Küləklə sovrulanlar (film)

Küləklə sovrulanlar (ing. Gone With The Wind) — Marqaret Mitçellin 1936-cı ildə Pulitser mükafatına layiq görülmüş eyni adlı romanı əsasında, 1939-cu ildə çəkilmiş epik tarixi sevgi filmidir. Film “Selznick International Pictures”dən Devid O. Selznik tərəfindən istehsal edilmiş və Viktor Fleminqin rejissorluğu ilə çəkilmişdir. Hadisələrin XIX əsrdə Şimali Amerikada baş verdiyi filmdə, Corciyada plantasiya sahibinin möhkəm iradəli qızı Skarlett O’Hara, Eşli Uilkes, Melani Hemilton və Ret Batlerin həyatından bəhs olunur. Hadisələr ABŞ Vətəndaş müharibəsi və Cənubda yenidənqurma fonunda baş verir və əhvalatlar ağ dərili cənubluların mövqeyindən danışılır. Filmdə əsas rollar Vivyen Li (Skarlett), Klark Qeybl (Ret), Lesli Hovard (Eşli) və Oliviya de Hevillend (Melani) tərəfindən canlandırılmışdır.

Küləklə sovrulanlar
Gone with the Wind
Janr romantik film, dram filmi, tarixi film, roman ekranlaşdırması[d], müharibə filmi, melodram[d]
Əsas mövzu qisas[d], ABŞ-da köləlik
Rejissor Viktor Fleminq
Prodüser Devid Selznik
İcraçı prodüser Devid Selznik
Əsərin müəllifi Marqaret Mitçellin "Küləklə sovrulanlar" romanı əsasında
Ssenari müəllifi Sidni Hovard
Baş rollarda Vivyen Li
Klark Qeybl
Oliviya de Hevillend
Operator Ernest Haller
Bəstəkar Maks Steyner
İstehsalçılar Selznick International Pictures
Metro-Goldwyn-Mayer
Warner Bros.
Distribütor Netflix, HBO Max[d]
İlk baxış tarixi 15 dekabr 1939
Müddət 238 dəqiqə
Büdcə $3.85 milyon
Gəlir $400 milyon[1]
Ölkələr ABŞ ABŞ
Dil İngilis dili
İl 1939
Rəng rəngli
Çəkiliş yeri Kaliforniya
IMDb ID0031381
Mükafatları Ən yaxşı filmə görə "Oskar" mükafatı Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı Ən yaxşı ikinci plan qadın roluna görə "Oskar" mükafatı Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filmin çəkilişləri başlanğıcdan çətinliklərlə üzləşmişdir. Devid O. Sleznikin Klark Qeybli Ret Batler rolu üçün razı salması və iştirak üçün müraciət etmiş 1.400-dən çox qadının Skarlett rolu üçün müsahibədən keçirilməsi məqsədiylə çəkilişlər təxirə salınmışdır. Filmin orijinal ssenarisi Sidney Hovard tərəfindən yazılsa da, lazım olan uzunluğun əldə edilməsi üçün bir neçə dəfə müxtəlif yazıçılar tərəfindən yoxlanmışdır. Əvvəlcə filmin rejissoru Corc Kyukor təyin olsunsa da, çəkilişlərin başlamasından qısa müddət sonra o, istefa vermiş və Viktor Fleminqlə əvəzlənmişdir, lakin, Fleminq də bir müddət mənəvi bitkinlik səbəbiylə çəkilişlərdən uzaqlaşmış və Sem Vudla əvəzlənmişdir.

1939-cu ilin dekabrında çıxarılmasından sonra film tənqidçilər tərəfindən əsasən müsbət rəylər almış, lakin bəziləri dramatikliyin çatışmadığını və bəzi səhnələrin çox şişirdildiyini də qeyd etmişlər. Aktyor seçimi xüsusi maraq doğurmuş və Vivyen Linin Skarlett obrazına çox uyğun olması bildirilmişdir. 1940-cı ildə baş tutmuş XII Oskar mükafatlarının təqdim edilməsi mərasimində “Küləklə sovrulanlar” on üç nominasiyadan onu üzrə (səkkiz müsabiqə iki şərəf mükafatı) mükafata layiq görülmüşdür. Filmin qazandığı mükafatlar arasında Ən Yaxşı Film, Ən Yaxşı Rejissor (Viktor Fleminq), Ən Yaxşı Uyğunlaşdırılmış Ssenari (ölümündən sonra Sidney Hovard üçün), Ən Yaxşı Aktrisa (Vivyen Li) və İkinci Dərəcəli Rolda Ən Yaxşı Aktrisa (Hetti MakDeniel, Oskar mükafatı almış ilk afro-amerikan olmuşdur) nominasiyaları da olmuşdur. Həmin dövrdə nominasiyalar və mükafatların sayına görə film rekord göstəriciyə nail olmuşdur. Film çox böyük populyarlıq qazanaraq həmin dövrə kimi çəkilmiş filmlər arasında ən çox gəlir gətirən ekran əsəri olmuş və bu nəticəni uzun müddət saxlaya bilmişdir. İnfilyasiya göstəriciləri nəzərə alındıqda film bu gün də kassa gəlirlərinə görə kino tarixinin ən uğurlu əsərlərindən biri olaraq qalmaqdadır.

Filmdə tarixi revizionizmə yer verilməsi və quldarlığın tərənnümü tənqid edilsə də, bunun afro-amerikanların təsvirinin dəyişdirilməsi üçün edildiyi de vurğulanmışdır. XX əsr boyunca film bir neçə dəfə təkrarən çıxarılmış və populyar mədəniyyətə əsaslı təsir etmişdir. “Küləklə Sovrulanlar” Amerika Film İnstitutunun 100 Ən Yaxşı ABŞ Filmi siyahısının ilk onluğuna salınmış və Milli Film Registerində qeydiyyata alınmışdır.

I Hissə

Filmin treyler videosu

1861-ci il ABŞ-də Vətəndaş müharibəsi dövründə Skarlett O’Hara valideynləri və iki bacısı ilə birlikdə Corciyadakı Tara adlı pambıq plantasiyasında yaşayır. Skarlett öyrənir ki, Eşli Uilkes – Skarlett gizlincə onu sevir – onun kuzeni Melani Hemilton ilə evlənəcək və bu evlilik Eşlinin Tvelv Oks plantasiyası yaxınlığında yerləşən evində təşkil edilmiş barbekyu günündən sonra elan edilir.

Tvelv Oks partisində ailəsi tərəfindən rədd olunmuş Ret Batler Skarletin diqqətini çəkir. Kişilər arasında söhbət zamanı Ret Şimalın inkişaf edən iqtisadi gücü qarşısında Cənubun heç bir şansı olmadığını bəyan edir və çətin vəziyyətə düşür. Skarlett gizlincə Eşliyə onu sevdiyini etiraf edir, Eşli izə onu rədd edərək, Melani ilə bir-birlərinə daha çox yaraşdıqlarını bildirir. Ret onların danışığını eşitsə də, Skarlettə bu sirri qoruyacağına söz verir. Müharibə elan olunması xəbəri ilə barbekyu yarımçıq kəsilir və kişiklər silahlanmağa tələsirlər. Skarlett Eşlinin Melanini öpdüyünü görür, Melaninin kiçik qardaşı Çarli isə Skarlettlə vidalaşır. Skarlett Çarlinin sevməsə də onun evlənmə təklifini qəbul edir və müharibəyə yola düşməmişdən əvvəl onlar evlənirlər.

Konfederasiya ordusunda xidmət edən Çarli ağ ciyər soyuqlamasından vəfat edir və Skarlett dul qalır. Skarlettin kefini açmaq üçün anasl onu Atlantadakı evə göndərir, lakin, O’Haraların açıq sözlü qulluqçusu Mammi deyir ki, onun burada Eşlinin dönüşünü gözləməyi planlaşdırdığını başa düşür. Dərin matəm vəziyyətində olan Skarlett, Melani ilə birlikdə Atlantadakı bazara gedir. Burada Atlanta cəmiyyətinin zadəgan təbəqəsini təmsil edən yaşlı qadınlar Skarlettin bu hərəkətini pisləyirlər. Ret gözlənilmədən Konfederasiyanın blokada yaranı kimi meydana çıxır. Konfederasiya qüvvələri üçün maddi gəlir toplamaq üçün cənablar xanımları onlarla rəqs etməyə dəvət edirlər. Ret Skarlettlə oynamaq üçün çox böyük məbləğdə pul təklif edir və bu ordakı kişilərin etirazına səbəb olur, Skarlett isə rəqsi qəbul edir. Rəqs zamanı Ret Skarlettə onu əldə etməyə çalışacağını deyir, Skarlett isə bunun ola bilməyəcəyini bildirir.

Gettisberq döyüşündə Skarlettin şəhərindən olan kişilərin bir çoxu öldürülür və müharibənin gedişi Konfederasiyanın əlehinə çevrilir. Eşli Milad tətili üçün evə gəldiyində Skarlett növbəti dəfə uğursuz şəkildə ona hisslərindən danışır, müharibəyə qayıtmamışdan əvvəl isə onlar öpüşürlər.

Səkkiz ay sonra Atlanta əməliyyatının nəticəsi olaraq şəhər Birlik qüvvələri tərəfindən ələ keçirilir və Melani çətin vəziyyətə düşərək ağır əməklə məşğul olmağa məcbur olur. Melaninin qayğısını çəkəcəyi haqqında Eşliyə verdiyi sözü tutmaq üçün Skarlett və onun gənc qulluqçusu Prissi tibbi yardım olmadan uşağı çatdırmağa çalışır. Skarlett onu Melani, Prissi və uşaqla birlikdə Taradakı evə aparması üçün Reti çağırır. Ret, at və vaqonla gələrək onları yanan anbarların arasından keçirərək aparır. Taraya kimi onları ötürmək əvəzinə Ret, Melani, onun uşağı, ağlayan Prissi və ehtirasla öpdüyü Skarletti zəif bir atla yola salır, özü isə döyüşə gedir. Evə gedərkən yolda Skarlett Tvelv Oks plantasiyasının yandırılıb, dağıdılıb xaraba halına salındığını görür. Evə çatdığında Taranın hələ dağıdılmadığını, lakin valideynləri, bacıları, Mammi və Pork adlı iki xidmətçidən başqa hamının plantasiyanı tərk etdiyinin şahidi olur. Skarlett öyrənir ki, anası bir müddət əvvəl ölüb, bütün hadisələrin təsirindən atası ağlını itirmək üzrədir. Taranın Birlik qüvvələri tərəfindən qarət edilməsindən sonra Skarlett ailəsini və evini qorumaq üçün əlindən gələn hər şeyi eləmək qərarını verir.

II hissə

Filmin ikinci hissəsində Skarlett Retlə evlənir.

Skarlett ailəsi və qullarını bir yerə toplayaraq pambıq tarlalarını yenidən becərməyə çalışsa da, böyül çətinliklərlə üzləşir, atası isə oğruları öz torpağından qovmağa çalışarkən atdan yıxılaraq ölür. Konfederasiyanın məğlubiyyətindən sonra Eşli geri dönsə də, məlum olur ki, onun Taraya bir faydası olmayacaq. Skarlett Eşlidən onunla birlikdə qaçmağı xahiş etdikdə o, Skarlettə qarşı olan hisslərini etiraf edir, lakin Melanini tərk edib gedə bilməyəcəyini bildirir. Yenidənqurucuların Tara üçün təyin etdikləri vergini ödəyə bilməyən Skarlett, bacısının orta yaşlı və zəngin nişanlısı Frenk Kennedini aldadır, Suellenin gözləməkdən yorulduğunu və başqa namizədlə evlənəcəyini deyir. Axşam vaxtı evə qayıdarkən Skarlett güclə canını kütləvi zorlamadan qurtara bilir, bundan sonra Frenk, Eşli, Ret və bir neçə dostu gecəqondular yerləşən ərazidə reyd keçirir ki, bu da Frenkin ölümü ilə nəticələnir. Frenkin dəfnindən sonra Rett Skarlettin yanına gələrək evlilik təklif edir və o razılaşır. Onların qız uşağı dünyaya gəlir və Ret onu Bonni Blu adlandırır, lakin Skarlett hələ də Eşliyə olan bağlılığını saxlayır, o, Retə daha uşaq istəmədiyini və artıq bir yerdə yatmayacaqlarını deyir.

