Tissaya de Vrie (pol. Tissaia de Vries) – Polşa yazıçısı Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, sehrbaz qadın, Aretuza Sehrbazlıq Məktəbinin rektorissası.
Tissaya de Vrie | |
---|---|
pol. Tissaia de Vries | |
Cadugər romanlar seriyası personajı | |
Yaradan | Andjey Sapkovski |
Canlandıran | Mianna Byörinq |
Məlumat | |
Cinsi | qadın |
Peşə | sehrbaz |
Titul | arximagistr |
Sehrbaz olan Tissaya de Vrie Aretuza Sehrbazlıq Məktəbinin ən erkən tələbələrindən biri və dünyanın ən qocaman (təxminən 500 ilə yaxın yaşayıb) sehrbazlarındandır. Tissaya uzun müddət Aretuza Sehrbazlıq Məktəbinin rektorissası, Kapitulun üzvü olmuş və arximagistr rütbəsi qazanmışdır. O, sərt prinsiplərə - siyasi məsələlərdə neytral mövqe saxlamaq və digər irqlərlə sülh vəziyyətində yaşamaq – uyğun olaraq yaşamışdır. Sehr bacarığının ötürülməsi zamanı mutasiyaların qarşısını almaq üçün Arituza şagirdlərinin hamısının sterilizasiyası təşəbbüsünü irəli sürmüşdür.
Tissaya Vilqeforsun Maqlar ordeninə qarşı intiriqalarda iştirakından şübhələnir. Buna baxmayaraq Tanedd üsyanı zamanı həmkarları ilə birliyini nümayiş etdirmək üçün Vilqefors və Françeska Findabairi öz müdafiəsi altına götürür.
Orden daxilində yaranmış qarşıdurmadan qəzəblənən Tissaya de Vrie adadan müdafiə sehrini götürür və beləliklə də “dələlər”in adaya keçməsinə şərait yaradır. Qarşıdurma və döyüş bir çox maqların həyatlarını itirməsinə, Kapitul və Sovetin dağılmasına səbəb olur. Səhvini başa düşən Tissaya intihar edir.
ABŞ istehsalı olan “Cadugər” teleserialında Tissaya de Vrie rolunu aktrisa Mianna Byörinq canlandırmışdır.