Gilan İspahbadları

Gilan İspahbadları[1][2] (fars. اسپهبدان گیلان‎) və ya Gilan İspahbadlığı[1]İranda Talışlar tərəfindən idarə olunan kiçik knyazlıq.[1][3] Vladimir Minorskiyə görə 11-ci əsrdə qurulan bu knyazlığı ilk Talış dövləti hesab etmək olar. Paytaxtı əvvəlcə Şindan qalası[4], 14-cü əsrdən etibarən isə Astara olub.[5] Bu dövlət barədə məlumat olduqca azdır. Qətran Təbrizinin divanında Rəvvadi hökmdarı Vəhsudanın Ərdəbilə ordu göndərməsi və oranın hakimini özündən asılı salmasını qeyd etməsi onu göstərir ki, bu dövlət 11-ci əsrdən gec olmayaraq qurulub.[6]

Tarixi[redaktə | mənbəni redaktə et]

Vladimir Minorskinin fikrincə, Gilan və Muğan arasındakı ərazidə uzun müddət mövcud olmuş və hökmdarları ispəhbad və ya sipəhbad tituluna malik olan knyazlıq haqqında ətraflı məlumat demək olar ki, yoxdur.[2] İbn Xordadbehə görə,[a] Muğan Şəklə mənsub idi. 936-cı ilə doğru Muğanın ispəhbadı İbn-Dalüla, Gilanın üsyançı başçılarından olan Ləşkəri ibn-Mərdinin yanında yer alır ve Azərbaycanda kürd kökənli hökümdar Daysam ibn-İbrahimə qarşı çıxır. Yenə Minorksi öz əsərində qeyd edir ki, onların qərargahı Arazın şimal sahillərində idi fəaliyyətləri isə daha çox cənubda, Talışda mərkəzləşmişdi.[2] Minorski üsyançıların Gilanın sonrakı ispahbadlarıyla eyni kökdən gəlib gəlmədiyini təyin edə bilmədiyini deyir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Bazin, 1987. səh. 837
  2. 1 2 3 4 Vladimir Minorski, 1954. səh. 524
  3. Vladimir Minorski, 1978. səh. 981
  4. "Gīlāvā (Journal, magazine, 1992)". Seyidağa Onullahi (ingilis). 2022-03-23 tarixində arxivləşdirilib.
  5. "ĀSTĀRĀ i. Town and sub-province". Encyclopædia Iranica (ingilis). 2022-05-18 tarixində arxivləşdirilib.
  6. Vladimir Minorski, 1978. səh. 974

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. 885-ci ildən gec olmayaraq yazmışdır.