Bir gün Skarlett Frenkin dəyirmanını idarə edən Eşlini yanına çağırır və onlar qucaqlaşarkən Eşlinin bacısı İndia görür. Skarlettdən xoşu gəlmədiyinə görə o, sürətlə şayiələr yayır və Skarlettin nüfuzu yenidən aşağı enir. Şaiyələrdən sevimli xəbər tutan Ret Skarletti Eşlinin doğum günü partisinə qatılmağa məcbur edir; sevimli kuzenindən heç bir pis hərəkət gözləməyən Melani şayiələrə inanmayaraq Skarlettin tərəfində durur. Partidən qayıdarkən Skarlett kefli Ret ilə Eşliyə görə mübahisə edir. Qısqanclıqdan coşan Ret onun başını tutur və kəlləsini dağıtmaqla hədələyir. Skarletin gülərək onun şərəfi olmadığını deməsindən sonra, Ret cavab olaraq zorla Skarletti öpür və bu gecə sekslə məşğul olacaqlarını deyir. Skarlett qorxaraq ondan uzaqlaşmağa çalışsa da, Rett onu zorla tutaraq yataq otağına gətirir. Növbəti gün Ret hərəkətlərinə görə üzr istəyərək boşanmağı təklif etsə də, Skarlett bunun rüsvayçılıq olacağını deyərək imtina edir.

Ret uzun London səfərindən qayıtdıqdan sonra Skarlett barışmağa cəhd edir. Skarlett Retə hamilə olduğunu desə də, bir müddət sonra pilləkəndən yıxılaraq uşağını düşürür. Skarlett yenicə özünə gldikdə isə böyük faciə baş verir, ponisi ilə oynayan Boni yıxılaraq ölür. Hamilə Melaninin başsağlığı vermək üçün gəlməsi vəziyyəti bir az da qəlizləşdirir.

Melanini ölüm yatağında ziyarətindən sonra Skarlett Eşliyə təsəlli verir və Ret evə dönür. Eşlinin həmişə yalnız Melanini sevdiyini öyrənən Skarlett Retlə barışmaq qərarına gəlir. O, yalvararaq deyir ki, indi başa düşür ki, Eşlini sevdiyini düşündüyü bütün müddət ərzində əslində onu sevməyib. Lakin, Ret onun bütün fikirlərini rədd edərək deyir ki, Boninin ölümü barışmaq üçün olan bütün ümidləri də öldürüb. Skarlett onu saxlamaq üçün ayağa dursa da, Ret qapıya doğru irəliləyir, Skarletti pilləkənin qabağında gözü yaşlı tərk edərək bir gün onun sevgisini qaytaracağına söz verir və qapıdan çıxaraq səhər dumanında gözdən itir.

Aktyor seçimlərinə başlandığı ilk dövrlərdən Klark Qeybl – Li, Hovard və Hevilendlə birlikdə, ikinci, üçüncü və dördüncü seçimlərdə də — xarici görünüşünə görə namizəd aktyorlar siyahısında son yerləri tutmuşdur. Digər filmlərdən fərqli olaraq bu filmin aktyor seçimi üç qrup üzrə aparılmışdır: Tara plantasiyası, Tvelv Oks və Atlanta. Aktyorların siyahısı obrazların sosial mövqeyinə görə sıralanmışdır; məsələn O'Hara ailəsinin başçısı olan Cerald O'Hara obrazını yaradan Tomas Mitçell birinci, onun həyat yoldaşını canlandıran Barbara O'Neyl ikinci, O'Haraların böyük qızı Skarletti canlandıran Vivyen Li isə filmin əsas qəhrəmanı olmasına baxmayaraq siyahıda üçüncü göstərilmişdir. Eyni şəkildə Con Uilkes obrazını canlandıran Hovard C. Hikmen onun oğlunu canlandıran Lesli Hovarddan yuxarıda qeyd edilmişdir. Təbliğat posterlərində filmin əsas ulduzlarından biri kimi təbliğ edilən Klark Qeybl isə Tvelv Oksda qonaq olduğuna görə, aktyor siyahısında ən son yerlərdən birini tutmuşdur.[2] Filmdə Meybelle Merrivezer obrazını canlandırmış Mari Andersonun 2014-cü ilin aprelində vəfat etməsindən sonra filmdə çəkilmiş aktyorlardan yalnız ikisi sağ qalmışdır: Melani Uilkes obrazını canlandırmış Oliviya de Hevillend və Byu Uilkes obrazını canlandırmış Miki Kan sağ qalmışdır.[3]

Romanın nəşr edilməsindən əvvəl, aralarında “Metro-Goldwyn-Mayer”dən (MGM) Lui B. Meyer və Ayrvinq Talberq, “RKO Pictures”dən Pandro Berman, “Selznick International Pictures”dən Devid O. Selznikin də olduğu bir neçə Hollivud rejissoru və studiyası roman əsasında film çəkmək istədiklərini bildirmişdilər. Cek Varner hekayəni bəyənsə də, “Warner Bros.”ın əsas ulduzu Betti Devisi maraqlandırmamışdı, “20th Century Fox”dan Deril Zanuk isə kifayət qədər pul ayırmamışdı. Montajçı Key Braun və biznes partnyoru Con hey Vitninin təkidindən sonra Selznik romanın ekranlaşdırılması hüququnu almağa qərar vermişdi. 1936-cı ilin iyulunda, romanın nəşr edilməsindən bir ay sonra Selznik $50,000 ödəyərək romanın ekranlaşdırılması hüququnu almışdı.[4][5][6]

Oliviya de Hevillend Melani rolunda
Vivyen Li Skarlett rolunda

İki əsas rolu canlandıracaq aktyorların seçilməsi iki ilə yaxın vaxt aparmışdır. Selznik Klark Qeyblin Ret Batler obrazını canlandırmasını istəsə də, aktyorun MGM ilə başqa studiyalarla çalışmamaq haqqında müqaviləsi var idi.[4] Qari Kuperin rol üçün namizədliyinə baxılsa da, Samuel Qoldvin – Kuperin müqavilə ilə asılı olduğu şəxs – imtina etmişdi.[7] Warner distribütorluq hüququnun alınması qarşılığında Betti Devis, Errol FlinOliviya de Hevillendi əsas roller üçün təklif etmişdi.[8] Bu zaman Selznik Qeybli əldə etməyi qarşısına məqsəd qoyur və son nəticədə MGM ilə müqavilə bağlayır. Selznikin ögey atası, MGM-in rəhbəri Lui B. Meyer 1938-ci ilin avqustunda Qeyblin $1,250,000 qiymətinə — filmin büdcəsinin yarısı – rolu canlandıracağını, Qeybla həftəlik maaş veriləcəyini və gəlirin yarısının MGM tərəfindən götürüləcəyini, MGM-in qohum şirkətlərindən olan “Loew's, Inc”in isə filmi çıxaran şirkətlərdən biri olacağını elan etdi.[4][7]

MGM ilə yayım müqaviləsinin imzalanması filmin istehsalının 1938-ci ilin axırına kimi yubadılması anlamına gəlirdi, çünki məhz həmin vaxt Selznikin “United Artists” ilə bağlanmış müqaviləsinin vaxtı başa çatırdı.[7] Selznik yubanmadan ssenarinin inkişaf etdirilməsi, həmçinin Skarlett rolunu canlandıracaq aktrisanın seçilməsi ilə filmi reklam etmək üçün istifadə etdi. O, ümummilli kastinq elan edir ki, bu kastinqdə də 1400-dən artıq insan iştirak edir. $100,000 məbləğə başa gələn bu seçim aktrisanın seçilməməsi ilə yekunlaşır, lakin əvəzedilməz reklam effekti verir.[4] İlkin mümkün namizədlər arasında Selznikin film hüquqlarının alınmasından əvvəl nəzərdə tutduğu Miriam Hopkins və Talullah Bakhed, həmçinin MGM-in Qeyblin potensial tərəf müqabili kimi təqdim etdiyi Coan Kravford var idi. MGM-lə müqavilə imzalanmasından sonra, Selznik həmin dövrdə MGM-in əsas aktrisası olan Norma Şirerlə danışıqlara başlayır, lakin aktrisa özü bu roldan imtina edir. Ketrin Hepbörn dostu Corc Kyukor (filmin ilk rejissoru) vasitəsiylə rolu əldə etmək üçün xeyli cəhd etsə də, Selznik onun rola uyğun gəlmədiyini deyərək, qəti şəkildə imtina etmişdi.[7][8][9]

Bir çox məşhur və ya gələcəkd məşhur olacaq aktrisanın rolu canlandırmaq üçün namizədliyi nəzərdən keçirilsə də, onlardan yalnız otuz bir nəfəri ekran testindən keçirilmişdi: Ardis Ankerson, Cean Artur]], Talullah Bankhed, Diana Berrimor, Coan Bennet, Nensi Koleman, Françes Di, Ellen Dryu (Terri Rey kimi), Polett Qoddar, Syuzan Heyvard (əsl adı Edita Merrenner altında), Vivyen Li, Anita Luiza, Heyla Stoddard, Marqaret Talliçet, Lana Törner və Linda Vatkins.[10] Baxmayaraq ki, Marqaret Mitçell açıq şəkildə rolu canlandırmaqdan imtina etmişdi, rol üçün seçilmətə ən yaxın namizəd, Mitçellin kitabda təsvir edilmiş Skarlett obrazına uyğun hesab etdiyi Miriam Hopkins idi. Lakin, həmin vaxt Hopkins otuz yaşlarında idi və rol üçün yaşlı hesab edilmişdi.[7][8][9] 1938-ci ilin dekabrına kimi Cean Artur və Coan Bennet də daxil olmaqla dörd aktrisa rolu canlandırmağa namizəd olsalar da, yalnız iki finalist Polett Qoddar və Vivyen Li 20 dekabrda “Technicolor” tərəfindən ekran testindən keçirilmişdir.[11] Qoddar rol üçün seçilsə də, onun Çarli Çaplinlə evlənməsi məsələsi ətrafında qalmaqallar Selznikin fikrini dəyişərək Vivyen Li üzərində dayanmasına səbəb olmuşdur.[4]

1938-ci ilin fevralında “İngiltərə üzərində atəş” və “Yank Oksfordda” filmlərini gördükdən sonra, Selznik ABŞ-də az tanınan gənc ingilis aktrisa Vivyen Linin namizədliyini nəzərdən keçirməyə başlamışdı. Linin Amerika agenti Miron Selznik (“Selznick International”in sahiblərindən biri, Devid Seznikin qardaşı) fevral ayında Linin adının Skarlett rolunu canlandırmaq üçün namizəd olan aktrisalar siyahısına salmağı xahiş etmişdi.[12] 1938-ci ilin fevralında Selzniklər, Linin müqavilə ilə bağlı olduğu Aleksandr Korda ilə həmin il çəkilişlərə başlanılması üçün danışıqlar apardılar. Selznik qardaşları onunla ilk dəfə 10 dekabr 1938-ci ildə Atlantada yanğın səhnəsinin çəkilməsi zamanı görüşdülər. İki gün sonra həyat yoldaşına yazdığı məktubda Selznik qeyd edir ki, Li, onların “çoxdan axtarılan Skarlett”idir və bir neçə ekran testindən sonra 13 yanvar 1939-cu ildə Linin aktyor heyətinə daxil olduğu elan edildi.[13] Çəkilişlərə başlanılmasından bir müddət əvvəl jurnalist Ed Sullivana verdiyi müsahibədə Selznik qeyd edir: “Skarlett O'Haranın valideynləri fransız və irland idilər. Biz də Miss Li üçün müvafiq olaraq fransız və irland valideynlər seçmişik.”[14]

