Herta Müller

Herta Müller (alm. Herta Müller‎; 17 avqust 1953[1][2][…])) — alman şairə və yazıçı, ictimai xadim, rəssam, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2009).

Herta Müller
alm. Herta Müller
Doğum tarixi 17 avqust 1953(1953-08-17)[1][2][…] (71 yaş)
Fəaliyyəti yazıçı, dilçi, şair, tərcüməçi, romançı, esseist
Fəaliyyət illəri 1976-cı ildən
Əsərlərinin dili alman dili
Janrlar poeziya, esse
Mükafatları Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeninin böyük zabit xaçı Maksimilianın "Elm və incəsənət üzrə" Bavariya ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Herta Müller 1953-cü ildə Rumıniyada, alman icmasının ailəsində doğulub.

Orta və universitet təhsilini Rumıniyada alıb. Timişoara Universitetini bitirib, Rumıniya və alman ədəbiyyatı üzrə mütəxəssisdir. O, 1976-cı ildə zavodda tərcüməçi işləməyə başlayıb, amma gizli polislə əməkdaşlıqdan imtina etdiyi üçün iş yerini itirib. Uşaq bağçasında işləyib, fərdi şəkildə alman dili dərsi deyib. 1987-ci ildə əri, yazıçı Rixard Vaqnerlə birlikdə Almaniya Federativ Respublikasına köçüb. Universitetdə mühazirələr oxuyub. Hazırda Berlində yaşayır.

Xanım Müllerin yaradıcılığı çoxşaxəlidir. Həm şeir, həm də nəsr əsərləri və esselər yazır. Həmçinin tez-tez fotoqraf və rəssam kimi də çıxış edir.

Nobel mükafatından qabaq 1999-cu ildə Avstriya Frans Kafka Cəmiyyəti və Avstriyanın Klosternoyburq şəhər bələdiyyəsi tərəfindən təqdim edilən Frans Kafka mükafatına layiq görülüb. Rumıniyada senzuraya uğradığı üçün əsas əsərləri Almaniyada çap olunub. "Pasport", "Güzgüdə oturan İblis", "Aclıq və ipək" (esselər), "Tələdə" və sair topluların müəllifidir.

Onun 2009-cu ildə işıq üzü görmüş son əsəri "Nəfəs yelləncəyi" romanıdır. Əsərin qəhrəmanı Leopold Auberq adlı gəncdir. 1945-ci ildə 17 yaşı olarkən Novo-Qorlovkada sovet düşərgəsinə salınan bu cavan oğlan Stalinin göstərişi ilə Sovet İttifaqına deportasiya olunmuş 80 min Rumıniya almanından biridir. Əsərdə Leopold Auberqin timsalında o ağır illərin təsviri verilir.

Herta Müller 2009-cu ilin Ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. İsveç Akademiyasının bununla bağlı açıqlamasında deyilir ki, Müller bu mükafata "şeirin gücündən və nəsrin açıqlığından istifadə edərək yoxsulların dünyasını təsvir edə bildiyi üçün" layiq görülüb.

  1. 1 2 Herta Müller // Berlin İncəsənət Akademiyası. 1696.
  2. 1 2 Herta Müller // FemBio database (alm.).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]