Leninqrad rayonu (rus. Ленинградский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Leninqradskaya kəndidir.
Leninqrad rayonu | |||||
---|---|---|---|---|---|
|
|||||
|
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Sahəsi |
|
||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Leninqrad rayonu diyarın şimal hissəsində yerləşir, ərazisi əsasən düzəndir. Bölgədəki torpaqlar karbonatlı qaratorpaqlardır. Burada təbii qaz, gil və mineral su çıxır.
2 iyun 1924-cü ildə mərkəzi Umanskaya kəndində olan Cənub-Şərqi vilayətinın Kuban dairəsinin bir hissəsi olaraq Umanski rayonu qurulur. Buraya Kuban-Qara dəniz bölgəsinin ləğv edilmiş Yeysk bölməsinin ərazisinin bir hissəsi daxil idi. Əvvəlcə rayona 5 kənd məclisi daxil idi: Belı, Krılovski, Kulikovski, Novoplatnirovski, Umanski. 16 noyabr 1924-cü ildən rayon Şimali Qafqaz diyarının ərazisinə daxildir. 21 fevral 1927-ci ildə rayon ləğv edilir, ərazisi Pavlovski və Kanevski rayonları arasında bölünür. 31 dekabr 1934-cü ildə Pavlovski rayonu ərazisinin bir hissəsinin bölüşdürülməsi nəticəsində mərkəzi Leninqradskaya kəndi olan Leningradski rayonu qurulur. Eyni zamanda, mərkəzi Krılovskaya kəndində Stalin rayonu təşkil olunur. 13 sentyabr 1937-ci ildən Leninqradski rayonu Krasnodar diyarının bir hissəsi olur. 22 avqust 1953-cü ildə Leninqrad və Stalin rayonları Stalinski rayonu adı altında birləşdirilir, lakin rayon mərkəzi Leninqradskaya kəndində qalır. 12 dekabr 1960-cı ildə Stalin rayonu dəyişdirilərək Leninqradski adlandırılır. 11 fevral 1963-cü ildən 1964-cü il martın 3-dək rayon ləğv edilir, ərazisi Pavlovski rayonunun tərkibinə daxil edilir. 1993-cü ildə kənd sovetliklərinin fəaliyyətinə xitam verilir, kənd idarələrinin əraziləri kənd dairələrinə çevrilir. 2005-ci ildə rayonda 12 bələdiyyə qurulur.
1 yanvar 2006-ci il tarixinə rayon əhalisi 65 541 nəfər təşkil etmişdir. Əhalinin hamısı kənd əhalisidir. Bütün əhali arasında kişilər 45,9 %, qadınlar 54,1 % təşkil edir. Ümumi əhalinin 38 825 (59,2 %) nəfəri əmək qabiliyyətli insanlar, 22,5 %-i pensiyaçılardır[3].
Leninqrad rayonunda 12 kənd inzibati vahidliyinə 33 yaşayış məntəqəsi daxildir.
Leninqrad rayonunda "Stepnoye zori" qəzeti 1934-cü ildən bəri nəşr olunur. Dövriyyəsi 5 mindən çoxdur.
Stimul televiziyası 1992-ci ildə təsis edilmişdir.
Radio yayımı: "Leninqradski Xit" radio kanalı (21.03.2006-cı ildə təsis edilmişdir), yayım tezliyi 106.5 MHz; "Birinci Leninqradskoe Radio" (01/10/2014 tarixində təsis edilmişdir), yayım tezliyi 102,7 MHz.
2005-ci ildə qurulan "Leninqradskaya.org" İnternet mediası, 2012-ci ildə bir media olaraq qeydiyyata alınıb.
Klavdia Kuzminiçna Kudryaşeva (1925-) - opera müğənnisi, SSRİ xalq artisti (1970).
Alexandr Alekseyeviç Kotenkov (1952-) - Rusiya Federasiyası Prezidentinin Federasiya Şurasındakı səlahiyyətli nümayəndəsi (1996-2004), Rusiya Federasiyası Prezidentinin Dövlət Dumasındakı səlahiyyətli nümayəndəsi (2004-2013).