Devid O. Selznik 1940-cı ildə

Kino tarixçisi Coanna Yek Sidney Hovardın orijinal ssenarisi haqqında yazır: “Küləklə sovrulanların epik ölçülərini saxlayaraq xırda detallarının ixtisar edilməsi çox mürəkkəb məsələ idi...Hovardın ssenarisinin ilk versiyası həddən artıq uzun idi və altı saatlıq bir film üçün nəzərdə tutulmuşdu;... [prodüser] Selznik Hovardın çəkilişlərdə iştirak edərək düzəlişlər verməsini istəyirdi…lakin, Hovard Yeni İngiltərəni tərk etməkdən imtina edir və nəticədə qısaltmalar və dəyişikliklər müxtəlif yerli yazıçılar tərəfindən həyata keçirilir.”[15] Çəkilişlərin başlamasına üç həftə qalmış Selznik rejissor Corc Kyukor işdən azad edir və o zaman “Oz ölkəsinin sehrbazı” filminin çəkilişləri ilə məşğul olan Viktor Fleminq “Küləklə sovrulanlar” filmini ekranlaşdırmağa razılıq verir. Fleminq ssenarini bəyənmir və Selznik onun beş gün ərzində yenidən işlənməsi üçün məşhur yazıçı Ben Hekti işə cəlb edir. Hekt Hovardın ilkin siyahısına qayıdır və həftənin sonunda yalnız birinci hissənin ssenarisini təqdim edə bilir. İkinci hissənin ssenarisini Selznik özü işləyir, lakin Hovard gələrək ikinci hissənin bir neçə açar səhnəsi də daxil olmaqla ssenarinin tamamlanmasında iştirak edir.[16]

1939-cu ildə filmin çıxarılması zamanı titrlərdə ssenari müəllifi kimi kimin adı yazılacağı barəsində bəzi şübhələr vardı. Lakin, bir çox yazıçılar tərəfindən redaktə edilməsinə baxmayaraq ssenarinin son variantı Hovardın ssenarisi saxlanmışdı. Titrlarda yalnız Hovardın adının yazılması, ola bilsin ki, onun xatirsəinə hörmət göstəricisidir, belə ki, 1939-cu ildə filmin premyerasından qabaq 48 yaşlı yazıçı fermada traktor qəzasında vəfat etmişdi” deyə Yek yazır.[15] 1939-cu ilin oktyabrında yazdığı qeydlərdə Selznik filmin ssenarisini müzakirə edir: “[S]iz açıq şəkildə qeyd edə bilərsiz ki, filmə kitabdan olmayan səhnələr mənim fikirlərimdi, yalnız mənim olamayan orijinal dialoq xəttlərinin bəziləri Sidney Hovard və Ben Hertə, bir neçəsi isə Con Van Drutenə məxsusdur. Bütün ssenari boyunca [Oliver] Qarretin on original sözünün belə olmasına şübhə edirəm. Quruluşa gəlincə, bunun təxminən səksən faizi mənim, yerdə qalanları isə Co Sberlinq və Sidney Hovardın Hektlə birgə əməyinin nəticəsidir.”[17]

Hektin bioqrafı Uilyam MakAdams qeyd edir: “Bazar günü sübh çağı, 20 fevral 1939-cu ildə Devid Selznik...və rejissor Viktor Fleminq Hektin qapısını döyür, o oyanır, Hektə MGM-lə razılaşma və beş həftə əvvəl çəkilişlərinə başlanılmış “Küləklə sovrulanlar”ın ssenarisi üzərində işləməli olması haqqında danışırlar. Film çəkilişlərinin dayandırılaraq yekun ssenarinin gözlənməsi hər gün Selznikə $50,000 məbləğə başa gəlirdi, üstəlik vaxt da az idi. Hekt həmin dövrdə Marks qardaşları üçün “Sirkdə” filmi üzərində çalışırdı və işin ortasında idi. Ssenarist dostu Cene Foulerə yazdığı məktuba istinad edərək, Hekt bildirdi ki, romanı oxumayıb, lakin Selznik və rejissor Fleminq onun oxumasını gözləyə bilməzdilər. Onlar Sidney Hovardın orijinal ssenari üzərində qısa zamanda düzəlişlər edərək yeni ssenari hazırlamağa çalışırdılar. Hekt yazır: “Hər bir səhnənin oynanılaraq müzakirə edilməsindən sonra mən makina arxasında oturaraq onları yenidən yazmağa başladım. Selznik və Fleminq fəaliyyətlərinə davam etdikləri müddətdə məni də tələsdirirdilər. Bu templə, gün ərzində on iki-on səkkiz saat olmaqla yeddi gün işlədik. Selznik bizə lanş etməyə də imkan vermir və deyirdi ki, yemək bizi yavaşladacaq. O bizə banan və duzlu fıstıq paylayırdı...beləcə yeddi gün ərzində heç bir zərər çəkmədən mən Vətəndaş Müharibəsinin ilk doqquz mərhələsi haqqında yazını tamamladım.”

MakAdams yazır: “Hektin ssenarisinin necə olmasını müəyyən etmək mümkün deyil...Sennari Yazarları Gildiyası rəsmən Sidney Hovardı mükafatlandırsa da, əslində ssenariyə başqa dörd yazıçının da əlavələri olmuşdu...Co Sverlinq davranışlarla bağlı düzəlişlər, Oliver H.P.Qarrrett və Barbara Keon ssenari quruluşuna və Hekt dialoqlara...”[18]

Filmdə Atlantada yanğın səhnəsi

Filmin əsas çəkilişləri 26 yanvar 1939-cu ildə başlanılmış və 1 iyulda tamamlanmışdır, çəkiliş sonrası işlər isə 11 noyabr 1939-cu ilə kimi davam etdirilmişdir. Uzun müddət Selzniklə əməkdaşlıq etmiş və iki il “Küləklə sovrulanlar” filminin ilkin hazırlıq işləri il məşğul olmuş rejissor Corc Kyukor çəkilişlərin başlamasına üç həftədən az qalmış işdən azad edilir.[8][qeyd 2] Selznik və Kyukorun çəkiliş və ssenari haqqında fikirləri üst-üstə düşmürdü[17], lakin Kyukorun layihədən uzaqlaşmasının səbəblərindən biri də Qeybl üçün onunla işləməyin rahat olmaması idi.[8][19][20] Kyukorun bioqrafı Emanuel Levi qeyd edir ki, Klark Qeybl əvvəl Hollivudun gey-jiqolosu kimi çalışıb, Kyukor isə onun keçmişi haqqında bilirdi və buna görə də imkanlarından istifadə edərək Kyukoru işdən uzaqlaşdırdı.”[21] Vivyen LiOliviya de Hevillend Kyukorun işdən uzaqlaşdırılması haqqında Atlanta bazarı səhnəsinin çəkildiyi gün öyrənirlər və çəkiliş kostyumlarında Selznikin yanına gedərək fikrini dəyişdirməyə çalışırlar. O zaman “Oz ölkəsinin sehrbazı” filminin çəkilişləri ilə məşğul olan rejissor Viktor Fleminq MGM-dən “Küləklə sovrulanlar”ı tamamlamaq üçün dəvət edilir, Kyukor isə şəxsən Li və Hevillendin məşqləri ilə məşğul olmaqda davam edir.[16] May ayında iki həftə ərzində Fleminq yorulduğu üçün çəkilişlərdən uzaqlaşır və film üzərində işləri digər MGM rejissoru Sem Vud davam etdirir. Həmçinin Kyukor tərəfindən çəkilmiş bəzi səhnələr, sonradan yenidən çəkilir. Əsas çəkilişlərin tamamlanmasından sonra Kyukorun 18, Fleminqin 93, Vudun isə iyirmi dörd gün çəkilişlərlə məşğul olması bəlli olur.[8]

Operator Li Qarmes çəkilişlərə başlasa da, 11 mart 1939-cu ildə — çəkilişlərdən bir ay sonra Selznik və tərəfdaşları tərəfindən çəkilmiş kadrların çox tünd olmasına qərar verildiyinə görə — “Technicolor” operatoru Rey Rennanla çalışan Ernest Hallerlə əvəzlənmişdir.[22] Qarmes filmin ilk üçdə bir hissəsini — Melaninin hamilə olması səhnəsinə kimi – çəksə də titrlərdə onun adı qeyd edilməmişdi. Çəkilişlərin böyük bir hissəsi “Selznick International”a məxsus “RKO Forty Acres” studiyasında, məkan səhnələri Los anceles və ona qonşu olan Venturada çəkilmişdir.[23] Cənubun uydurma plantasiyası olan Tara Kaliforniyanın məşhur studiyasında qurulmuşdur.[24] Atlantada yanğın səhnəsinin çəkillməsi üçün əlavə süni fasadlar inşa olunmuş və çəkiliş zamanı onlar məhv edilmişdir, Selznik özü şəxsən yanğın səhnəsinin çəkilişi üçün istifadə olunacaq partlayıcı maddələrin daşınmasına və istifadəsinə nəzarət etmişdir.[4] Mənbələrin verdiyi məlumata görə filmin çəkilməsinə $3.85 milyondan çox pul xərcələnmişdi ki, bu da “Küləklə sovrulanlar”ı o zaman çəkilmiş filmlər arasında “Ben-Hur” filmindən sonra ikinci ən bahalı film edir.[25][qeyd 3]

Həmçinin belə bir məlumat var ki, “Hays Office” Batlerin xəttində “lənətə gələsən” ifadəsinin istifadəsinə görə Selzniki $5,000 məbləğində cərimələyib, lakin faktiki olaraq 1 noyabr 1939-cu ildən etibarən İstehsal Kodeksində “cəhənnəm” və “lənət” sözlərinin istifadəsi, yalnız tarixi dialoqları dəqiqliklə çatdırmaq və ədəbi əsərdən istinadı düzgün təsvir etmək məqsədi istisna olmaqla qadağan edir, digər hallarda bu ifadələrin istifadəsinin ədəbi ifadəliliyi pozduğunu və yaxşı zövq formalaşdırmadığını bəyan edirdi.[27]

"Tara's Theme" film musiqisi

Film üçün musiqi bəstələmək üçün Selznik 1930-cu illərdə “RKO Pictures”də bir yerdə işlədikləri Maks Steyneri dəvət etmişdir. 1936-cı ildən Steynerlə müqavilə imzalamış “Warner Bros.” Bəstəkarın bu işi görməsinə razılaşmışdır. Steyner film musiqisi üzərində on iki həftəyə yaxın işləmişdir ki, bu da bəstəkarın hansısa filmin musiqisini yazmağa sərf etdiyi ən uzun müddət idi, həmçinin iki saat otuz yeddi dəqiqə davam edən musiqi bəstəkrın yazdığı ən uzun film musiqisi idi. Hüqo Fraydhofer, Moris de Pak, Bernard Kaun, Adolf Dötç və Reginald Basset kimi drijorlar musiqinin yazılması üçün dəvət edilmişlər. Film musiqisinə iki sevgi mövzusu daxildir, biri Eşli və Melaninin şirin sevgisinə, digəri isə Skarlettin Eşliyə qarşı olan sevgisinə həsr edilmişdir, film musiqiləri arasında Skarlett və Ret Batlerin sevgi mövzusu yoxdur.

