Egey dənizi zəlzələsi (2020)

Egey dənizi zəlzələsi — 30 oktyabr 2020-ci ildə Türkiyə vaxtı ilə saat 14:51-də, Yunanıstanın Samos adası və Türkiyənin İzmir vilayətinin Səfərihisar ilçəsindən 23 km məsafədə yerləşən Quşadası körfəzində 16,5 km dərinlikdə, 6.6 Mw böyüklüyündə meydana gələn zəlzələ.[1][9]

Egey dənizi zəlzələsi
Zəlzələ sonrası dağılan bina
Zəlzələ sonrası dağılan bina
Tarix
  • 30 oktyabr 2020
    15:51 (AZV)
Maqnituda 6.6 Mw (AFAD)[1]
6.9 Mw (Kandilli)[2]
7.0 Mw (USGS)[3]
Hiposentrin dərinliyi 16.5 km (AFAD)
11.8 km (Kandilli)
21.0 km (USGS)
Episentrin yeri 37°55′05″ şm. e. 26°47′24″ ş. u.
Quşadası körfəzi, İzmir
Əhatəsi Türkiyə Türkiyə
Yunanıstan Yunanıstan
Sunami Bəli[4]
Ölənlər 6 ölü[1]
Xəsarət alanlar 257 yaralı[1][5][6]
Afterşoklar Maksimum 5.2 Mw şiddətində olmaqla 157 yeraltı təkan[7][8]
Xəritədə yeri
Egey dənizi zəlzələsi xəritədə
Egey dənizi zəlzələsi xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kandilli rəsədxanası zəlzələnin 6.9 Mw, AFAD 6.6 Mw, Amerika Birləşmiş Ştatları Geoloji Tədqiqatları Qurumu isə 7.0 Mw şiddətində olduğunu bildirmişdir.[1][2][3]

Əvvəllər bölgədə 2017-ci ildə 6.6, 2014-cü ildə 6.9 bal gücündə zəlzələlər olmuşdur.[10][11]

Zəlzələdən sonra bölgədə ən böyüyü 5.2 Mw şiddətində olan 157 yeraltı təkan qeydə alınmışdır.[8]

Mərmərə regionunun böyük bir hissəsində, xüsusilə Egey regionunun bütün şəhərlərində hiss olunan zəlzələdən sonra sunami meydana gəldi.[12] AFAD tərəfilən verilən məlumatlara əsasən, 6 nəfər həyatını itirmiş, 257 nəfər yaralanmışdır.[5] İzmirin BayraqlıBornova ilçələrində 20-dən çox bina dağılmışdır. Yunanıstanda isə 2 nəfər həyatını itirmiş, 10 nəfər yaralanmışdır. Həmçinin Samos adasında yer alan Bakirə Məryəm kilsəsi də zərər görmüşdür.[6]

Yardım əməliyyatları

[redaktə | mənbəni redaktə et]

Zəlzələdən dərhal sonra Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca hadisə yerinə təxminən 40 təcili yardım avtomobili, 35 xilasetmə qrupu və iki təcili yardım vertolyotunun, Müdafiə Nazirliyindən isə bir təyyarənin ayrıldığı bildirilmişdir.[13][14] Türk Qırmızı Aypara Cəmiyyəti tərəfindən isə zəlzələdən zərər çəkənlərə ərzaq təmin etmək üçün altı şəhərdən komandalar göndərildi. İzmirdə gecəyə qədər 13 binada davam edən axtarış və xilasetmə işlərinə 1200-dən çox işçi cəlb edildi.[15] Türk səlahiyyətlilər, gecə ərzində 70 nəfərin xilas edildiyini bildirmişdir.[16] Bununla yanaşı, yerli rəhbərliyin bir gecədə təxminən 2000 insanın yerləşə biləcəyi çadırların qurulduğunu da açıqlamışdır.[12][17]

