Əsrlər boyu Kviddiç (ing. Quidditch Through the Ages) — ingilis yazıçı Coan Roulinq tərəfindən yazılmış kitab. 2001-ci ildə nəşr olunmuş əsər Harri Potterin sehrli dünyasında ən məşhur idman növü olan Kviddiç oyunundan bəhs edir.
Quidditch Through the Ages | |
Müəllif | Coan Roulinq |
Janr | fentezi |
Orijinalın dili | ingiliscə |
Ölkə | |
Orijinalın nəşr ili | 2001 |
Seriya | Harri Potter (romanlar seriyası) |
Nəşriyyat |
Bloomsbury Arthur A.Levine/ Scholastic Raincoast Росмэн-Издат |
Səhifə | 56 |
Əvvəlki | Bard Bidlin nağılları |
ISBN | ISBN 978-5-353-04459-8 |
Həmin kitab Hoqvarts Sehrbazlıq və Ovsun Məktəbinin kitabxanasında saxlanılan orijinal ensiklopediyanın surətidir və romanların bir neçəsində xatırlanır.
Kitabda qviddiçin tarixi, habelə süpürgə əsasında erkən oyunlar təsvir olunur. Bundan əlavə, uçan süpürgənin təkamülü, qviddiçin sehrli idman növü kimi yaranması və inkişafı, tarix boyu qaydaların modifikasiyaları və qızıl sniçin yaranması müzakirə olunur. Kitab oyunun əsas qaydaları, mümkün olan pozuntuları və cəzaları, ingiltərəli və irlandiyalı komandaları, sürətli süpürgələrin əsas modelləri və eləcə də oyunun taktiki üsullarından bəhs edir.
Harri Potterin sehrli dünyasının çərçivəsində Əsrlər boyu Qviddiç tanınmış Qviddiç eksperti Kenniluorti Visp tərəfindən yazılmışdır. Həmin kitab hər iki uydurma və real dünyada oyunun tarixi və incəlikləri üzrə ən düstur mənbədir. Bir çox qviddiç üzrə Britaniyalı komandaların kataloqu kimi xidmət edir.
Harri Potter və Fəlsəfə Daşı kitabında Severus Sneyp Harri Potteri məktəbdən kənar tutaraq, həmin kitabı onun əlindən alır.
Harri Potterin dünyasında, Kenniluorti Visp idman haqqında bir çox kitablar yazan ekspetdir və öz sözlərinə görə qviddiçin dəlisidir. O, Nottinqemşirdə yaşayır. Vispin hobbilərin siyahısına nərd oyunu, vegetarian kulinariya və köhnəlmiş süpürgələrin toplanması daxildir. Onun sözlərinə görə Firebolt ən yaxşı süpürgədir.