Steyner əsasən aralarında Stefan Fosterin "Louisiana Belle," "Dolly Day," "Ringo De Banjo," "Beautiful Dreamer," "Old Folks at Home," və "Katie Belle" kimi melodiyalarının da olduğu xalq musiqisi və vətənprvər musiqilərdən istifadə edərək Skarlettin mövzusunu işləmişdir; filmdə istifadə olunmuş məşhur melodiyalar arasında Henry Clay Work, "Dixie," "Garryowen" və "The Bonnie Blue Flag" mahnıları da var. Bu gün filmlə daha çox assosasiya olunan musiqi Mak Devidin "My Own True Love" mahnısı əsasında yazılmış "Tara's Theme" musiqisidir. Ümumilikdə film musiqisi 99 ayrı musiqi parçasından ibarətdir. Vaxt az olduğuna görə Freydhofer, Döç və Haynz Roemheld də Steynerə kömək etmişdir.[28]

Çıxarılması

[redaktə | mənbəni redaktə et]

Baxış, premyera və ilk çıxarılma

[redaktə | mənbəni redaktə et]
Filmin Atlantada baş tutmuş premyera mərasimi

9 sentyabr 1939-cu ildə Selznik, onun həyat yoldaşı İrene, filmin investor Con Vitni və montajçısı Hel Kern “Küləklə sovrulanlar”ın Foks kinoteatrında keçirilən ilk baxışında iştirak etmək üçün Riversayd, Kaliforniyaya gəlmişdilər. Həmin dövrdə film hələ də qaralama mərhələsində idi, tamamlanmış başlıqları yox idi, xüsusi optik effektlər verilməmişdi. İlk baxışda film dörd saat iyirmi beş dəqiqə davam edirdi, lakin sonradan kəsilərək xüsusi çıxarılış üçün dörd saata qədər azaldılmışdı. “Havay gecələri”“Beau Geste” filmlərinin baxışı zamanı ikinci baxış filminin olacağı, getmək istəyənlərin seansı tərk edə biləcəyi, qalanların seans başladıqdan sonra çıxmasına və telefondan istifadə etməsinə imkan verilməyəcəyi bildirilmişdi. Filmin adı göründükdə insanlar alqışla qarşılamış, fim başa çatdıqda isə ayaq üstə alqışlamışdılar.[8][29] Selznikin bioqrafiyasını yazmış Devid Tomson qeyd edir ki, kütlənin film haqqında fikirlərini “Selznik, həyatının ən böyük anı, böyük qələbə və bütün çatışmazlıqların kompensasiyası”[30] kimi dəyərləndirir, qeyd edilirdi ki, “yəqin ki, film bu zamana kimi çəkilmiş ən yaxşı ekran əsəridir”.[31] Sentyabrın əvvəlində mətbuat Selznikdən filmi necə hiss etdiyini soruşduqda o, belə cavab vermişdir: “Günorta hiss edirəm ki, bu ilahi bir şeydir, axşam isə hiss edirəm ki, bərbad bir şeydir. Hərdən düşünürəm ki, bu çəkilmiş ən böyük filmdir. Lakin əgər bu sadəcə böyük filmdirsə, mən yenə də şadam.”[25]

15 dekabr 1939-cu ildə filmin Levs Qrand Kinoteatrında baş tutan premyerasında iştirak etmək üçün bir milyondan artıq adam Atlantaya gəlmişdi. Bu premyera şəhərdə mer Uilyam B. Hartsfildin iştirakı ilə keçirilmiş üç günlük təntənəli mərasimlərin kuliminasiyası idi. Üç gün ərzində şəhərdə film ulduzlarının iştirakı ilə limuzinlərin parade, qəbullar, minlərlə Konfederasiya bayraqları ilə bəzədilmiş kostyumlu bal təşkil olunmuşdur. Corciya qubernatoru Yurit D. Rivers 15 dekabrı ştat bayramı elan etmişdir. Film ulduzlarını hava limanından şəhərə gətirən limuzinləri izləmək üçün təxminən üç minə yaxın Atlanta sakini və qonaqlar yeddi mil boyunca yol kənarına düzülmüşdü. Yalnız Lesli Hovard və Viktor Fleminq bu tədbirlərə qatılmamışdı: II Dünya Müharibəsinin başlamasına görə Hovard İngiltərəyə qayıtmış, Fleminqin Selzniklə münasibətləri pozulduğuna görə o, filmin premyerası ilə bağlı heç bir tədbirə qatılmamışdı.[25][31] Hetti MakDeniel və digər qara dərili aktyorlar da Atlantaya gəlməmişdilər, çünki, Corciyada qüvvədə olan Cim Krou qanunlarına görə qara dərililər və ağ dərililər bir yerdə əyləşə bilməzdilər. MakDenielin premyerada iştirak edə bilməyəciyini öyrənən Klark Qeybl buna qarşı çıxaraq filmi boykot etmək istəsə də, MakDeniel Qeybli yola gətirə bilmişdi.[32] ABŞ prezidenti Cimmi Karter sonradan qeyd edirdi ki, premyera mənim həyatım boyunca Cənubda gördüyüm ən böyük hadisə idi.”[33] “Küləklə sovrulanlar”ın Nyu-York və Los Anceles premyeralarına, əvvəllər Skarlett rolu üçün sınaqdan keçirilmiş Polett Qoddar, Norma Şerer və Coan Krovford kimi aktrisalar da qatılmışdı.[31]

1939-cu ilin dekabrından 1940-cı ilin iyuluna kimi film seçilmiş kinoteatrlarda genişləndirilmiş bilet sistemi ilə nümayiş etdirilmiş, bu nümayişdən əldə edilmiş gəlirlərin 70 faizi (adətən bu göstərici 30-35 faiz arasında dəyişir) MGM tərəfindən götürülmüşdür.[34] Roudşou göstəricilərindən sonra, 1941-ci ildə filmin ümumi yayıma çıxarılması zamanı MGM şərtlərinə yenidən baxmış və gəlirin 50 faizinin MGM tərəfindən götürülməsinə qərar verilmişdir. Ümumilikdə filmin çıxarılması və reklam xərcləri $7 milyondan baha başa gəlmişdir.[31][35]

Sonrakı çıxarılmalar

[redaktə | mənbəni redaktə et]

1942-ci ildə vergiləri ödəyə bilmədiyinə görə Selznik öz şirkətini likvidasiya etməyə məcbur olur, “Küləklə sovrulanlar”ın hüquqlarını isə biznes partnyoru Con Vitniyə $500,000 məbləğə satır. Vitni isə öz növbəsində $2.8 milyona müəllif hüquqlarını MGM-ə satır, beləliklə studiya nəhayət ki, filmin bütün hüquqlarını əldə edir.[35] MGM filmi yenidən 1947-ci ildə, 1954-cü ildə çıxarmışdır ki[8], 1954-cü il çıxarışında film geniş ekranda, adi film formatında, yuxarıdan və aşağıdan 1.75:1 kəsimi ilə təqdim edilmişdir. Bundan sonra bəzi səhnələr optic baxımdan yenidən işlənmiş, üçxəttli kamera səhnələri dəyişdirilmişdir ki, bu da filmin beş səhnəsinin dəyişdirilməsi ilə nəticələnmişdir.[36] 1961-ci ildə ABŞ Vətəndaş müharibəsinin başlanmasının 100 illik yubileyi menasibəti ilə film yenidən çıxarılmış və Levs Qrand Kinoteatrında qala “premyera”sı təşkil olunmuşdur. Bu premyeraya Selzniklə yanaşı aralarında Vivyen LiOliviya de Hevillendin də olduğu film ulduzları qatılmışlar.[37] Növbəti il isə Klark Qeybl ölür.[38] 1967-ci il çıxarılışında film 70mm[8] ekrana kimi genişləndirilir və Klark Qeybl və Vivyen Linin iştirakı ilə yeni üz qabığı hazırlanır.[37] Yeni üz qabığında Sinəsi açıq ağ köynəkdə Klark Qeyblin Vivyen Lini alovlar arasından xilas etməsi təsvir olunub. Sonradan film, 1971, 19741984-cü illərdə çıxarılır; 1989-cu ildə filmin 50 illik yubileyi münasibti ilə çıxarılmış versiyada film tam audio və video bərpa ilə təqdim edilir. Bu versiyada film 1998-ci ildə ABŞ-də kinotetrlarda təqdim olunur.[39][40] 2013-cü ildə Vivyen Linin 100 illik Yuileyi münasibətilə Birləşmiş Krallıqda film 4K dijital restavrasiya ilə çıxarılır.[41] 2014-cü ildə filmin 75 illik yubileyi münasibətilə ABŞ kinoteatrlarında film yenidən göstərişə girmişdir.[42]

Televiziya və ev üçün buraxılış

[redaktə | mənbəni redaktə et]

Filmin dünya televiziya premyerası 11 iyun 1976-cı ildə HBO kabel televiziyasında baş tutmuş və bundan sonra film ay ərzində həmin telekanalda on dörd dəfə nümayiş olunmuşdur. Elə həmin il filmin televiziya şəbəkəsi dübtü də baş tutmuşdur: NBC filmin bir günlük yayımı üçün $5 milyon ödəmiş və iki hissıni də ard-arda iki dəfə yayımlamışdır. Film, o zamana kimi ABŞ-də yayımlanmış ən nüfuzlu televiziya proqramı olmuş, 47.5 faiz ev təsərrüfatı, 65 faiz televiziya izləyiciləri filmi izləmişlər. 1978-ci ildə CBS bir neçə il ərzində filmi 25 dəfə yayımlamaq üçün $35 milyon dəyərində müqavilə imzalamışdır.[16][40] “Turner Entertainment” 1986-cı ildə MGM film kitabxanasını əldə etsə də, bu müqaviləyə “Küləklə sovrulanlar”ın televiziya hüquqları daxil edilməmişdir və filmin televiziya yayım hüququ hələ də CBS telekanalında saxlanmışdır. Bundan sonra CBS telekanalı ilə müqavilə imzalanmış də filmin televiziya hüquqları “Turner Entertainment”ə qaytarılmışdır, əvəzində isə, CBS telekanalının “Oz ölkəsinin sehrbazı” filminə olan hüquqları genişləndirilmişdir.[16] Bu müqavilə “Turner Broadcasting System” tərkibində iki kabel televiziyasının açılması ilə nəticələnmişdir: “Turner Network Television” (1988) və “Turner Classic Movies” (1994).[43][44] 1985-ci ilin martında video kaset formatında satışa çıxarılan film satış göstəricilərinə görə hit-paradda ikinci yeri tutmuşdur[16], daha sonra film DVDBlu-ray formatlarında çıxarılmışdır.[37]

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]
Film kino tarixində böyük əhəmiyyətə malik olsa da, kino texnikasında cüzi irəliləyişlə yadda qalmışdı.

Frans Hoellerinq, The Nation jurnalı üçün şərhindən.

“Küləklə sovrulanlar” çıxarıldığı dövrdən etibarən tənqidçilər tərəfindən yaxşı qarşılanmış, ən məşhur qəzet və jurnallar filmə müsbət rəylər vermişlər.[8] Lakin, istehsal uğurları, texniki uğurlar və qəbul edilən ümumi uğurlarına baxmayaraq filmin dramatik məzmununun çatışmazlığı qeyd edilmişdir. “The New York Times”dan Frenk S. Nyugent ümumi təəssüratı hamıdan yaxşı ifadə edərək bildirir ki, “Küləklə sovrulanlar” həmin dövrdə o zaman kimi çəkilmiş ən iddialı film olsa da, heç də o zamana kimi çəkilmiş ən yaxşı film deyildi, lakin, yaxşı danışılmış maraqlı hekayədir.[45] “The Nation” jurnalından Frans Hoellerinq də oxşar fikirdədir: “Kinematoqrafiya tarixinin ən vacib hadisələrindən biri olan bu film, kino texnikası sənətində çox az inkişafla nəticələnmişdir. Bəzən elə olur ki, bu iki xüsusiyyət xoş şəkildə bir-biri ilə üst üstə düşür, lakin onların arasında uzun kəsiklər olması nəticəni zəiflədir.”[46]

