Jak Luis David (fr. Jacques-Louis David; 30 avqust 1748[1][2][…], Paris, Fransa krallığı[1] – 29 dekabr 1825[1][2][…], Brüssel, Niderland birləşmiş krallığı[d][1]) — fransız rəssam və pedaqoqu. Fransız klassisizminin, ampir və həmçinin fransız rəngkarlığında yeni üslubun — neoklassisizmin banisi.
Jak-Lui David | |
---|---|
fr. Jacques-Louis David | |
Doğum tarixi | 30 avqust 1748[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 29 dekabr 1825[1][2][…] (77 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | insult |
Dəfn yeri | |
Milliyyəti | fransız |
Fəaliyyəti | rəssam, siyasətçi, memarlıq çertyojçusu[d] |
Təhsili | |
Janrlar | tarix rəssamlığı[1], portret[3][1], peyzaj[1], dini rəssamlıq[d][1] |
Stil | neoklassisizm[4] |
Tanınmış işləri | |
Tələbələri | Xose Madraso |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Jak Luis David 1765-ci ildə Parisdə Kral Rəngkarlıq və Heykəltəraşlıq Akademiyasında təhsil alıb. Eyni ildə akademiya tələbəsi olmaq sevincini yaşadı. 1774-cü ildə Roma Mükafatını qazandı. 1775-ci ildə müəllimi Vien ilə Romaya getdi. Romada klassik təhsilin təmsilçiləri Quincy və heykəltaraş Jean Baptiste Giraud ilə tanış olur. Neoklassik üslubun yaranmasında böyük rolu olur. Neoklassik dərzi dizaynlarıyla tanınan sənət tarixinin ən əhəmiyyətli rəssamlarından biri idi. Bu üslubla məşhur əsəri "Belisarius"u yaratdı və 1781-ci ildə Parisdə sərgilədi. 1783-cü ildə Romaya döndü və bir müddət yaradıcılığını burda davam etdirdi. Parisə təkrar dönüşündə Fransa İnqilabının məqsədləri istiqamətində çalışdı. İnqilab hökumətinin rəsmi sənətçisi və Gözəl Sənətlər müdiri oldu. Robespyerin süqutundan sonra onun dostu olduğu üçün, Lüksemburq Sarayında məhbus kimi saxlanılır və 1817-ci ildə bağışlanılır. 1816-cı ildə Napoleon Bonapartla qarşılaşandan sonra Bonapartçı olur. Napoleonun göstərişi ilə "Tac Qoyma Mərasimi" (Luvr Muzeyi), "Bayraqların Dalğalanması" (Versal sarayı), "Notrdamda İmperatorun Bələdiyyəyə Gəlişi" kimi böyük kompozisiyaları yaratmağa başladı. İyirmi il müddətində Fransa Milli Sənət Məktəbinin direktoru oldu və İngres, Gros, François Gerard kimi məşhur sənətkarlar yetişdirdi. Daha sonra Belçikaya köçdü və ölümünə qədər Brüsseldə yaşadı. 1825-ci ildə Brüsseldə vəfat etdi.
Jak Lui Davidin əsərləri üçün tarixi obrazların cəsarətli dramatizmi daha xarakterikdir. Davidin əsərləri üçün ən səciyyəvi cəhətlər — yüksək düşüncə, obrazlı quruluşun səhnə təntənəsi, həcmli işıq-kölgə başlanğıcının kolorit üzərində üstünlüyüdür. O, antik dövrün məşhur qəhrəmanlarını öz tablolarının əsas personajına çevirərək, onların obrazları vasitəsilə dövrün yeni ideallarını ifadə edirdi. Davidin Napoleon Bonaparta olan münasibətini onun yaradıcılığının ayrıca şaxəsi hesab etmək olar — rəssam ilk görüşdən onun pərəstişkarına çevrilmişdi. Jak Lui David rəsmi saray rəssamı təyin edilmişdi. Rəssam böyük imperatoru və onun imperiyasını vəsf etdiyi əsərləri üçün xüsusi mebel sifariş edirdi ki, bu da Napoleonun və onun əyanlarının xoşuna gəlirdi.
David inqilab dövrünün nəhəng rəssamı hesab olunur. O, dünyada inqilabçılara qoşulan ilk böyük rəssam olmuşdur. Davidin yaradıcılığı müasiri olduğu rəngkarlıq sənətinə və bütövlükdə XIX əsr incəsənətinə təsir göstərərək çox böyük əks-səda doğurmuşdu. O hətta digər ölkələrdə incəsənətin istiqamətinə mühüm təsir göstərmişdi. Rəssam azadlıq idealını antik obrazlar vasitəsilə ifadə edən, fransız klassisizminin ən nəhəng nümayəndəsi hesab olunur.