Hörümçək-adam (ing. Spider-Man) — 2002-ci ildə Sem Reyminin rejissorluğu ilə çəkilmiş, Marvel Comicsin eyniadlı personajının mənşə hekayəsindən bəhs edən ABŞ superqəhrəman filmidir. Nyu-Yorkda yaşayan filmin qəhrəmanı Piter Parker (Tobi Maquayr), ali məktəb tələbəsidir və o, Hörümçək-adamın super güclərini əldə etdikdən sonra cinayətkarlığa qarşı mübarizəyə başlayır. Filmdə, Kirsten Danst Piterin romantik münasibətdə olduğu Meri Ceyn Uotsonu, Uillem Dafoe Piterin düşməni olan Norman Osborn və ya gizli adı ilə Yaşıl qoblini, Rozmari Harris və Kliff Robertson Mey xala ilə Ben əmini, Ceyms Franko Piterin ən yaxın dostu Harri Osbornu, Conatan Simmons "Daily Bugle" qəzetinin baş redaktoru və nəşriyyatçısı Cey Cona Ceymsonu canlandırıb.
Hörümçək-adam | |
---|---|
ing. Spider-Man | |
Janr | elmi-fantastika filmi, dram filmi, superqəhrəman filmi |
Rejissor | |
Ssenari müəllifləri |
|
Baş rollarda |
|
Bəstəkar |
|
İstehsalçılar | Columbia Pictures |
Distribütor | InterCom[d], Columbia Pictures, Netflix, Sony Pictures Releasing[d], Disney+ |
İlk baxış tarixi | 3 may 2002, 5 may 2002, 17 may 2002, 16 may 2002, 10 may 2002, 23 iyun 2002, 6 iyun 2002[1], 12 iyun 2002 |
Müddət | 121 dəq. |
Büdcə | 139.000.000 $[2] |
Gəlir | 825.025.036 $[3], 407.022.860 $[4] |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Nyu-York, Los-Anceles |
IMDb | ID0145487 |
Vikianbarda əlaqəli mediafayllar |
Piter Parker cavan məktəbli botanikdir. Onun yalnız yaşlı dayısı və xalası vardır. Piteri məktbdə hamı ələ salır. Onunla yalnız varlı məktəbli Harri Osborn dostluq edir. Piterin isə Meri Ceyn Uotson adında qız dostu var və ona aşiqdir. Onunla bərabər Harri də Meriyə aşiqdir. Piter Parkerin həyatı bir gün bir hörümçək tərəfindən dişlənilməsiylə tamamilə dəyişir. Çünki bu hörümçək sıravi bir hörümçək deyil, genetik olaraq özəlliklə inkişaf etdirilmiş, elmi məqsədlərlə istifadə edilən bir təcrübədir. Bir müddət keçdikdən sonra Piterdə dəyişiklər baş verir. Piter əlindən gözlənilmədən hörümçək toru çıxarmağa başlayır. Beləliklə, Piter "Hörümçək-adam" kimi formalaşır. Piter boş vaxtlarında "Hörümçək-adam" adlı qəhrəmanının şəklini və geyimini yaradır. Bir neçə müddət sonra Piter insanları oğrulardan xilas edən qəhrəmana çevrilir.
Piterin tanıdığı Harri Ozbornun atası olan Norman Ozborn elm adamıdır. Norman müxtəlif təcrübələrlə məşğul olur. Bir gün gecə vaxtı uğursuz təcrübədən sonra onun əməkdaşı ölür. Lakin özü sağ qalaraq qəribə varlığa "Yaşıl qoblin"ə dönür. Zaman keçdikcə həmin varlıq insanları ələ keçirməyə başlayır. Bu müddətdə qəhrəman "Hörümçək-adam" insanları xilas etməklə məşğuldur. Quldurlardan biri Piterin dayısı Ben Parkeri öldürür. Piter isə bir müddətdən sonra qaydasız döyüş üzrə çempion olduqdan sonra döyüş meydanını tərk edərkən gözlənilmədən həmin quldura polislərdən qaçmağa kömək edir. Lakin sonradan Piter başa düşür ki, bu quldur onun dayısının ölümünə səbəb olub. Bu səbəbdən quldur binada olarkən Piter onu binadan yerə atır. Bu hadisədən sonra Piter başa düşür ki, onun əsas vəzifəsi cinayətkar aləmi ilə mübarizə aparmaqdır.