Filmin romana uyğun olması müsbət dəyərləndirilsə də[45], ssenarinin kitaba bu qədər uğun saxlanılmasının bəzi tənqidçilər tərəfindən filmin davamiyyət müddətinin uzadılmasına və dramatikliyin itirilməsinə səbəb olduğu qeyd edilmişdir.[47]Variety ” jurnalından Con. S. Flinn qeyd edir ki, əgər filmin xüsusilə son hissəsində çox olan təkrar səhnələr və dialoqlar kəsilsəydi, film daha uğurlu alınardı.[47] “The Manchester Guardian” qeyd edir ki, filmin əsas çatışmazlığı vaxt itkisini təlafi etmək üçün epikliyin çatışmazlığı və ikinci hissədə Skarlettin “lazımsız evliliklər”i, “daxili mübarizələri”nin əks olunmasıdır, bütün bunların filmə daxil edilməsinin yeganə səbəbi isə Marqarett Mitçellin kitabına tam sadiq qalınmasına edilən cəhddir. “The Guardian”da qeyd edilir ki, “tarix kəsilib və ixtisar edilib, bu isə boşluqların yaranmasına səbəb olub, lakin, əgər Skarlettin şəxsi dramı əsas xətt kimi götürülməyib Cənubun dağıdılması tarixinə tabe edilsəydi, o zaman, “Küləklə sovrulanlar” həqiqətən də böyük bir film olardı.”[48] Oxşar şəkildə, Hoellerinq də filmin ikinci hissəsinin birinci hissədən daha zəif olduğunu qeyd edir: vətəndaş müharibəsinin təsvir olunduğu birinci hissə daha təsirli və hərəkətlidir, obrazların həyatlarına həsr edilmiş ikinci hissə isə daha zəifdir, çünki ümumilikdə “obrazlar özləri təkmil deyillər”. Bir çox mükəmməl səhnələrin olmasına baxmayaraq, o, dramanı qeyri-inandırıcı, “psixoloji inkişaf”ı isə təsirsiz hesab edir.[46]

Təriflərin böyük bir hissəsi Skarlett obrazını canlandıran Vivyen Linin ünvanına səslənmişdir. Nugent onu “filmin əsas pivotu” olaraq təsvir edir və bildirir ki, Li “sənəti və təbiəti ilə rola o qədər mükəmməl uyur ki, onun yerində istənilən başqa birini təsvir etmək qeyri-mümkündür.”[45] Bənzər şəkildə, Hoellerinq onun “görünüşü və hərəkətlərinin” “mükəmməl” olduğunu qeyd edir; ona imkan verildiyində “şəxsiyyətin ikiləşməsini mükəmməl şəkildə təsvir edir”, xüsusilə evlilik gününün səhəri zorlanması səhnəsində olduğu kimi məqamlarda onun rolu daha effektiv olur.[46] Flinn də Linin fiziki olaraq rola daha uyğun olduğunu, Atlantada yanğın və Skarlettin Yankii fərarisini öldürməsi kimi kişilik və iradə tələb edilən səhnələrdə mükəmməl göründüyünü qeyd edir.[46] Klark Qeyblin Ret Batler obrazını canlandırmasına gəlincə, Flinn hesab edir ki, “bu obraz Mitçellin yaratdığı və oxucuların təsəvvür etdikləri obraza xeyli uyğundur”, bu fikir Nugentin fikri ilə də səsləşir[45], Hoellerinq isə qeyd edir ki, Retin Skarlettdən iyrənərək uzaqlaşdığı səhnə kimi həlledici məqamlarda Qeyblin aktyorluğunun inandırıcı olmadığını qeyd edir.[46] Digər obrazlara gəlincə Hoellerinq və Flinn Lesli Hovardın Eşli obrazını “inandırıcı” şəkildə canlandırdığını qeyd edirlər, həmçinin Flinn Oliviya de Hevillendin Melani rolunda “mükəmməl” göründüyünü vurğulayır.[46][47] Nugent də Hevillendin obrazına xüsusi diqqət yetirərək, onun aktyorluğunu “lütfkar, ləyaqətli və inci qədər incə” adlandırır.[45] Hetti MakDenielin Mammi obrazını canlandırması da bir çox tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir: Nugent qeyd edir ki, o, Vivyen Lidən sonra filmdə öz obrazının öhdəsindən ən yaxşı gələn ikinci aktrisadır[45], Flinn isə onun performansını Li və Qeybldan sonra üçüncü kimi qiymətləndirir.[47]

1940-cı ildə keçirilmiş XII Oskar mükafatlarının təqdim edilməsi mərasimində “Küləklə sovrulanlar” on üç nominasiya üzrə mükafata layiq göstərilmi onlardan səkkiz nominasiya üzrə mükafatı qazanmış, əlavə iki şərəf mükafatına da layiq görülmüş, bu nəticə il mükafat sayına görə rekord nəticəyə nail olmuşdur. Film, İlin Ən Yaxşı Filmi, Ən Yaxşı Rejissor, Ən Yaxşı Aktrisa, Ən Yaxşı İkinci dərəcəli Aktrisa, Ən Yaxşı Ssenari, Ən Yaxşı Operator işi, Ən Yaxşı İnteryer Dekorasiyası və Ən Yaxşı Montaj işi, həmçinin əlavə olaraq təchizat və rəngə (film Ən Yaxşı Film mükafatı alan ilk rəngli filmdir) görə əlavə iki mükafata layiq görülmüşdür.[49][50] 1958-ci ildə Jiji filminin doqquz müsabiqə mükafatına layiq görülməsinə kimi “Küləklə sovrulanlar” ən çox mükafat alan film olmuş, 1959-cu ildə “Ben-Hur” filmi isə on bir mükafata layiq görülmüşdür.[51]Yeva haqqqında hər şey” filminin 1950-ci ildə on dörd nominasiya əldə etməsinə kimi “Küləklə sovrulanlar” həm də ən çox nominasiya almış film olmuşdur.[9] “Küləklə sovrulanlar” o zamana kimi çəkilmiş ən uzun müddətli ABŞ filmi idi, həmçinin bu vaxta kimi İlin Ən Yaxşı Filmi elan edilmiş ən uzun müddətli film olaraq qalmaqdadır.[52] 1962-ci ildə 222 dəqiqəlik “Ərəbistanlı Lourens” filminin çıxarılmasına kimi, 221 dəqiqə davam edən “Küləklə sovrulanlar” ən uzun film idi; lakin, üvertura, antrakt, giriş hissələr və bağlanış musiqisi ilə birlikdə “Küləklə sovrulanlar”ın ümumi davamiyyət müddəti 234 dəqiqəyə (bəzi mənbələrə görə 238 dəqiqə) çatır, lakin, bütün əlavə hissələr ilə birlikdə “Ərəbistanlı Lorens” filminin davamiyyət müddəti 232 dəqiqədir.[53][54]

Hetti MakDeniel, Oliviya de Hevillendi geridə qoyaraq, Oskar mükafatına layiq görülmüş ilk qara dərili aktrisa olsa da, Ambassador otelində keçirilən təqdimetmə mərasimi zamanı irqi ayrı-seçkiliyə məruz qalmışdır; aktrisa və onun eskortu qonaqlardan aralı, zalın arxasında oturmağa məcbur edilmişlər.[55] Sidney Hovard ölümündən sonra Oskar mükafatına layiq görülmüş ilk nominant olmuş, keiyerasındakı uğurlara görə Selznik “Ayrvinq G. Talberq Xatirə Mükafatı”na, Vivyen Li isə Ən Yaxşı Aktrisa kimi “Nyu York Film Tənqidçiləri Mükafatı”na layiq görülmüşdür.[9][49]

Oskar Mükafatı və nominasiyalar
Mükafat Qəbul edən(lər) Nəticə
Ən Yaxşı Film Selznick International Pictures Qazandı
Ən Yaxşı Rejissor işi Viktor Fleminq Qazandı
Ən Yaxşı Aktyor Klark Qeybl
Qalib Hələlik Mister Çips filminfə roluna görə Robert Donat olmuşdur
Namizəd
Ən Yaxşı Aktrisa Vivyen Li Qazandı
Ən Yaxşı Uyğunlaşdırılmış Ssenari Sidney Hovard Qazandı
Ən Yaxşı İkinci Dərəcəli Aktrisa Hetti MakDeniel Qazandı
Ən Yaxşı İkinci Dərəcəli Aktrisa Oliviya de Hevillend Namizəd
Ən Yaxşı Operator, RƏngli Ernest Haller və Rey Rennahan Qazandı
Ən Yaxşı Montaj Hal C. Kern və Ceyms E. Nyukam Qazandı
Ən Yaxşı Quruluşçu-rəssam Lili R. Viler Qazandı
Ən Yaxşı Vizual Effektlər Cek Kosqrou, Fred Albin və Artur Cons
Qaliblər "Yağış yağır" filmində işlərinə görə Fred SersenE. H. Hansen olmuşlar
Namizəd
Ən Yaxşı Film Musiqisi Maks Steyner
Qalib "Oz ölkəsinin sehrbazı" filminə görə Herbert Stothart olmuşdur
Namizəd
Ən Yaxşı səsləndirmə Tomas T. Moulton (Samuel Goldwyn Studio Sound Department)
Qalib "Sabah gələndə" filmi (Universal Studio Sound Department) olmuşdur
Namizəd
Kinematoqrafiya qarşısında xismətlərə görə Uilyam Kameron Menzies
Dramatik əfval-ruhiyyədə rəng istifadəsində əldə olunmuş xüsusi uğurlara görəFor outstanding achievement in the use of color for the enhancement of dramatic mood in the production of Gone with the Wind.
Şərəf
Texniki inkişafa görə Don Masqreyv və Selznick International Pictures Şərəf

Afro-amerikan reaksiyası

[redaktə | mənbəni redaktə et]
Hetti MakDeniel filmdə yaratdığı "Mammi" roluna görə Oskar mükafatına layiq görülmüş ilk afro-amerikan aktrisa olmuşdur.

Qara dərili şərhçilər filmdə qara dərililərin təsvir səhnələri və quldarlığın təbliğinə görə filmi tənqid etmişlər. Qara dərili dramaturq Karlton Moss yazdığı açıq məktubda şikaytlənərək qeyd edir ki, “Xalqın doğulması” “Amerika tarixinə və zəncilərə frontal hücum edirsə”, “Küləklə sovrulanlar” “eyni şəkildə arxadan hücum edir”. O, filmin “Cənub əhval-ruhiyyəsinə nostalgik çağırış” olduğunu bildirir. Moss daha sonra, “bacarıqsız və axmaq Pork”, “tənbəl və məsuliyyətsiz Prissi”, “qul olmasını rahat qəbul edən” Biq Sem və “Skarlettin hər istəyinə və ehtiyacına böyük qayğı ilə yanaşan” Mammi kimi stereotipik qara obraz xarakterizasiyalarını tənqid edir.[56] Hetti MakDenielin Oskar mükafatını qazanmasından sonra Rəngli Əhalinin İnkişafı üzrə Milli Assosasiyanın lideri Ualter Frensis Vayt onu “Tom Dayı” (Harriyet Biçer-Stounun “Tom dayının daxması” romanının qəhrəmanı olan bu obrazın adı həm də hakimiyyətə və xüsusilə ağ dərililərə tabe olmağa meyilli olan qara dərililəri bildirən epitet kimi işlədilir) adlandırmışdır. MakDeniel isə buna cavab verərək, “qulluqçu obrazı canlandıraraq həftədə 700 dollar qazanmağı, işsiz qalıb 7 dollar almaqdan üstün tuduğu”nu qeyd edir.[55]

Filmin çıxarılmasından sonra zənci cəmiyyətində ona qarşı mənfi münasibət yaranmış, “Küləklə sovrulanlar” Qara Amerikaya qarşı terror silahı” adlandırılmış, qara dərili insanları təhqir etməsi bildirilmiş və müxtəlif şəhərlərdə film əlehinə etiraz aksiyaları keçirilmişdir.[55] Bununla belə, qara dərili kütlənin bəzi nümayəndələri MakDenielin fəaliyyətinin böyük inkişaf olduğunu qeyd etmişlər: MakDenielin Oskar mükafatı qazanmasını təbrik edən “Opportunity: A Journal of Negro Life” jurnalı, filmi, qara dərililərlə bağlı xürafata “limit” qoyulması yönümündə öyüd-nəsihət kimi qiymətləndirmişdir.[55][56] Sonradan Malkolm İks qeyd edirdi ki, “Baterflay MakKuin hrəkət etdiyində mən xalı altında silkələnmələri hiss edirdim”.[57]

