Yalmar Brantinq (isv. Hjalmar Branting; 23 noyabr 1860[5][6][…] – 24 fevral 1925[7][8][…]) — İsveçli dövlət xadimi və sosial demokratiyanın öncüllərindəndir. 1921-ci ildэ Norveçli diplomat Kristian Lanqe ilə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. Üç dəfə İsveçin Baş naziri olmuşdur.
Yalmar Brantinq | |
---|---|
Hjalmar Branting | |
Doğum tarixi | |
Doğum yeri | Stokholm, İsveç |
Vəfat tarixi | 24 fevral, 1925 |
Vəfat yeri | Stokholm, İsveç |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, diplomat, jurnalist, redaktor |
Partiyası |
|
Mükafatları | Nobel Sülh mükafatı (1921) |
Vikianbarda əlaqəli mediafayllar |
Stokholm və Uppsalada təhsil aldıqdan sonra, 1883-cü ildə radikal Tiden qəzetində işə başlamışdır. 1886-ci ildə Sosial demokratiyada yazmağa başlamışdır. 1889-ci ildə İsveç Sosial Demokrat Partiyası qurulduğunda, partiyanın əhəmiyyətli qurucuları arasında yer almışdır. Fəal Axel Daniyelssonun ölümündən sonra Sosial Demokrat Partiyanın spikeri olmuşdur. 1896-ci ildə parlamentin alt qanadına (Riksdag) seçilmiş və 1902-ci ilə qədər də burada tək Sosial Demokrat Partiya üzvü olaraq qalmışdır. 1907-ci ildə partiya lideri olmuş və 1917-ci ildə Liberal-Sosialist koalisiya hökumətində İqtisadiyyat naziri vəzifəsini yerinə yetirmişdir. Birinci Dünya müharibəsi baş verdiyində ölkəsinin tərəfsiz qalmasını müdafiə etmişdir. 1919-ci ildə ikinci Sosialist İnternasionalının başçılığını öhdəliyinə götürmüşdür. 1920-ci ildə İsveçin ilk sosial demokrat Baş naziri olmuş, lakin qısa bir müddət sonra müxalifət hökuməti götürmüşdür. sentyabr 1921-aprel 1923-cü illər arasında yenidən Baş nazirlik etmişdir. 1924-cü ilin oktyabrında üçüncü dəfə Baş nazir olmuş, lakin qısa müddət sonra xəstəliyi nəticəsində bu vəzifəni tərk etmək məcburiyyətində qalmışdır.[9]