişdir.
Don Sovet Respublikası Aleksey Kaledin rəhbərliyindəki Don kazaklarından ibarət olan Ağ hərəkatın və Könüllü ordunun regiondan çəkilməsindən sonra, yəni 23 mart 1918-ci il tarixində, Yekaterinoslav quberniyası və Don Hərbi oblastı ərazisində, Kamensk-Şaxtinski şəhərində qurulmuşdur. Dövlətin paytaxtı Rostov-na-Donu şəhəri elan edilmişdi. 9-14 aprel 1918-ci il tarixlərində regional bir sovetlər konqresi keçirilmişdir. Konqresin nəticəsi olaraq, 26 bolşevik və 24 sol sosialist inqilabçıdan ibarət olan Mərkəzi İcraiyyə Komitəsi (M.İ.K.) yaradılmışdır. M.İ.K. öz növbəsində Xalq Komissarları sovetini (Sovnarkom) yaratmış və qırmızı kazak olan Fyodor Podtyolkovu rəhbər seçmişdir. Dövlətin müdafiə ehtiyacını təmin etmək üçün Serqo Orconikidze rəhbərliyindəki bir Fövqəladə Heyət yaradılmışdır.[1]
Don Sovet Respublikası ərzaq rekvizitləri və şübhəli "əks-inqilabçılar"ın edamından sonra dəstəyini itirməyə başlamışdır. Aprel ayında ümumi bir Don kazak üsyanı qaldırılmışdı. 1 may tarixindən etibarən Almaniya İmperatorluğunun qoşunları Brest-Litovsk sülh müqaviləsinin nəticəsi olaraq regionun ərazilərinə daxil olmuşdur. Pyotr Krasnov rəhbərliyindəki Don kazakları 6 mayda Almaniya İmperatorluq qüvvələri tərəfindən işğal edilən Rostov-na-Donu şəhərini azad etdilər. Respublika rəhbərlərinin əksəriyyəti Tsaritsın şəhərinə qaçdı, fəqət rəhbərlərdən biri olan Fyodor Podtyolkov üsyançılar tərəfindən əsir alınmış, daha sonra isə edam edilmişdi. Don Sovet Respublikasının ərazini Don kazak üsyançılar tərəfindən tamamilə işğal edildi. Buna qarşı olaraq, Moskvadakı Sovet hökuməti respublika rəhbərlərinin Tsaritsında olduğunu nəzərə alaraq, Don Sovet Respublikasının varlığını sentyabr ayına qədər tanıdı.[2]