Çıxarılmasından sonra “Küləklə sovrulanlar” hər yerdə rekord nəticələr göstərmişdir. Təkcə Nyu-Yorkdakı Kapitol kinoteatrında dekabrın axırına kimi hər gün 11 min bilet satılmış[34], filmin çıxarılmasından sonrakı dörd il ərzində ümumilikdə ABŞ ərazisində 60 milyon bilet satılmışdı ki, bu da o zamankı ABŞ əhalisinin yarısı demək idi.[58][59] Dünyada da bu uğurunu davam etdirən film, London blitzi zamanı, 1940-cı ilin aprelində Birləşmiş Krallıqda kinoteatrlarda yayıma girmiş və dörd il ərzində yayım davam etdirilmişdir.[60] Filmin beynəlxalq yayıma girməsi onu $32 milyon dəyərində yeni gəlir dalğasının qəbulu ilə nəticələnmişdir ki, bu da “Küləklə sovrulanlar”ın ən gəlirli filmlərdən biri olmasına səbəb olmuşdur.[9]

“Xalqın doğulması” filminin rekordunu geridə qoyan[61][62] film, investorlarına iki qat gəlir gətirmişdir, lakin ümumilikdə bu iki filmin gəlir göstəriciləri çox yaxındır. “Küləklə sovrulanlar”ın əsas gəlirləri roudşou yayımlarından (ikinci film kimi) və ümumi baxışa açılmamışdan əvvəl premyera izləmələrindən əldə etmişdir.[34] “Xalqın doğulması” filminin distribütoru olan “Epoch” filmin statlarda yayım hüququnu yerli distribütorlara satmışdı. Film Prodüserləri və Distribütorları Assosasiyasının rəhbəri Karl E. Milliken qeyd edir ki, “Xalqın doğulması” 1930-cu ildə 5 milyona yaxın insan tərəfindən izlənmişdi.[63][64]

1947-ci ildə yenidən çıxarılan film ABŞ və Kanadada $5 milyon gəlir gətirərək, ilin on ən yaxşı çıxarılışından biri olmuşdur. Sonradan çıxarılmış “Ben-Hur” kimi filmlərin ciddi rəqib olmalarına baxmayaraq[65] , 19541961-ci illərd filmin yenidən çıxarılması onun uğurlu gəlir göstəricilərini saxlamağa kömək etmiş[35][61], lakin, 1966-cı ildə çıxarılmış “Musiqi səsi” filmini “Küləklə sovrulanlar”ı keçmişdir.[66] 1967-ci ildə filmin yenidən çıxarılması qeyri-adiliyi ilə seçilmişdir, belə ki, MGM filmin yenidən ikinci film kimi yayımlanmasına qərar vermişdir və bu filmə növbəti böyük uğur gətirərək, onu kino tarixinin ən uğurlu filmlərindən birinə çevirmişdir. Ümumilikdə film $68 milyon gəlirlə, “Doktor Jivaqo” filmindən sonra, MGM-in ən uğurlu filmi olmuşdur.[67] MGM filmin kirayəsindən $41 milyon[68], ABŞ və Kanadada yayımından isə $30 milyon gəlir əldə etmişdir ki, bu da, “Küləklə sovrulanlar”ı “Buraxılış” filmindən sonra ən gəlirli film kimi qeyd etməyə imkan vermişdir.[61][68] 1961-ci ildə yenidən çıxarılmasından əldə edilən $6.7 milyonla birlikdə[69] “Küləklə sovrulanlar” ABŞ bazarında “Musiqi səsi”, “Buraxılış” və “Doktor Jivaqo” filmlərindən sonra dördüncü yerdə qərarlaşmışdır.[61] 1971-ci ildə filmin yenidən çıxarılması onun gəlirlərinin $116 milyona çatmasına və “Küləklə sovrulanlar”ın “Musiqi səsi” filminin rekord nəticəsini geridə qoyması ilə nəticələnmişdir, növbəti il isə “Xaç atası” filmi “Küləklə sovrulanlar”ın rekordunu geridə qoymuşdur.[40][70]

Bütün çıxarılmalar nəzərə alınmaqla, “Küləklə sovrulanlar” ABŞKanadada 200 milyondan çox[58], Birləşmiş Krallıqda 35 miltondan çox bilet satışına nail olmuşdur ki[71], bu da həmin ərazilərdə ən çox bilet satışı göstəricisidir.[72][73] Ümumilikdə “Küləklə sovrulanlar” beynəlxalq porkatdan $390 milyon gəlir əldə etmişdir ki[74], “Turner Entertainment”in müasir infilyasiyaya uyğun hesablaması ilə bu nəticə $3.3 milyarda bərabərdir ki[9], bu göstəricisinə görə də, film 2011-ci ildə kino tarixinin ən uöurlu filmi kimi Ginnesin Rekordlar Kitabına salınmışdır.[75]

Tənqidi yenidənqiymətləndirmə

[redaktə | mənbəni redaktə et]
ABŞ-nin ilk arxivisti R. D. V. Konnor "Küləklə Sovrulanlar" filmini Corciya senatoru Ualter F. Corc (solda) və Livs Şərq Bölməsi Meneceri Karter Barrondan qəbul edərkən, 1941.

1970-ci illərdə filmə yenidən baxan Artur Şlezinger qeyd edir ki, Hollivud filmləri dərinlik və bütövlüklərini göstərərək köhnəlsələr də, yalnız “Küləklə sovrulanlar”a zaman təsir etmir.[76] Riçard Şikel qeyd edir kifilmin keyfiyyəti haqqında öyrənmək istəsəz, sorumaq olar, filmin yaddan çıxmasının qarşısını alan nədir: unudulmaz obrazlar və sadə dialoqlar.[77] Stenli Kaufmann da filmi dəyərləndirərək, iki səhnəni parlaq şəkildə xatırladığını qeyd edir. Şikel və Şlezinger əvvəl “pis yazılması” qeyd edilən ssenarinin “çiçəklənən” və “açıqca kimi” hissiyyatlı olduğunu qeyd edirlər.[78] Şikel filmin populyar sənətdə uğursuzluqla qarşılaşdığını qeyd edir, Kaufmann isə bildirir ki, “filmə iki dəfə baxmaq kifaytə edir və həyatının sonuna kimi filmi bir daha izləməməyə bəs edir.”[76][77] Həm Şikel, həm də Endryu Sarris filmin əsas çatışmazlığının bədiilikdən daha çox, prodüserin hissiyyatlığını əks etdirməsi olduğunu qeyd edirlər.[77][79]

Sarris etiraf edir ki, bədii baxımdan bəzi çatışmazlıqları olmasına baxmayaraq, film bütün dünyada “ən sevilən filmlərdən biri kimi” öz mövqeyini qorumaqdadır.[79] Cudir Krist qeyd edir ki, “film Hollivudun istehsal etdiyi populyar mədəniyyət nümunələri arasında ən yaxşı və diqqətə layiq nümunələrdən biridir”.[80] Şelzinger qeyd edir ki, həqiqətən də, filmin birinci hissəsində epik mövzu ilə tamamlanmaya ümidləndirən “hərəkətlilik və enerji”var, lakin, ikinci hissədə şəxsi həyatın əsas götürməsi filmin qeyri-təbii sentimentallıqla tamamlanmasına gətirib çıxarır.[76] Kaufmann isə gəlir göstəriciləri ilə “Küləklə sovrulanlar”ı geridə qoymağa nail olmuş “Xaç atası” filmi ilə maraqlı paralellər tapır: hər iki film “ultra-Amerikan” best-sellinq romanları əsasında çəkilmiş, hər iki filmdə romantik şəkildə şərəfli yaşamağın yolları göstərilmişdi və hər iki film mədəni fabrikasiya və ya revisionizm daşıyıcısıdır.[78]

“Küləklə sovrulanlar” Vətəndaş müharibəsi miflərini və qara stereotiplərini yaydığına görə təqsirləndirilmişdir.[81] Devid Reynolds qeyd edir ki, “Ağ qadınlar zərifdirlər, onların kişiləri nəcib və ya dəliqanlıdırlar. Fonda isə çirkli kobud və tave olmağı sevən, müstəqil hərəkət etməyi bacarmayan zəncilər təsvir edilir.” Reynolds “Küləklə sovrulanlar”ı “Xalqın doğulması” və seqraqasiya dövrünün ağları ənənəvi dəyərlərin qoruyucusu kimi təsvir edən, quldarlıq problemini isə görməzdən gələn filmləri ilə müqayisə edir.[57] Filmin Yenidənqurma dövründə qara kütlənin “reqressiya”sına qarşı Ku Kluks Klanın qoruyucu rolunu təkrarladığı[82] və ağ dərililərin keçmişi haqqında “sosial təbliğat” apardığı qeyd edilir.[81] 1972-1996-cı illərdə “Atlanta Tarix Cəmiyyəti” bir neçə “Küləklə sovrulanlar” adlı sərgi keçirmişdir, 1994-cü ildə keçirilmiş sərgi isə “Mübahisəli ərazilər: Küləklə sovrulanlar və Cənub mifləri” adlandırılmışdı.[83]

Yenidənqurma dövrünün təsvirində bəzi çatışmazlıqların olmasına baxmayaraq, film ümumilikdə XX əsrin əvvəlləərində həmin dövrlə bağlı təsəvvürü əks etdirir. Gecəqondular yerləşən ərazidə Skarlettin hücuma məruz qalmasından sonra onun həyat yoldaşı Frenk, Ret Batler və Eşli həmin əraziyə basqına gedirlər: romanda onlar Ku Kluks Klanın üzvü kimi göstərilsələr də, filmdə mövqe bir qədər neytrallaşdırılaraq yalnız siyasi birlik kimi göstərilmişdir.[84]

Tomas Kripps qeyd edir ki, bəzi hallarda film irqi stereotipləri kökündən məhv edir[85]; xüsusilə bir çox kiçik büdcəli filmlərdən fərqli olaraq, böyük bir büdcəsinin olmasına baxmayaraq[85], film yaradıcıları jest edərək Hollivud aktyorları və qara dərili aktyorları bir yerdə filmə çəkmiş və yeni trendin əsasını qoymuşlar.[56] Krippsə görə, film sosial dəyişikliklər üçün şablon olmuşdur.[56]

Ailə təcavüzünün təsviri

[redaktə | mənbəni redaktə et]

“Küləklə sovrulanlar”ın ən məşhur və çox müzakirə olunan səhnələrindən birində müasir hüquq tərəfindən “ailə təcavüzü” adlandırılan hadisə təsvir olunmuşdur.[86][87] Həmin səhnə pilləkənin aşağısında başlayır, Ret Skarlettin etirazına baxmayaraq onu öpür və bu xanımı qorxudur[88][89]: növbəti səhnədə Skarlettin müqavimət göstərməsinə baxmayaraq, Ret onu çiyininə qaldıraraq yataq otağına aparır[88][89] və izləyicidə heç bir şübhə qalmır ki, orada Skarlettin istəmədiyi hadisələr baş verir.[90] Növbəti səhnədə, hadisələrin səhəri böyük seksual həzzdən Skarlettin məmnun olması görünür[88][89][90]; Ret dünən içkili olduğunu söyləyərək üzr istəyir.[88] Bu səhnədə romantika və təcavüzün birləşdirilərək, bir-birindən fərqləndirilməməsi qeyd edilmişdir; insanların şüuraltı şəkildə təcavüzdən zövq alması[88] və həyat yoldaşı olaraq kişilərin bəzən bu addımı atmasının gərəkliyi vurğulanmışdır.[90]

Molli Haskell qeyd edir ki, qadınlar əsasən bu səhnəni tənqid etsələr də, əslində özləri də çox vaxt zorlanma haqqında fantaziyalar qururlar. Onların fantaziyaları əsasən sevgi və romantika ətrafında dövr etsə də, qadınlar Skarlettin Reti seksual partnyor kimi görmədiyini, lakin onun dominantlıq etməsini istədiyini qeyd edirlər.[91]

Populyar mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

“Küləklə sovrulanlar” və onun istehsalına həm “İkinci Fidl” kimi həmin dövrün filmlərində, həm də “Simpsonlar” kimi müasir media məhsullarında və mətbuatda istinad edilmişdir.[81][92][93] “Skarlett O’Hara müharibəsi" (1980-ci ildə Skarlett obrazı üçün aktyor seçimi prosesini əks etdirən televiziya dramı)[94], “Ay işiğı və Maqnoliyalar” (Ron Hatçinsonun 2007-ci ildə yazdığı tamaşa)[95] və “Küləklə qaçanlar” (Karol Barnett Şousunun səhnəciyi) kimi media məhsulları bu təsirin göstəriciləridir.[16] 1988-ci ildə çəkilmiş “Əfsanənin yaradılması: Küləklə sovrulanlar” sənədli filmində, bədii filmin tarixçəsi və mürəkkəb istehsal prosesindən bəhs edilir.[96] 1990-cı ildə ABŞ Poçt Xidməti filmin şərəfinə üzərində Klark Qeybl və Vivyen Linin qucaqlaşma səhnəsi təsvir edilmiş poçt markası buraxmışdır.[97]

