Hoqvarts işçiləri

Aşağıdaki personajlar Harri Potter romanlar seriyasındaki, Hoqvarts Sehrbazlıq və Cadugərlik Məktəbi'nin işçiləri, sakinləri və qurucularıdır.

Heyət və vəzifələri

[redaktə | mənbəni redaktə et]
Xarakter Ders / Yerləşmə Arxa plan
Katbert Binns Sehr tarixi Bütün seriya ərzində Sehr tarixi dərsinin müəllimidir. Hoqvartsdaki tək Ruh müəllim olma xüsusiyyətinə malikdir. Bir gün müəllimlər otağında bir kresloda uzandığı sırada yuxusunda öldüyü, daha sonra qalxıb dərsə getdiyi və bədənini ardında buraxdığı deyilir. Filmlərin heç birində özünə yer verilməmişdir.
Charity Burbage Maql Tədqiqatları Harri məktəbə başlamadan əvvəl Maql Tədqiqatları dərsinin müəllimi olmuşdur.
Albus Dambldor Müdir / Forma Dəyişdirmə
Arqus Filç Xadimə
Firenze Fal
Filius Flitvik Tilsim
Rubeus Haqrid Sehirli Məxluqların Qulluğu / Keşikçi
Rolanda Huç Uçuş Bütün seriya ərzində Qviddiç hakimi və birinci sinif şagirdlərinin uçuş təlimatçısı. Qısa, tikanlı və boz saçlara, adamın içini deşən gözlərə sahib olaraq verilib.
Gilderoy Lokhart Qaranlıq Sənətlərə Qarşı Müdafiə
Remus Lupin Qaranlıq Sənətlərə Qarşı Müdafiə
Minerva MakQonaql Forma Dəyişdirmə / Müdir Köməkçisi / Müdir
Alastor Mudi Qaranlıq sənətlərə Qarşı Müdafiə
İrma Pins Kitabxanaçı İlk olaraq Harry Potter və Fəlsəfə Daşı kitabında adı keçmişdir. Hoqvartsda Kitabxanadan məsuludur. Kitabxana qaydalarına son dərəcə bağlıdır. Kitabxanada səs-küy edilməsinə icazə verməz, icazəsi olmayanların Qadağan olunan Hissəyə girmələrini mane olar. Kitabxanada şokolad yeyilməsinə icazə verməz.
Poppi Pomfrey Tibb bacısı
Kuirinus Kuirell Qaranlıq sənətlərə Qarşı Müdafiə
Aurora Sinistra Astronomiya Bütün seriya ərzində astronomiya müəlliminin.
Horas Slaqhorn Eliksir
Severus Sneyp Eliksir / Müdir / Qaranlıq sənətlərə Qarşı Müdafiə
Pamona Spraut Bitki Elmi
Sibil Trolouni Fal
Dolores Ambric Qaranlıq sənətlərə Qarşı Müdafiə / Müdir
Septima Vektor Aritmiya Bütün seriya ərzində Aritmiya müəllimindir.

Əhəmiyyətli müəllimlər və personal

[redaktə | mənbəni redaktə et]

Arqus Filç, Hoqvarts cadugərlik və sehrbazlıq Məktəbində xadimə olaraq çalışmaqdadır. Harri Potter romanlar seriyasındaki bütün kitablarda adı keçməkdədir. Kitabda Arqus Filçin bir Qofti(Sehrbaz nəslindən gəlməsinə baxmayaraq heç bir sehr gücü olmayan insana verilən bir sözdür) olduğu deyilməkdədir. Bu görə şagirdləri sevməz. Xüsusilə Harri Potter, Fred və Corcdan nifrət edər. Harrinin seçilmiş adam olmasına baxmayaraq heç bir səhvini bağışlamaz. Qaydaçı, qatı bir xarakteri vardır. Işgəncəni sevməsi ilə sadist ruhlu biri olduğu ortaya ilk kitapa çıxmışdır. "Missis Norris" adında bir pişiyi vardır.

