Harri Potter və Sirlər Otağı (film musiqisi)

"Harry Potter and the Chamber of Secrets original motion picture soundtrack" albomu 12 noyabr 2002-ci ildə satışa çıxarılmışdır. Baxmayaraq ki, film musiqisinin Con Vilyams tərəfindən yazılması və drijorluq ediləsi nəzərdə tutulmuşdur, Stiven Spilberqin "Tut məni, əgər bacarsan" filminin cədvəli ilə toqquşma yarandığından bəstəkar Uilyam Ross, Con Vilyamsın film musiqisini uyğunlaşdırmağı və musiqini ifa edən London Simfonik Orkestrına drijorluq etməyi öhdəsinə götürmüşdür.

Harri Potter və Sirlər Otağı
Con Vilyams tərəfindən ifa olunmuş film musiqisi
Növü film musiqisi
Yayımlanma tarixi 12 noyabr 2002
Janr film musiqisi
Müddət 70:08
Leybl Atlantic Records
Con Vilyams albomlarının xronologiyası
"Xüsusi fikir"
(2002)
"Harri Potter və Sirlər Otağı"
(2002)
"Tut məni, əgər bacarsan"
(2002)
 İcmallar
Tənqidçilərin qiyməti
Mənbə Reytinq
Filmtracks 4 5 dən ulduz4 5 dən ulduz4 5 dən ulduz4 5 dən ulduz4 5 dən ulduz
Movie Music UK 5 5 dən ulduz5 5 dən ulduz5 5 dən ulduz5 5 dən ulduz5 5 dən ulduz
Movie Wave 4 5 dən ulduz4 5 dən ulduz4 5 dən ulduz4 5 dən ulduz4 5 dən ulduz
SoundtrackNet 4 5 dən ulduz4 5 dən ulduz4 5 dən ulduz4 5 dən ulduz4 5 dən ulduz

Film musiqisinə altı yeni musiqi mövzusu daxildir: "Feniks Favkis", "Sirlər otağı", "Zlatapust Lokans", Ev elfi Dobbi", "Hörümçəklər" və "Zırıltılı Mirtl".

Çıxış dövründən etibarən albom kolleksiyaçılar üçün beş fərqli üz qabığı ilə təqdim edilmişdir. Hər bir üz qabığında fərqli obraz və ya Harri, RonHermiona birlikdə müxtəlif pozalarda təqdim edilirdi.

Film musiqisi 2003-cü ildə "Vizual media üçün ən yaxşı musiqi" nominasiyasında "Qremmi mükafatı"na namizəd göstərilmişdir. Albom "Billboard 200" hit-paradında 81-ci, "Top Soundtracks Chart"da isə 5-ci yerdə debüt etmişdir.[1] Yaponiya ərazisindəki dükanlarda 100,000 nüsxədən çox satış göstəricisinə görə albom RIAJ tərəfindən qızıl sertifikata layiq görülmüşdür.[2]

Baxmayaraq ki, albomda yer almayıb, həmin il Con Vilyams tərəfindən yazılmış və "Sirlər Otağı" film musiqisi albomundan bir müddət əvvəl çıxarılmış "Ulduz müharibələri. Epizod II. Klonların hücumu" film musiqisindən "Zam the Assassin and the Chase Through Coruscant" adlı musiqi "Sirlər Otağı" filmində Qviddiç səhnəsində istifadə olunub. Bunun dəqiq səbəbi bilinməsə də, vaxt məhdudiyyəti səbəbiylə belə bir addım atıldığı güm olunur.

Kompozisiyaların siyahısı

[redaktə | mənbəni redaktə et]
Orijinal kompozisiya siyahısı
BaşlıqMüddət
1."Prologue: Book II and the Escape from the Dursleys"3:31
2."Fawkes the Phoenix"3:45
3."The Chamber of Secrets"3:49
4."Gilderoy Lockhart"2:05
5."The Flying Car"4:08
6."Knockturn Alley"1:47
7."Introducing Colin"1:49
8."The Dueling Club"4:08
9."Dobby the House Elf"3:27
10."The Spiders"4:32
11."Moaning Myrtle"2:05
12."Meeting Aragog"3:18
13."Fawkes Is Reborn"3:19
14."Meeting Tom Riddle"3:38
15."Cornish Pixies"2:13
16."Polyjuice Potion"3:52
17."Cakes for Crabbe and Goyle"3:30
18."Dueling the Basilisk"5:02
19."Reunion of Friends"5:08
20."Harry's Wondrous World"5:02
Ümumi müddət:70:08
  1. Trust, Gary. "Weekly Chart Notes: Rihanna, Gwyneth Paltrow, the Beatles". Billboard. Nielsen Business Media, Inc. 24 November 2010. İstifadə tarixi: 3 aprel 2015.
  2. "GOLD ALBUM 他認定作品 2003年1月度" (PDF). The Record (Bulletin) (Japanese). Chūō, Tokyo: Recording Industry Association of Japan. 520: 13. March 10, 2003. September 28, 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 aprel 20015.