* AFİ-nun 100 İl...100 Film – #4

American Film İnstitutu[98]

Romanın nəşrindən sonra Marqaret Mitçellə ünvanlanan çoxsaylı müraciətlərdə, ondan Skarlett və Rettin sonrakı taleyinin necə olmasına aydınlıq gətirməsi xahiş edilsə də, yazıçı bu haqqda düşünmədiyini və hər şeyi “həyatın axarına buraxdığı”nı bildirmişdi. 1949-cu ildə vəfat edənə kimi Mitçell Selznik və MGM-dən romanın davamının yazılması haqqında təzyiqlər almışdır. 1975-ci ildə yazıçının qardaşı Stefens Mitçell (bacısının mirasını idarə edən) mövzunun MGM və Universal Studios tərəfindən istehsal ediləcək $12 milyon büdcəli bir filmlə davam etdiriləcəyini bildirmişdi. Yazıçı-bioqraf Enn Edvards romanın davamı olacaq romanın yazılması üçün seçilmiş, sonradan həmin romanın ssenariyə uyğunlaşdırılması və ayrıca kitab kimi nəşr edilməsi nəzərdə tutulmuşdu. Edvards “Tara: Küləklə sovrulanların davamı” adlı 775 səhifəlik əlyazması təqdim etmişdir: kitabda hadisələr 1872-1882-ci illərdə baş verirdi və Skarlettin Retdən ayrılması məsələsinə diqqət yetirilirdi; MGM hazırlanmış tarixçədən razı qalmadığı üçün razılaşma pozulmuşdu.[16]

İdeya 1990-cı ilərdə yenidən gündəmə gəlmiş və nəhayət 1994-cü ildə miniserial istehsalı ilə nəticələnmişdir. “Skarlett” adlı serial Aleksandra Riplinin Mitçellin kitabının davamı olaraq yazdığı eyni adlı roman əsasında çəkilmişdi. Filmdə Coan Uolli və Timoti Dalton müvafiq olaraq Skarlett və Ret obrazlarını canlandırmışdılar.[99]

2008-ci ildə “Harris Interactive” tərəfindən keçirilmiş ümummilli sorğuda “Küləklə sovrulanlar” ən məşhur Amerikan filmlərindən biri kimi qəbul edilmişdir.[100] 1977-ci ildə Amerika Film İnstitutu üzvləri arasında keçirilmiş sorğudan sonra film, ən məşhur ABŞ filmi elan edilmişdi;[8] AFİ-nun 1998-ci ildə tərtib etdiyi “100 böyük film” siyahısında “Küləklə sovrulanlar” dördüncü yerdə qərarlaşmış[101], 2007-ci ildə on illik yubiley nəşrində isə yeddinci yerdə qərarlaşmışdır.[102] 2012-ci ildə “Sight & Sound ” tənqidçilərin səsverməsinə görə filmi 235-ci, rejissorların səsverməsinə görə isə 322-ci yerdə qərarlaşdırmışdır.[103] “The Hollywood Reporter” tərəfindən 2014-cü ildə keçirilmiş və Hollivud ərazisində yerləşən bütün studiya, agentlik və istefsal evlərinin iştirak etdiyi səsvermədə “Küləklə sovrulanlar” əllinci yerdə qrarlaşmışdır.[104] 1989-cu ildə “Küləklə sovrulanlar” “Milli Film Registri” qorumasında olan filmlər siyahısına daxil edilmişdir.[9]

