Roqqeveenli Vilqefors

Roqqeveenli Vilqefors (pol. Vilgefortz z Roggeveen) – Polşa yazıçısı Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, sehrbaz kişi.

Roqqeveenli Vilqefors
pol. Vilgefortz z Roggeveen
Cadugər romanlar seriyası personajı
İlk görünmə Az qəddarlıq
Yaradan Andjey Sapkovski
Canlandıran Maheş Cadu
Məlumat
Cinsi kişi
Peşə druid, muzdlu, sehrbaz

Vilqefors Kovirin Lan Ekseter ərazisində doğulmuşdur. Onu druidlər tərbiyə etsələr də, sonradan Vilqefors özündə sehr bacarığı hiss etməyə başlamışdır. Tezliklə Vilqefors güclü sehrbaza çevrilir. Bir müddət sonra Vilqefors Emqır var Emreysin Nilfqaard taxtı uğrunda mübarizəsini dəstəkləyir, lakin, sonradan onların əməkdaşlığı bitir. Buna görə də, Nilfqaard Şimal krallıqlarına hücum edərkən Vilqefors krallıqları dəstəkləyir.

Teleseriallarda

[redaktə | mənbəni redaktə et]

ABŞ istehsalı olan Cadugər teleserialında Vilqefors rolunu aktyor Maheş Cadu tərəfindən canlandırılmışdır.[1]

  1. "Кто сыграет в сериале Ведьмак от Netflix". 2019-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-23.