Filius Flitvik, Hoqvartsda Tilsim dərsi müəllimi və Ravenklou Bina sədridir. Çox qabiliyyətlidir. Gənckən duel çempionu idi. Bu sayədə Tilsim müəllimi olmuşdur. Boyu qısa olmasına baxmayaraq çox yaxşı duel edir. Hoqvarts Döyüşündə məktəbə bəzi qoruma caduları tətbiq etmişdir. Sevimli və məzəli bir müəllimdir. Möhkəm bir Dambldor dəstəkçisidir və Severus Sneypə nifrət edir. Boyu 1,16 smdir.

Gilderoy Lokhart

[redaktə | mənbəni redaktə et]

Gilderoy Lokhart, adı ilk olaraq Harry Potter və Sirlər Otağı kitabında keçmişdir. Sarı dalğalı saçları, parlaq mavi gözləri və inci kimi dişləriylə çox yaraşıqlıdır. Harri 'nin Qaranlıq sənətlərə Qarşı Müdafiə dərsinə girmişdir. Eqoist bir xarakteri vardır. Harry Potter və Sirlər Otağı kitabında sirlər otağının girişində Ronu qırıq əsasıyla cadu etmiş və cadu geri təpmiş və unutdurma ovsununu özünə etmişdir. St. Mungo Sehrli Xəstəliklər və Zədələri Xəstəxanasına aparılmışdır. Harri Potter və Simurq Ordeni kitabında təkrar adı keçmişdir. Lokhart, Rəngli geyimlər geyən, ucu iti cadugər şapkası istifadə edən, dalğalı saçlı, qürurlu və eqoist biridir.

Ikinci ilin Qaranlıq sənətlərə Qarşı Müdafiə müəllimidir. Macəralarını kitablara yazır, lakin bu macəralar başqalarının yaşadıqlarıdır. Gilderoy, bu insanlara Yaddaş Sehri edərək onların heç bir şey xatırlamamalarından istifadə edir. Macəralar da onun olur. Harrinin ağıl müəllimi olmaq istəmişsə də Harri bunu qəbul etməmişdir.

Minerva MakQonaql

[redaktə | mənbəni redaktə et]

Minerva MakQonaql, Hoqvarts cadugərlik və sehrbazlıq Məktəbində, Müdir müavini, Forma dəyişdirmə müəllimi, Qriffindor Bina başçısıdır. Ən güclü sehrbazlar arasındadır. Dambldor və Ordenin böyük dəstəkçilərindəndir. Hoqvarts müharibəsində Kinqsli Şaklbolt və Horas Slaqhorn ilə birlikdə Voldemortla duel etmişlər. Voldemort öldükdən sonra Hoqvartsın müdirəsi olmuşdur.

Seriyanın başında Hoqvarts cadugərlik və sehrbazlıq Məktəbində müdir müavini, Qriffindor Binası direktoru və Forma dəyişdirmə müəllimidir.

MakQonaqlın ümumiyyətlə möhkəm bir toppuz etdiyi qara saçları, açıq yaşıl cübbəsi və doğruçu bir baxışı vardır. Coan Roulinqə görə personaj, olduqca hərəkətli və enerjili bir yaşlıdır. MakQonaqlın bir də dördkünc eynəkləri vardır. Hoqvarts'ta müdir müavini və Forma Dəyişdirmə Müəllimi olduğu sırada etdiyi imtahanlarda Pişikə çevrilir. Çünki pişiklərin gözləri çox daha kəskindir. Qatı, öz danışan, ümumiyyətlə duyğularını gizlədən Professor MakQonaql hər şeyə baxmayaraq Hoqvartsdaki tələbələrin yaxşılığı, Qriffindor və hətta Harri Potter üçün əlindən gələni etmişdir. MakQonaql eyni zamanda Albus DambldorSimurq Ordeninin ən sadiq dəstəkçilərindəndir. Bir Animagus olan Minerva MakQonaql istədiyi zaman bir pişiyə çevrilə bilir.

Hoqvarts Döyüşündən sonra Harrinin istəyi ilə Severus Sneypin portretini otağına astırmıştır. Ancaq Sneyp Portreti tərk etmişdir.

Pomona Spraut, adı ilk olaraq Harri Potter və Fəlsəfə Daşı kitabında keçmişdir. Hoqvartsda Bitki Elmi dərsi keçir və Haflpaff binasının başçısıdır. Şagirdlərinə parniklərdə dərs verir. Ən yaxşı şagirdi olaraq qəbul edilən adam Nevil Lonqbatımdır. (Nevil Lonqbatım da illər sonra Hoqvarts'da Bitki Elmi professoru olmuşdur.)