Vaxt keçdikcə "Yaşıl qoblin" Piterin sevdiyi qızı Meri Ceyni və funikulyor ilə birgə uşaqları ələ keçirir. "Hörümçək-adam" onun yanına gələn zaman "Yaşıl qoblin"dən ələ keçirdiyi insanları buraxmağı tələb edir. Lakin "Yaşıl qoblin" onun qarşısına iki məqsəd qoyur: Ya "Hörümçək-adam" sevdiyi qızı xilas etməli, ya da uşaqları xilas etməlidir. "Hörümçək-adam" həm Merini, həm də uşaqları xilas edir. Bu zaman "Hörümçək-adam" və "Yaşıl qoblin" arasında kəskin mübarizə başlayır. "Hörümçək-adam" çətinliklə də olsa mübarizədən sağ çıxır. "Yaşıl qoblin" Normana dönən zaman Piterə bu hadisənin oğlu Harriyə söyləməməsini istəyir və bu zaman ölür. Bu hadisə bitdikdən sonra Nomran qəbirdə basdırılır və Piter Harriyə bu haqda heç nə söyləmir. Harri isə ona deyir ki, atasının intiqamını "Hörümçək-adam"dan mütləq alacaqdır. Piterin sevgilisi Meri onun iki həyatlı insan olduğunu zənn edir.
Ad | Rol |
---|---|
Tobi Maquayr | Piter Parker (Hörümçək-adam) |
Uillem Defo | Norman Ozborn (Yaşıl qoblin) |
Kirsten Danst | Meri Ceyn Uotson |
Kliff Robertson | Ben Parker |
Ceyms Franko | Harri Ozborn |
Rozmari Harris | Mey Parker |
Brüs Kempbell | qaydasız döyüş yarışmasının aparıcısı |
№ | Başlıq | İfaçı | Müddət |
---|---|---|---|
1. | Theme from Spider-Man (Classic TV Series Theme Song) | Paul Francis Webster & Robert Harris | 1:01 |
2. | Hero | Chad Kroeger Feat. Josey Scott | 3:19 |
3. | What We're All About (Original Version) | Sum 41 Feat. Kerry King from Slayer | 3:35 |
4. | Learn to Crawl | Black Lab | 3:36 |
5. | Somebody Else | Bleu | 3:38 |
6. | Bug Bytes | Alien Ant Farm | 3:32 |
7. | Blind | Default | 3:11 |
8. | Bother | Stone Sour (credited as Corey Taylor) | 4:00 |
9. | Shelter | Greenwheel | 3:32 |
10. | When It Started | The Strokes | 2:56 |
11. | Hate to Say I Told You So | The Hives | 3:22 |
12. | Invisible Man | Theory of a Deadman | 2:40 |
13. | Undercover | Pete Yorn | 3:59 |
14. | My Nutmeg Phantasy (Tom Morello Mix) | Macy Gray Feat. Angie Stone və Mos Def | 4:29 |
15. | I — IV — V | Injected | 3:03 |
16. | She Was My Girl | Jerry Cantrell | 4:18 |
17. | Main Titles | Denni Elfman | 3:42 |
18. | Farewell | Denni Elfman | 4:43 |
19. | Theme from Spider-Man | Aerosmith | 2:57 |
20. | Na Jaane Kyoon | Strings | 4:34 |
21. | Even | Greyhoundz | 3:46 |
Piter Parkerin bufetdə Meri Ceynin naharını göydə padnosla tutduğu səhnənin çəkilməsi üçün 156 cəhd edilib və 16 saat sərf olunub.[5]