Jetikonır

Jetikonır (qaz. Жетіқоңыр) — Qazaxıstanın Karağandı vilayəti ərazisində, Betpak-Dala səhrasından qərbdə, Sarısu çayının sol sahilində yerləşən qumlu sahə. Dəniz səviyyəsindən 280—300 metr hündürlüyə malikdir. Cənub-qərbdən şimal-şərqə uzunluğu 65 km, eni isə 20 km təşkil edir. Ərazisi 825 km²-dir. Sarısu çayı vadisinin dördüncü dövr suxurlarından ibarətdir. Yeraltı suları dərindədir. Şoranlaşmış ərazilərdə ayrıqotu, teresken, yovşan, cuzqun və s bitkilər bitir. İllik otlaq sahələri kimi istifadə edilir.

Jetikonır
qaz. Жетіқоңыр
Ümumi məlumatlar
Sahəsi 825 km²
Uzunluğu 65 km
Eni 20 km
Yerləşməsi
46°41′11″ şm. e. 68°26′05″ ş. u.HGYO
Ölkə  Qazaxıstan
Jetikonır xəritədə
Jetikonır
Jetikonır

Жетыконыр // Казахстан. Национальная энциклопедия. — Алматы: Қазақ энциклопедиясы, 2005. — Т. II. — ISBN 9965-9746-3-2.