İlk kitabda fəlsəfə daşını qorumaq üçün keçidə şeytan tələsi qurmuşdur. 2-ci kitabda daşlaşanları yaxşılaşdırmaq üçün Professor Snape ilə birlikdə Adamotu eleksiri hazırlamışdır. 6-cı kitabda (Mələz Şahzadə) at adamları Dambldor adına ziyarət etmiş və döyüşdə müttəfiq olmaq istəmişdir. (Remus Lupin'in qurd adamlara Hagrid'in isə nəhənglər getməsi kimi.)

Məktəb Ölü yeyənlər tərəfindən ələ keçirildiyində digər bina başçıları ilə birlikdə şagirdləri Kərrou Qardaşlara qarşı qorumuşdur. Simurq Ordeninə üzv olmamışdır, lakin möhkəm bir Dambldor dəstəkçisidir. Hoqvarts savaşı öncəsi Simurq Ordeni üzvlərinin məktəbə girməsiylə birlikdə məktəbdəki Ölü yeyənin və müdir Severus Sneypə qarşı əsasını qaldırmışdır. Sneyp qaçdıqdan sonra məktəbdə müəllimlər və tələbələrlə birlikdə Hoqvartsın Qaranlıq Lord əmrindəki rəhbərliyinə qiyam qaldırmış Qəsr içindəki Ölü yeyənlərlə döyüşmüş və onları qovmuşdur. Qaranlıq Lord'u məktəbdən uzaq tuta bilməyəcəyini söyləyən Professor Filius Flitvikə "Amma onu gecikdirə bilərik." deyə cavab vermişdir. Döyüş əsnasında məktəbin ətrafına şeytan hiylələri və zəhərli sarmaşıqların bitkilərini yerləşdirmiş bu nəhəngləri qaladan uzaq tutmağı bacarmışdır. Döyüşdə Astronomiya qülləsində döyüşmüşdür. Yetişdirdiyi Qurdboğan bitkilərini Qurd adamları məktəbdən uzaq tutmaq üçün istifadə etmişdir. Döyüşdən sonra Pomona Spraut məktəbdə müəllimlik etməyə davam etdi. 2017-ci ildə təqaüdə oldu və yerinə Nevil Lonqbatım keçdi.

Sibil Trolouni, Hoqvarts cadugərlik və sehrbazlıq Məktəbində, Fal dərsi keçmişdir. Voldemortla əlaqədar Dambldora İyul ayında Qaranlıq Lordu məğlub edəcək bir oğlan uşağının doğulması ilə əlaqədar "Qaranlıq lordu məğlub edəcək olan gəlir… yeddi ay ölərkən doğulacaq .. Qaranlıq Lorda üç dəfə qarşı çıxanlardan doğulacaq. Və Qaranlıq lord uşağı tayı olaraq işarətləyəcək" demişdir..

1969-cu ildə Donuz Başında qaldığı bir dövrdə Hoqvartsda işə başlamaq üçün Professor Dambldor ilə görüşmüşdür. Danışıqları zamanı ilk gerçək falını demişdir. Fal iyul ayında Qaranlıq Lordu məğlub edəcək bir oğlan uşağının doğulması ilə əlaqədardır "qaranlıq lordu məğlub edəcək olan gəlir… yeddi ay ölərkən doğulacaq… qaranlıq Lorda üç dəfə qarşı çıxanlardan doğulacaq. Və qaranlıq lord uşağı tayı olaraq işarətləyəcək, amma uşaq Qaranlıq Lordun bilmədiyi bir gücə sahib olacaq. biri digərinin əlində öləcək. Çünki biri yaşayarkən digəri varlığını davam etdirə bilməz. Dambldor onu Hoqvartsda müəllimlik etməsi üzərinə işə götürmüşdü. O zamandan bəri də Hoqvartsda Fal Müəllimi olaraq vəzifə yerinə yetirməkdədir. Çox zəif, böyük eynəyi, gözlərini normalın bir neçə qatı böyüklükdə göstərir. Üstünə tüllərlə bəzəkli bir şal dolayır. Cılız boyunun ətrafından saysız zəncir və muncuq sallanır və əlləri qolları bilərziklərlə üzüklərlə doludur. Məşhur falçı Kassandra Trolouninin nəvəsinin nəvəsidir.