  • ABŞ ABŞ — ABŞ səfirliyi zəlzələdə həyatını itirənlərlə bağlı təəssüf hissi keçirdiklərini bildirdi.[18]
  • Almaniya Almaniya — Almaniyanın Ankaradakı səfirliyi Twitter hesabından: "İzmirdəki zəlzələdən sonra düşüncələrimiz qurbanların və yaxınlarının yanındadır. Keçmiş olsun, İzmir!" mesajını yayımladı.[18]
  •  Albaniya — Albaniya səfiri Kastriot Robo, "Bu çətin anlarda dostlarımızın yanındayıq." deyə bildirdi.[18]
  •  Avstraliya — Avstraliyanın Türkiyədəki səfiri Mark İnnes-Braun, "İnsanları xilas etmək üçün gərgin şəkildə işləyən təcili yardım qrupuna ən yaxşı istəklərimizi çatdırırıq." deyə bildirdi.[18]
  • Azərbaycan AzərbaycanAzərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vuraraq zəlzələ ilə əlaqədar üzüntü hissi keçirdiyini vurğulayıb. O, həmçinin Türkiyəyə hər cür yardım göstərməyə hazır olduqlarını da bildirmişdir.[19] Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopa başsağlığı mesajını bildirdi.[20]
  • Böyük Britaniya Birləşmiş Krallıq — Birləşmiş Krallıq səfiri Dominik Kilkot "İngiltərə, hər zaman olduğu kimi, Türkiyənin yanındadır." deyə başsağlığı mesajını bildirmişdir.[18]
  • Fransa Fransa — Fransa Daxili İşlər Naziri Gerald Darmanin, Egey dənizindəki zəlzələ səbəbiylə Türkiyə və Yunanıstanda təcili yardıma ehtiyac təqdirdə daim hazır olduqlarını bildirdi.[21]
  • İsrail İsrail — İsrail Müdafiə naziri Benni Qantz, zəlzələ bölgəsinə axtarış xilasetmə qrupu göndərməyə və sahə xəstəxanası qurmağa hazır olduqlarını bildirdi.[22]
  • Qətər Qətər — Qatar səfirliyi: "Türkiyənin İzmir vilayətindəki zəlzələ səbəbilə Türk hökuməti və qardaş türk xalqına başsağlığımızı bildirir, tez bir zamanda yaxşılaşmalarını ümid edirik." deyə açıqlama etmişdir.[23]
  • Pakistan Pakistan — Pakistan Xarici İşlər Nazirliyi: "Xalqımız hər zaman türk qardaşlarımızın yanındadır. Həmrəyik. Dualarımız sizinlədir." deyə bildirmişdir.[24]
  • Özbəkistan ÖzbəkistanÖzbəkistan Prezidenti Şavkat Mirziyayev zəlzələdə həyatını itirənlər üçün başsağlığı mesajını çatdırdı.[24][25]
  • Ukrayna Ukrayna — Ukrayna səfiri Andri Sybiha həyatını itirənlərə başsağlığını bildirmiş və yaralananların tezliklə yaxşılaşmasını arzu etmişdir.[26]
  • Yunanıstan Yunanıstan — Yunanistan Xarici İşlər Naziri Nikos Dendias, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluna başsağlığı mesajını çatdırmışdır.[24]
  • Yaponiya Yaponiya — Yaponiya baş naziri Yoşihide Suqa Rəcəb Tayyib Ərdoğana başsağlığı mesajı çatdırmışdır. Suqa mesajında Türkiyə və Yaponiyanın keçmiş zəlzələrdə həmişə bir-birilərini dəstəklədiklərini və Yaponiya xalqının daim Türkiyənin yanında olduğunu bildirmişdir.[27]