  1. 1 2 Filmin açılış titrlərində səhvə yol verilərək Corc Rivs "Brent Tarleton kimi" kimi göstərilsə də, Stüart obrazını canlandırır, Fred Kreyn "Stüart Tarleton kimi" qeyd edilsə də Brent obrazını canlandırır.[2]
  2. 1939-cu ilin fevralında jurnalist və səhnə arxası texniki məsləhətçi Syuzan Mayrik Marqaret Mitçellə ünvanlanmış məktubunda qeyd edir:
    George [Cukor] finally told me all about it. He hated [leaving the production] very much he said but he could not do otherwise. In effect he said he is an honest craftsman and he cannot do a job unless he knows it is a good job and he feels the present job is not right. For days, he told me he has looked at the rushes and felt he was failing... the thing did not click as it should. Gradually he became convinced that the script was the trouble... David [Selznick], himself, thinks HE is writing the script... And George has continually taken script from day to day, compared the [Oliver] Garrett-Selznick version with the [Sidney] Howard, groaned and tried to change some parts back to the Howard script. But he seldom could do much with the scene... So George just told David he would not work any longer if the script was not better and he wanted the Howard script back. David told George he was a director—not an author and he (David) was the producer and the judge of what is a good script... George said he was a director and a damn good one and he would not let his name go out over a lousy picture... And bull-headed David said "OK get out!"[19]
  3. Time jurnalında məlumat verilir ki, Hovard Hyuz tərəfindən 1930-cu ildə çəkilmiş Cəhənnəm mələyi filmi daha baha başa gəlmişdi; film haqqında qeydlərdə ilkin olaraq $2.8 milyon göstərilsə də, Hyuz sonradan açıqlama verərək filmin $4 milyona çəkildiyini açıqlamışdı, bu isə "Cəhənnəm mələyi" filminin həmin zamana kimi çəkilmiş ən bahalı film olduğunu söyləməyə əsas verir.[26]
  1. DarkSite. "Самый кассовый Азербайджанский фильм" (rus). Darksite.az. 02.08.2016. 2017-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-03.
  2. 1 2 "Gone With the Wind". The American Film Institute Catalog of Motion Pictures. American Film Institute. 2019-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 yanvar 2015.
  3. Noland, Claire. "Mary Anderson dies at 96; actress had role in 'Gone With the Wind'". Los Angeles Times. April 7, 2014. April 7, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 yanvar 2015.
  4. 1 2 3 4 5 6 Friedrich, Otto. City of Nets: A Portrait of Hollywood in the 1940s. Berkeley and Los Angeles: University of California Press. 1986. 17–21. ISBN 978-0-520-20949-7.
  5. "The Book Purchase". Gone With The Wind Online Exhibit. University of Texas at Austin: Harry Ransom Center. June 2, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 14, 2015.
  6. "The Search for Scarlett: Chronology". Gone With The Wind Online Exhibit. University of Texas at Austin: Harry Ransom Center. June 2, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 14, 2015.
  7. 1 2 3 4 5 Lambert, Gavin. "The Making of Gone With The Wind, Part I". The Atlantic Monthly. February 1973. 2022-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2014.
  8. 1 2 3 4 5 6 7 8 9 10 11 "Gone with the Wind (1939) – Notes". TCM database. Turner Classic Movies. 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2014.
  9. 1 2 3 4 5 6 7 Miller, Frank; Stafford, Jeff. "Gone with the Wind (1939) – Articles". TCM database. Turner Classic Movies. September 26, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 14, 2015.
  10. "The Search for Scarlett: Girls Tested for the Role of Scarlett". Gone With The Wind Online Exhibit. University of Texas at Austin: Harry Ransom Center. June 2, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 14, 2015.
  11. Haver, Ronald. David O. Selznick's Hollywood. New York: Alfred A. Knopf. 1980. ISBN 978-0-394-42595-5.
  12. Pratt, William. Scarlett Fever. New York: Macmillan Publishers. 1977. 73–74, 81–83. ISBN 978-0-02-598560-5.
  13. Walker, Marianne. Margaret Mitchell and John Marsh: The Love Story Behind Gone With the Wind. Peachtree Publishers. 2011. 405–406. ISBN 978-1-56145-617-8.
  14. Selznick, David O. "The Search for Scarlett: Vivien Leigh – Letter from David O. Selznick to Ed Sullivan". Gone With The Wind Online Exhibit. University of Texas at Austin: Harry Ransom Center. January 7, 1939. June 2, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 14, 2015.
  15. 1 2 Yeck, Joanne. Dictionary of Literary Biography. American Screenwriters. Gale. 1984.
  16. 1 2 3 4 5 6 7 Bartel, Pauline. The Complete Gone with the Wind Trivia Book: The Movie and More. Taylor Trade Publishing. 1989. 6469 & 161172. ISBN 978-0-87833-619-7.
  17. 1 2 Selznick, David O. Behlmer, Rudy (redaktor). Memo from David O. Selznick: the creation of Gone with the wind and other motion picture classics, as revealed in the producer's private letters, telegrams, memorandums, and autobiographical remarks. New York: Modern Library (2000 tarixində nəşr olunub). 1938–1939. 179–180 & 224–225. ISBN 978-0-375-75531-6.
  18. MacAdams, William. Ben Hecht. New York: Barricade Books. 1990. 199–201. ISBN 978-1-56980-028-7.
  19. 1 2 Myrick, Susan. White Columns in Hollywood: Reports from the GWTW Sets. Macon, Georgia: Mercer University Press. 1982. 126–127. ISBN 978-0-86554-044-6.
  20. Eyman, Scott. Lion of Hollywood: The Life and Legend of Louis B. Mayer. Robson Books. 2005. 258–259. ISBN 978-1-86105-892-8.
  21. Capua, Michelangelo. Vivien Leigh: A Biography. McFarland & Company. 2003. 59–61. ISBN 978-0-7864-1497-0.
  22. Turner, Adrian. A celebration of Gone with the wind. Dragon's World. 1989. səh. 114.
  23. Molt, Cynthia Marylee. Gone with the Wind on Film: A Complete Reference. Jefferson, NC: McFarland & Company. 1990. 272–281. ISBN 978-0-89950-439-1.
  24. Bridges, Herb. The Filming of Gone with the Wind. Mercer University Press. 1998. PT4. ISBN 978-0-86554-621-9.
  25. 1 2 3 "Cinema: G With the W". Time. 25 December 1939. 9171, 762137–1, 00.html 19171, 762137–2, 00.html 2 & 9171, 762137–7, 00.html 7. 29 June 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 July 2011.
  26. Eyman, Scott. The speed of sound: Hollywood and the talkie revolution, 1926–1930. Simon & Schuster. 1997. səh. 253. ISBN 978-0-684-81162-8.
  27. Leff, Leonard J.; Simmons, Jerold L. The Dame in the Kimono: Hollywood, Censorship, and the Production Code. University Press of Kentucky. 2001. səh. 108.
  28. MacDonald, Laurence E. The Invisible Art of Film Music: A Comprehensive History. Scarecrow Press. 1998. 5253. ISBN 978-1-880157-56-5.
  29. Bell, Alison. "Inland Empire cities were once 'in' with Hollywood for movie previews". Los Angeles Times. June 25, 2010. December 29, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 25, 2013.
  30. Thomson, David. Showman: The Life of David O. Selznick. New York: Alfred A. Knopf. 1992. ISBN 978-0-394-56833-1.
  31. 1 2 3 4 Lambert, Gavin. "The Making of Gone With The Wind, Part II". The Atlantic Monthly. 265 (6). March 1973. 56–72. 2017-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2015.
  32. Harris, Warren G. Clark Gable: A Biography. Harmony Books. 2002. səh. 211.
  33. Cravens, Hamilton. Great Depression: People and Perspectives. Perspectives in American Social History. ABC-CLIO. 2009. səh. 221. ISBN 978-1-59884-093-3.
  34. 1 2 3 Schatz, Thomas. Boom and Bust: American Cinema in the 1940s. Volume 6 of History of the American Cinema. University of California Press. 1999 [1st. pub. 1997]. 6566. ISBN 978-0-520-22130-7.
  35. 1 2 3 Shearer, Lloyd. "GWTW: Supercolossal Saga of an Epic". The New York Times. October 26, 1947. March 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 14, 2012.
  36. Haver, Ronald. David O. Selznick's Gone with the wind. New York: Random House. 1993. 84–85.
  37. 1 2 3 Brown, Ellen F.; Wiley, John, Jr. Margaret Mitchell's Gone With the Wind: A Bestseller's Odyssey from Atlanta to Hollywood. Taylor Trade Publications. 2011. 287, 293 & 322. ISBN 978-1-58979-527-3.
  38. Olson, James Stuart. Historical Dictionary of the 1950s. Greenwood Publishing Group. 2000. səh. 108. ISBN 978-0-313-30619-8.
  39. Block, Alex Ben; Wilson, Lucy Autrey, redaktorlar George Lucas's Blockbusting: A Decade-By-Decade Survey of Timeless Movies Including Untold Secrets of Their Financial and Cultural Success. HarperCollins. 2010. 220–221. ISBN 978-0-06-177889-6.
  40. 1 2 3 Krämer, Peter. The New Hollywood: From Bonnie And Clyde To Star Wars. Short Cuts. 30. Wallflower Press. 2005. səh. 46. ISBN 978-1-904764-58-8.
  41. Andrew, Geoff. "Gone with the Wind". British Film Institute. December 1, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 21, 2015.
  42. Fristoe, Roger. "Gone with the Wind: 75th Anniversary – Screenings and Events". Turner Classic Movies. 2014-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2015.
  43. Clark, Kenneth R. "Tnt Rides In On 'Gone With Wind'". Chicago Tribune. September 29, 1988. 2013-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2015.
  44. Robert, Osborne. "Robert Osborne on TCM's 15th Anniversary". Turner Classic Movies. 2013-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2015.
  45. 1 2 3 4 5 6 Nugent, Frank S. "The Screen in Review; David Selznick's 'Gone With the Wind' Has Its Long-Awaited Premiere at Astor and Capitol, Recalling Civil War and Plantation Days of South--Seen as Treating Book With Great Fidelity". The New York Times. December 20, 1939. August 9, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2015.
  46. 1 2 3 4 5 6 Hoellering, Franz. "Gone With the Wind". The Nation (December 16, 2008 tarixində nəşr olunub). 1939. May 21, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2015.
  47. 1 2 3 4 Flinn, John C., Sr. "Gone With the Wind". Variety. December 20, 1939. September 3, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2015.
  48. "From the archive, 28 May 1940: Gone with the wind at the Gaiety". The Manchester Guardian (May 28, 2010 tarixində nəşr olunub). May 28, 1940. July 25, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2015.
  49. 1 2 "Results page – 1939 (12th)". Academy Awards database. Academy of Motion Picture Arts and Sciences. 2013-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2015.
  50. Randall, David; Clark, Heather. "Oscars – cinema's Golden Night: The ultimate bluffer's guide to Hollywood's big night". The Independent. February 24, 2013. October 28, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2015.
  51. Cutler, David. Goldsmith, Belinda; Zargham, Mohammad (redaktorlar ). "Factbox : Key historical facts about the Academy Awards". Reuters. February 22, 2013. October 10, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2015.
  52. "Beyond the Page: Famous Quotes". Academy of Motion Picture Arts and Sciences. 2012-09-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2015.
  53. Dirks, Tim. "Academy Awards: Best Picture – Facts & Trivia". Filmsite.org. AMC Networks. səh. 2. 2010-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2015.
  54. Kim, Wook. "17 Unusual Oscar Records – Longest Film (Running Time) to Win an Award: 431 Minutes". Time. February 22, 2013. February 27, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2015.
  55. 1 2 3 4 Haskell, Molly. Frankly, My Dear: Gone With the Wind Revisited. Icons of America. Yale University Press. 2010. 213214. ISBN 978-0-300-16437-4.
  56. 1 2 3 4 Lupack, Barbara Tepa. Literary Adaptations in Black American Cinema: From Oscar Micheaux to Toni Morrison. University of Rochester Press. 2002. 209–211. ISBN 978-1-58046-103-0.
  57. 1 2 Reynolds, David. America, Empire of Liberty: A New History. Penguin UK. 2009. 241–242. ISBN 978-0-14-190856-4.
  58. 1 2 Young, John. "'Avatar' vs. 'Gone With the Wind". Entertainment Weekly. February 5, 2010. October 10, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2015.
  59. "About the 1940 Census". Official 1940 Census Website. National Archives and Records Administration. 2017-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2015.
  60. "London Movie Doings". The New York Times. June 25, 1944. X3.
  61. 1 2 3 4 Finler, Joel Waldo. The Hollywood Story. Wallflower Press. 2003. 47, 356–363. ISBN 978-1-903364-66-6.
  62. "Show Business: Record Wind". Time. February 19, 1940. February 2, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2015.
  63. Stokes, Melvyn. D.W. Griffith's the Birth of a Nation: A History of the Most Controversial Motion Picture of All Time. Oxford University Press. 2008. 119 & 287. ISBN 978-0-19-533678-8.
  64. Grieveson, Lee. Policing Cinema: Movies and Censorship in Early-Twentieth-Century America. University of California Press. 2004. səh. 308. ISBN 978-0-520-23966-1.
  65. Thomas, Bob. "Movie Finances Are No Longer Hidden From Scrutiny". The Robesonian. Associated Press. August 1, 1963. səh. 10.
  66. Berkowitz, Edward D. Mass Appeal: The Formative Age of the Movies, Radio, and TV. Cambridge Essential Histories. Cambridge University Press. 2010. səh. 160. ISBN 978-0-521-88908-7.
  67. Hall, Sheldon; Neale, Stephen. Epics, spectacles, and blockbusters: a Hollywood history. Wayne State University Press. 2010. 181182. ISBN 978-0-8143-3008-1.
  68. 1 2 Thomas, Bob. "Reissues playing big role in movie marketing today". The Register-Guard. Associated Press. May 6, 1971. səh. 9E.
  69. Kay, Eddie Dorman. Box office champs: the most popular movies of the last 50 years. Random House Value Publishing. 1990. səh. 92. ISBN 978-0-517-69212-7.
  70. The Atlantic Monthly. 231. 1973. səh. 2. As of the end of 1971, GWTW stood as the all-time money-drawing movie, with a take of $116 million, and, with this year's reissues, it should continue to run ahead of the second place contender and all-time kaffee-mit-schlag spectacle.
  71. "Gone with the Wind tops film list". BBC News. November 28, 2004. July 25, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2015.
  72. "Domestic Grosses – Adjusted for Ticket Price Inflation". Box Office Mojo. 2014-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2015.
  73. "The Ultimate Film Chart". British Film Institute. 2018-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2015.
  74. "Gone with the Wind". The Numbers. Nash Information Services. 2013-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2015.
  75. Glenday, Craig, redaktor Гиннесс. Мировые рекорды 2012 (Russian, translated by Andrianov, P.I. & Palova, və I.V.). Moscow: Astrel. 2011. səh. 211. ISBN 978-5-271-36423-5.
  76. 1 2 3 Schlesinger, Arthur. "Time, alas, has treated Gone With the Wind cruelly". The Atlantic Monthly. 231 (3). March 1973. səh. 64. 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2015.
  77. 1 2 3 Schickel, Richard. "Glossy, Sentimental, Chuckle-headed". The Atlantic Monthly. 231 (3). March 1973. səh. 71. 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2015.
  78. 1 2 Kauffman, Stanley. "The Romantic Is Still Popular". The Atlantic Monthly. 231 (3). March 1973. səh. 61. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2015.
  79. 1 2 Sarris, Andrew. "This moviest of All Movies". The Atlantic Monthly. 231 (3). March 1973. səh. 58. 2022-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2015.
  80. Crist, Judith. "Glorious Excesses". The Atlantic Monthly. 231 (3). March 1973. səh. 67. 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2015.
  81. 1 2 3 Vera, Hernán; Gordon, Andrew Mark. Screen Saviors: Hollywood Fictions of Whiteness. Rowman & Littlefield. 2003. səh. viii & 102. ISBN 978-0-8476-9947-6.
  82. Silk, Catherine; Silk, Johnk. Racism and Anti-Racism in American Popular Culture: Portrayals of African-Americans in Fiction and Film. Manchester University Press. 1990. səh. 141. ISBN 978-0-7190-3070-3.
  83. Dickey, Jennifer W. A Tough Little Patch of History: Gone with the Wind and the politics of memory. University of Arkansas Press. 2014. səh. 66. ISBN 978-1-55728-657-4.
  84. Ruiz, W. Bryan Rommel. American History Goes to the Movies: Hollywood and the American Experience. Taylor & Francis. 2010. səh. 61. ISBN 978-0-203-83373-5.
  85. 1 2 Smyth, J.E. Reconstructing American Historical Cinema: From Cimarron to Citizen Kane. University Press of Kentucky. 2006. səh. 164. ISBN 978-0-8131-7147-0.
  86. White, John; Haenni, Sabine, redaktorlar Fifty Key American Films. Routledge Key Guides. Routledge. 2009. səh. 59. ISBN 978-0-203-89113-1.
  87. Hickok, Eugene W., Jr. The Bill of Rights: Original Meaning and Current Understanding. University of Virginia Press. 1991. səh. 103. ISBN 978-0-8139-1336-0.
  88. 1 2 3 4 5 Paludi, Michele A. The Psychology of Love. Women's Psychology. 2. ABC-CLIO. 2012. səh. xxvi. ISBN 978-0-313-39315-0.
  89. 1 2 3 Allison, Julie A.; Wrightsman, Lawrence S. Rape: The Misunderstood Crime (2). Sage Publications. 1993. səh. 90. ISBN 978-0-8039-3707-9.
  90. 1 2 3 Pagelow, Mildred Daley; Pagelow, Lloyd W. Family Violence. Praeger special studies. ABC-CLIO. 1984. səh. 420. ISBN 978-0-275-91623-7.
  91. Frus, Phyllis. Documenting Domestic Violence in American Films // Slocum, J. David (redaktor). Violence in American Cinema. Afi Film Readers. Routledge. 2001. səh. 231. ISBN 978-0-415-92810-6.
  92. Nugent, Frank S. "Second Fiddle (1939) The Screen; 'Second Fiddle,' With Tyrone Power and Sonja Heine, Opens at the Roxy--Reports on New Foreign Films". The New York Times. July 1, 1939. November 8, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 19, 2014.
  93. Gómez-Galisteo, M. Carmen. The Wind Is Never Gone: Sequels, Parodies and Rewritings of Gone with the Wind. McFarland & Company. 2011. səh. 173. ISBN 978-0-7864-5927-8.
  94. "The Scarlett O'Hara War (1980)". Allmovie. Rovi Corporation. 2013-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2015.
  95. Spencer, Charles. "Moonlight and Magnolias: Comedy captures the birth of a movie classic". The Daily Telegraph. October 8, 2007. May 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2015.
  96. Thames, Stephanie. "The Making Of A Legend: Gone With The Wind (1988) – Articles". TCM database. Turner Classic Movies. May 27, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 2, 2013.
  97. McAllister, Bill. "Postal Service Goes Hollywood, Puts Legendary Stars on Stamp". The Daily Gazette. March 5, 1990. səh. B9.
  98. "AFI's 100 Years...The Complete Lists". American Film Institute. 2014-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2015.
  99. "Scarlett (1994)". Allmovie. Rovi Corporation. 2014-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2015.
  100. Corso, Regina A. "Frankly My Dear, The Force is With Them as Gone With the Wind and Star Wars are the Top Two All Time Favorite Movies" (PDF) (Press-reliz). Harris Interactive. February 21, 2008. June 14, 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2015.
  101. "AFI's 100 Years...100 Movies". American Film Institute. June 1998. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2015.
  102. "AFI's 100 Years...100 Movies (10th Anniversary Edition)". American Film Institute. June 20, 2007. April 7, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2015.
  103. "The Greatest Films Poll: Gone with the Wind". British Film Institute. 2012. 2016-01-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2015.
  104. "Hollywood's 100 Favorite Films". The Hollywood Reporter. June 25, 2014. December 21, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]