Özü, Harri və Voldemort ilə əlaqədar kəhanət dediyinin fərqində deyil və Dambldorda bunu özünə söyləmənin yaxşı bir fikir olmadığı düşüncəsindədir.

Trolouni, 6-cı ildə Fal dərsini -bundan çox məmnun olmasa da- At-Adam Firenze ilə paylaşmaqdadır.

Harri ilə qısa bir danışma əsnasında şalın altından aldığı bir kartda Dambldorun sonunu hazırlayan o fəlakət gününü, "ildırım vurmuş qüllə, fəlakət, fəlakət" şəklində şərh etmişdir. Əslində çox uzun zamandır nə şəkildə açarsa açsın kartları, böyük bir fəlakətin gəlmək üzrə olduğunu xəbər verməkdədir və Trolounidə bunu dəfələrlə Dambldora çatdırmışdır.

Hoqvarts Ruhları

[redaktə | mənbəni redaktə et]

Qanlı Baron, Harri Potter seriyası nda, Hoqvartsdakı Slizerin Binasının kabusunun adıdır. Digər ruhlar Qanlı Barondan çox qorxurlar. Bir gün Helena Ravenklounun qaçışının sonra, onu tapması üçün Rovena Ravenklou tərəfindən yollanmıştır. Çünki Qanlı Baron, Helena'ya aşiqdir, lakin Helena, özüylə geri dönməyi rədd etdiyində, Qanlı Baron bir anlıq qəzəb ilə Helena Ravenklounı öldürür. Və daha sonra da özünü də öldürür.

Helena Ravenklou Ravenklou binasının Ruhudur. Hoqvarts qurucularından Rovena Ravenklounun qızıdır. Helena, anası Rovenanı qısqandığı üçün Ravenklounun müdriklik tacını alır və Albaniyadaki bir meşədə gizlədir. Bunu öyrənən anası, ona aşiq olan Qanlı Barona onu gətirməsi üçün ona əmr verir, amma Qanlı Baron Helenanı öldürür. Bunu seriyanın son kitabında öyrənən Harry diademi tapmış və onu yox etmişdir. Çünki diadem bir horkruksdur və Harrinin ən böyük düşməni olan Voldemortun məğlub etmək üçün diademi yox etməsi lazım idi.

Kök Keşiş, Haflpaff binasının Ruhudur. Necə öldüyü haqqında bir məlumat yoxdur. Haflpafflı şagirdlərə kömək etməyi sevər. Bağışlayıcı və köməksevərdir. Adından da bəlli olduğu kimi olduqca kökdür.

Demək olarki Başsız Nik

[redaktə | mənbəni redaktə et]

Demək olarki Başsız Nik Harry Potter seriyası ndə Qriffindor evinin Ruhudur. Əsl adı 'Ser Nikolas Mimsi-Porminqton' amma başının az qala bədənindən ayrılacaq olmasından ötrü şagirdlər arasında Demək olarki Başsız Nik olaraq tanınır. Demək olarki Başsız Nik, 31 oktyabr 1492-ci ildə edam edilən Ser Nikolas Mimsi-Porminqtonun qarabasmasıdır. Nik boynuna 47 dəfə kor bir baltayla vurmuş ancaq boynunda yarım düymlük bir dərini kəsə bilməmişdir. Ruh pencək geyir və üzərində bir quş tükü olan papaq taxır. Demək olarki Başsız Nik Qriffindor Binasının ruhudur. Qriffindor şagirdlərinə daim kömək olur. Nik vaxtında Başsızlar Ovu qrupuna qatılmaq istəmişdi ancaq başı hələ bədəninə bağlı olduğu üçün onu qəbul etməmişdilər. Nik 18 dekabr 1992-ci ildə Sirlar Otağının məxluqu Basiliskin gözünə baxdığı üçün daşlaşmışdır. Normal olaraq Basiliskin gözlərinə baxan biri ölür, amma Nik ölməmişdir. Çünki o onsuz da bir ölüdür. Bir neçə ay ərzində daşlaşmış olaraq qalmışdır. Ta ki 30 may 1993-cü ildə adamotundan edilən eleksir tamamlanana qədər. Demək olarki Başsız Nik bəzən də başını oynadaraq Hoqvartsdaki insanları əyləndirir. Hətta Harry 1-ci sinifə başlarkən Nikə Hermionana — Nik sənə nəyə görə Demək olarki Başsız Nik deyirlər? deyə sualına Nik ona başını göstərəndə Hermiona az qala qusacaqdı.

