Kalininski rayonu (rus. Калининский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Kalininskaya kəndidir.
Kalininski rayonu | |||||
---|---|---|---|---|---|
|
|||||
45°29′23″ şm. e. 38°40′30″ ş. u. |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 19 iyul 1924 | ||||
Sahəsi |
|
||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Krasnodar diyarının şimal-qərb hissəsində yerləşir. Rayonun şərqində Timaşevski rayonu, cənubunda — Dinski və Krasnoarmeyski rayonları, uzaq qərbində Slavyanski, şimalında — Primorsko-Axtarski rayonları yerləşir.
Rayonun sahəsi 151 605 ha-dır. Sərhədlərin ümumi uzunluğu 300 kilometrdir.
Rayon ərazisinin relyefi düzəndir, Kuban-Priazov ovalığı ilə məhdudlaşmışdır. Şərq və şimali-şərqdə şumlanmış qaratorpaq çölləri geniş ərazi tutur.
Əhalinin ümumi sayı — 50,370 nəf. O cümlədən: Kişilər — 23 674 nəf. Qadınlar — 26,696 nəf. 16 yaşından kiçik uşaqlar — 11 830 nəf. İşçilərin sayı — 16 964 nəf.
O cümlədən:
dövlət sektorunda — 3814
sənayedə — 244
aqrar-sənaye kompleksində və emal sənayesində — 9198
fermerlər — 352
nəqliyyat və rabitə sahəsində — 276
ticarət və xidmət sahələrində — 695
digər sahələrdə — 811
Krasnodar Bölgəsinin Səhiyyə İdarəsinin məlumatına görə, Kalininski rayonunda 1 yanvar 2006-cı il tarixinə insanların sayı 49 765 nəfər olmuşdur[4].
Kalininski rayonunda 8 kənd inzivati vahidliyinə 27 yaşayış məntəqəsi daxildir:Angelinski, Andreevski, Boykoponura, Vasilevka, Qreki, Qreçanaya Balka, Qrevenskaya, Qrişkovskaya, Cumaylovka, Dolinovskaya, Juravlovka, Zarecenskaya, Kalininskaya, Lebedi, Malai, Masankovski, Maşenkovski, Mirnı, Moqukorovka, Novonikalayevka, Priqibski, Raşpıli, Redant, Roqaçyovski, Severnı, Starovelişkovskaya və Stepnoy.
Kalininski rayonunun iqtisadiyyatının əsasını dinamik inkişaf edən aqrar-sənaye kompleksi (kənd təsərrüfatı, emal, qida və un s), balıqçılıq və balıqçılıq məhsulları təşkil edir. Ən inkişaf etmiş sahələr kənd təsərrüfatı və emal sənayesidir.
Bölgənin ən böyük müəssisələri:
"Kalininski pendir fabriki" ASC — Kalininskaya kəndi, Privokzalnaya küçəsi, 1;
"Kalininsk RPS Kooperativ Sənayesi Kombinatı" MMC — Kalininskaya. Sovetskaya küçəsi, 21;
Plemzavod Drujba ASC — Boykoponura xutoru, Lenin küçəsi, 2;
"Oktyabr" — Staroveliçkovskaya kəndi, Krasnaya küçəsi, 154;
"Sovetkaya Kuban" — Qrişkovskoe kəndi, Sovetskaya küçəsi, 62.