Renfri

Renfri (pol. Renfri) – Polşa yazıçısı Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, Kreyden knyajnası.

Renfri
pol. Renfri
Cadugər romanlar seriyası personajı
İlk görünmə Az qəddarlıq
Yaradan Andjey Sapkovski
Canlandıran Kinqa İlqner
Emma Epplton
Məlumat
Ləqəb(lər)i Sorokaputka
Cinsi qadın
Peşə quldur
Titul knyajna

Sapkovskinin əsərində Renfri Kreyden knyazı Fredefalkın birinci evliliyindən olan qızı, Arideya adlı ikinci həyat yoldaşının ögey qızıdır. Arideya sehrli güzgü vasitəsiylə Renfrinin onun ölümünə səbəb olacağını öyrənir və bu haqqda sehrbazlara məlumat verir. Sehrbaz Streqobor isə belə qərara gəlir ki, knyajna mutantdır. O zaman qızı öldürməyə qərar verilsə də, Renfri xilas olur. Bundan sonra knyajna köçəri həyat yaşamağa başlayır, bir neçə il sonra isə yeddi cırtdandan təşkil edilmiş quldur dəstəsinə rəhbərlik edir. Bundan sonra Renfri “Sorokoputka” ləqəbi ilə tanınır və qəddarlığı ilə məşhurlaşır. On yeddi yaşı olarkən Renfri bütün Maxakamı qorxu altında saxlaya bilir. Blavikendə Rendri Geraltla qarşılaşır və bazar meydanında döyüş zamanı cadugər tərəfindən öldürülür.

Renfri-Sorokoputka obrazında Sapkovski ən məşhur klassik nağıllardan biri olan Ağbəniz və yeddi cırtdan nağılına ironik baxış təqdim etmişdir.

Polşa istehsalı olan “Cadugər” teleserialında Renfri rolunu Kinqa İlqner canlandırmışdır. ABŞ istehsalı olan eyni adlı serialda isə personaj Emma Epplton tərəfindən canlandırılmışdır. Əvvəlcə həmin rola Milli Breydinin götürülməsi planlaşdırılmışdır.[1] Renfri ilə bağlı epizod serialın pilot seriyasının süjet əsasını təşkil etmişdir.

  1. "Кто сыграет в сериале Ведьмак от Netflix". 2019-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-22.