Hoqvarts qurucuları

[redaktə | mənbəni redaktə et]

Hoqvarts qurucuları; Harri Potter seriyasındakı Hoqvarts Cadugərlik məktəbinin 4 böyük cadugərləridir. Bu Sehrbazlar Qodrik Qriffindor, Helqa Haflpaff, Rovena RovenklouSalazar Slizern 'dir.

Qodrik Qriffindor

[redaktə | mənbəni redaktə et]

Qodrik Qriffindor, Qriffindor binasının qurucusudur. Binasına cəsur, igid və ağıllı sehrbazları seçmişdir. Harri Potter də bunlardan biridir. O da Harri Potter kimi Qodrikin Oyuğunda doğulmuşdur. Kəndə adını verən də odur.

Qriffindor, cadugərliklə maraqlanmağa başlayanda " Forma Dəyişdirmə"yə qarşı xüsusi bir qabiliyyəti olduğunu görmüş, buna görə həyatının böyük zamanını Misirə, yəni ən yaxşı Forma dəyişdirən Animaqusların olduğu yerdə keçirmişdir. Yenə RavenklouHaflpaff kimi, o da emblemini səyahətlərində tapmışdır. Qriffindor Misiri tərk etmək üzrəykən, bir oğru onun bütün əşyalarını -qılıncı da daxil olmaqla -oğurlamış, oğrular, qaçarkən irəlidə bir aslan meydana çıxmış və Aslan, oğruları qorxudaraq Qodrik Qriffindorun həyatını qurtarmışdır. Beləcə Godric, həyatını ona borclu olduğunu hiss edərək binasının simvolunu aslan etmişdir.

Bundan başqa o, Qriffindorlu bir çox yoldaşı ilə birlikdə döyüşərkən gənc yaşda ölmüşdür. Qodrik Qriffindor binası üçün cəsur şagirdlərə üstünlük vermişdir. Bundan əlavə Roulinq, Qodrik Qriffindorun öz zamanının ən böyük düelisti olduğunu bəyan etmişdir.

Helqa Haflpaff, Haflpaff binasını quran 4 böyük cadugər biridir. Binasına, sülhsevər, sakit və ədalətli olanları almışdır. Helqa Haflpaffın doğum günü və doğulduğu yer zaman içində itib getmişdir. Deyilənlərə görə özü kiçik bir fermada dünyaya gəlmiş və gənc yaşda işə başlamışdır.

Helqa Haflpaff, atası üçün çox kədərlənirdi, çünki atasının ferması onlara heç pul qazandırmırdı. Bu görə Helqa, yaxşı bir fikir tapmışdı. Helqa, bir neçə ay sonra müvəffəqiyyət ilə yeni sehirli bitkilər inkişaf etdirdi və yeni bitkiləriylə yeni eliksirlər düzəltdi. Əslində, Helqa Haflpaff Forma Dəyişdirmə eliksirinin orijinal yaradıcısıdır.

Helqa, buradakı həyatından sonra adalara köç etdi və əlində olan biliklərlə; yeni eliskirlər, qarışıqlar və bitkilər tapmağa davam etdi. Bu səyahətlərin birində az qala ölmək üzrə olan bir porsuq aldı və Helga, porsuğu sahibinə sağalmış olaraq geri verənə qədər baxdı. Haflpaffın məktəbin bağçasının hazırlanmasında olduqca böyük bir rolu vardır. Helqa Haflpaff, Salazar Slizerin ilə Qodrik Qriffindorun vasitəçisi idi. Çox döyüşlərə qarışan biri olmayan Haflpaff, inandığı şeylərə hər zaman güvənirdi.