Beynəlxalq təşkilatlar

[redaktə | mənbəni redaktə et]
  •  Avropa İttifaqıAvropa Birliyi Şurası başçısı Karls Maykl "Egey dənizi sahillərində, Yunanıstan və Türkiyədə baş vermiş güclü zəlzələ ilə əlaqədar bütün irəliləyişləri yaxından izləyirik." deyə bildirdi. Avropa Birliyi Türkiyə nümayəndə heyəti lideri və səfir Nikolaus Meyer-Landrut zəlzələdə həyatını itirənlərlə bağlı dərin kədər hissi keçirdiyini bildirmiş, "Avropa Birliyi, zəlzələ qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzu edirəm. Avropa Birliyi Türkiyənin yanındadır." deyə ifadələr istifadə etmişdir.[28]
  •  NATONATO baş katibi Yens Stoltenberq, Türkiyə və Yunanıstana yardım üçün hazır olduqlarını bildirdi.[24]
  • Türk Şurası — Türk Şurasının baş katibi Bağdad Amreyev, Türk Şurasının Türk xalqının yanında olduğunu ifadə edərək başsağlığı mesajı verdi.[29]
  1. 1 2 3 4 5 "İzmir Seferihisar Depremi Duyuru – 4 (30.10.2020-18.00)". (AFAD) (türk). 2020-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2020.
  2. 1 2 "Son Depremler". Kandilli rəsədxanası (türk). 2020-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2020.
  3. 1 2 "M 7.0 - 15 km NNE of Néon Karlovásion, Greece". earthquake.usgs.gov (ingilis). 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2020.
  4. "İzmir'de deprem sonrası tsunami! Dehşet anları kamerada | Video". Sabah (türk). 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2020.
  5. 1 2 "İzmir'de 6,6 büyüklüğünde deprem". TRT Haber (türk). 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2020.
  6. 1 2 "Σεισμός Σάμος: 10 τραυματίες μετά την ισχυρή δόνηση". CNN (yunan). 30 oktyabr 2020. 2021-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2020.
  7. "Son dakika… İzmir'de deprem fırtınası! Çok sayıda artçı meydana geldi…". Hürriyət (türk). 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2020.
  8. 1 2 "Şiddetli depremin ardından 157 artçı deprem meydana geldi". Sözcü (türk). 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2020.
  9. "Son dakika: İzmir'deki 6.6 büyüklüğündeki depremde son dakika gelişmesi: Enkaz altındakilere telefonla ulaşma çabası". Hürriyət (türk). 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2020.
  10. "Kandilli Rasathanesi depremin büyüklüğünü 6.6 olarak açıkladı". NTV (türk). 2017-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2020.
  11. "M6.9 - 18km S of Kamariotissa, Greece". (USGS) (ingilis). 24 may 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2020.
  12. 1 2 "Earthquake hits Greece and Turkey, bringing deaths and floods". BBC News (ingilis). 30 oktyabr 2020. 2021-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2020.
  13. Akyavaş, Aziz; Saphora, Smith; Matthew, Mulligan. "Strong quake hits coastal Turkey and Greece, killing at least 14 and injuring over 400". Reuters (ingilis). 30 oktyabr 2020. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2020.
  14. "TSK'ye ait uçak AFAD ve jandarma ekiplerini bölgeye ulaştırmak için hareket etti". CNN Türk (türk). 30 oktyabr 2020. 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2020.
  15. Specia, Megan; Stevis-Gridneff, Matina. "In Turkey, a Frantic Rescue Effort After a Deadly Earthquake". The New York Times. 30 oktyabr 2020. 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2020.
  16. "Powerful Quake Strikes Major Turkish City, Greek Islands | Voice of America - English". Amerikanın səsi (ingilis). 30 oktyabr 2020. 2021-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2020.
  17. Rahim, Zamira. "Turkish Red Crescent mobilizes food assistance teams". CNN (ingilis). 30 oktyabr 2020. 2020-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2020.
  18. 1 2 3 4 5 "İzmir'de meydana gelen 6,6 şiddetindeki depremin ardından dünyadan Türkiye ile dayanışma mesajları". NTV (türk). 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2020.
  19. "İlham Əliyev Ərdoğana zəng etdi: "Dost və qardaş Türkiyənin yanındayıq"". baku.ws (az.). 2020-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2020.
  20. "Azerbaycan Milli Meclis Başkanı Sahibe Gafarova, TBMM Başkanı Prof. Dr. Mustafa Şentop'a İzmir'de meydana gelen deprem nedeniyle geçmiş olsun ve taziye dileklerini iletti". Türkiyə Böyük Millət Məclisi (türk). 30 oktyabr 2020. 2020-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2020.
  21. Özcan, Yusuf. "Fransa'dan Ege Denizi'ndeki deprem dolayısıyla 'yardıma hazırız' mesajı". Anadolu Agentliyi (türk). 30 oktyabr 2020. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2020.
  22. "Anna Ahronheim". Twitter (ingilis). 30 oktyabr 2020. 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2020.
  23. "Qatar Embassy-Turkey". Twitter (ingilis). 30 oktyabr 2020. 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2020.
  24. 1 2 3 4 "'Yanınızdayız'... Dünyadan Türkiye'ye destek mesajları yağıyor". Türkiye Gazetesi (türk). 30 oktyabr 2020. 2020-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2020.
  25. "Özbekistan Cumhurbaşkanı, İzmir'deki deprem dolayısıyla Cumhurbaşkanı Erdoğan'a taziye mesajı gönderdi". TRT Avaz (türk). 30 oktyabr 2020. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2020.
  26. "Andrii Sybiha". Twitter (ingilis). 30 oktyabr 2020. 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2020.
  27. "İzmir'deki deprem için dünyadan taziye mesajları". Anadolu Ajansı (türkcə). 2 noyabr 2020. 2020-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2020.
  28. "Türkiye'deki diplomatik misyonlar, İzmir depremi için geçmiş olsun dileklerini iletti". Anadolu Agentliyi (türk). 30 oktyabr 2020. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2020.
  29. "Türk Konseyi Genel Sekreteri'nin İzmir'de meydana gelen deprem nedeniyle Türkiye Cumhuriyeti'ne taziye mesajı". Türk Şurası (türk). 30 oktyabr 2020. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2020.