Slizerin məktəbdən ayrıldıqdan sonra Hoqvarts qurucuları bir-birindən ayrıldılar. Haflpaff meşəyə geri qayıtdı və deyilənlərə görə, orada əsl porsuğunu taparaq dinc həyatına davam etdi və sevdiyi bitkilər arasında öldü.

Rovena Ravenklou

[redaktə | mənbəni redaktə et]

Rovena Ravenklou, Ravenklou binasını quran sehrbazdır. Binasına ən ağıllı sehrbazları seçmişdir.

Rovena Ravenklounun da digər qurucular kimi doğum tarixi və doğulduğu yer zaman keçdikcə itmişdir. Digər Sehrbazlar kimi o da saf qanlıdı. Rovena, bir neçə uşaq ilə dolu olan kiçik bir cadugər kəndində anadan olub. Asosial bir qız olan Rovena, öz-özünə cadu etməyə başlamışdı. Daha 8 yaşındaykən özünə aid olan bir neçə cadu kəşf etmişdir.

Bir neçə il sonra Rovena, Avropa səyahətlərinə başlamışdır. Binasının simvolu olan qartalı bu səyahətlərindən birində tapmışdır. Rovena, kiçik və dar bir yolda gedərkən böyük, dərin bir çuxura düşür, qartalı görür və qartal onu xilas edərkən qorxduğu bir şey olur. Əsasını yerə salır, amma Rovenanın çıxmasına kömək edən bu qartal onun əsasınıda götürmüş və ona geri vermişdir. Rovena həyatında ilk dəfə belə bir şeylə qarşılaşmışdır. Daha sonra qartal uçub getmiş və Rovena, bir kəndə çatana qədər səyahətinə davam etmişdir. O zamandan bəri Rovena bu qartala təşəkkür borclu olduğunu düşünmüşdür və onu yenə görməsə belə binasının işarəsinin bir qartal olmasını istəmişdir.

Salazar Slizerin

[redaktə | mənbəni redaktə et]

Salazar Slizerin, Slizerin binasını quran sehrbazdır. Salazar binasına seçim edərkən ən hiddətli, ən intizamlı, ən hiyləgər və saf qanlı sehrbazları seçməyə üstünlük vermişdir ..

Salazar, dəfələrlə Qriffindor ilə yoldaşlıq etməyə çalışsa da, bunu bacara bilməmişdir. Qodrik Qriffindor da bunu bacara bilməmişdir. Qodrik Qriffindor, Maqllarla çox səmimi idi. Digər tərəfdən Slizerinbuna tamamilə qarşı idi. Salazar Slizerin, Hoqvarts Məktəbinə yalnız saf qanların girməsini və cadu elminin sadəcə cadugər ailələri arasında qalmasın istəyirdi çünki maql doğumlu insanlara güvənmirdi, amma digər qurucular buna qarşı çıxdı. Onların düşüncəsi cadugər qabiliyyəti olan hər kəsin bu məktəbdə dərs ala biləcəyi üzərinə idi. Bu görə Slizerinin bu düşüncəsi digər qurucularla anlaşılmazlıqlara yol açdı və bir səhər Slizerin Hoqvartsı tərk etdi. Getmədən əvvəl də Slizerin qalanın çox altında gizli bir bölmə inşa etdi. Bu otağın adı Sirlər Otağı idi. Bu otağın yeri bilinmirdi. Bir çox qabiliyyətli cadugər və sehrbaz bu otağı araşdırsada əsla tapa bilmədi. Slizerin ora bir məxluq yerləşdirdi. Basilisk ilanı məktəbə girən maql doğulan Sehrbazlar (bulanıqlar)ın aradan qaldırılması üçün yerləşdirilmişdi. Sonra Slizerin, ilanlarla əlaqə yaratdı. Dünyadakı ilk Çəngəlağız, yəni ilanlarla danışa bilmə qabiliyyətinə sahib adamdır. Bu görə Slizerin binasının simvolu bir ilandır. Yenə onun soyundan gələn Qauntlar və varisi Lord Voldemort da Çəngəlağızdır. Seriyanın ikinci kitabında Harri bu otağı tapıb ilanı Qriffindor qılıncı ilə öldürdü.