Uspenski rayonu (rus. Успенский район) — Rusiya Federasiyası, Krasnodar vilayətinin tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Uspenskoe kəndidir.
Uspenski rayonu | |||||
---|---|---|---|---|---|
|
|||||
44°50′ şm. e. 41°25′ ş. u.HGYO |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 1924 | ||||
Sahəsi |
|
||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
Uspenski rayonu Krasnodar diyarının cənub-şərq hissəsində yerləşir. Şərqdə Stavropol diyarının Koçubeevski rayonu ilə, cənubdan Otradnenski rayonu ilə, qərbdən Novokubanski rayonu və Armavir şəhər dairəsi ilə həmsərhəddir. Rayonun sahəsi 1129.98 km²-dir.
Rayonun əsas çayları Kuban, Urup və Beçuqdur. İqlimi rütubətlidir. İsti yaza və sərin qışa malikdir.
Uspenski rayonu 2 iyun 1924-cü ildə Cənub-Şərq vilayətinin Armavir dairəsi tərkibində qurulur. Buraya Kuban-Qara dəniz diyarının ləğv edilmiş Armavir bölməsi ərazisinin bir hissəsi daxil idi.
Əvvəlcə rayonun tərkibinə 24 kənd sovetliyi daxil idi: Bratsko-Opoçinovski, Vrevski, Qalitsinski, Qusarovski, Zapadnı, Eqorlıkski, Karamurzinski, Konokovsk, Konokovski, Kurqokovski, Livonski, Malaminski, Maryenski, Maryinski, Eqorlıkski, Karamurzinski, Konokovski, Novokavkazski, Oveçkovski, Panteleimonovski, Piskunovski, Tryoxselski, Ubejenski, Urupski və Uspenski. 16 noyabr 1924-cü ildən bu bölgə Şimali Qafqaz dairəsinin bir hissəsi idi. 6 noyabr 1929-cu ildə rayon ləğv edilir və ərazisi Armavir, Otradnenski və Nevinnomysski rayonları arasında bölünür. 31 dekabr 1934-cü ildə rayon yenidən qurulur. 13 sentyabr 1937-ci ildən Uspenski rayonu Krasnodar diyarının bir hissəsi olur. 28 aprel 1962-ci ildən 21 fevral 1975-ci ilədək Uspenski rayonu ləğv edilir və ərazisi Novokubanski rayonuna daxil edilir. 1993-cü ildə kənd sovetliklərinin fəaliyyətinə xitam verilir, kənd idarələrinin əraziləri kənd dairələrinə çevrilir. 2005-ci ildə rayonda 10 bələdiyyə qurulur.
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[4]:
Milliyyət | % | Say |
---|---|---|
ruslar | 31 805 | 77,06 % |
adıqlar (çərkəzlər) | 3 389 | 8,21 % |
ermənilər | 2 014 | 4,88 % |
ukraynalılar | 605 | 1,47 % |
yunanlar | 557 | 1,35 % |
qaraçılar | 413 | 1,00 % |
digərləri | 1 378 | 3,34 % |
milliyyətini bildirməyənlər | 1 112 | 2,69 % |
ümumi | 41 273 | 100,0 % |
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[5]:
Yaş | Kişilər, nəf. |
Qadınlar, yaş. |
Ümumi say. |
ümumi əhaliyə olan nisbət, % |
---|---|---|---|---|
0 — 14 yaş | 3 782 | 3 572 | 7 354 | 17,82 % |
15 — 59 yaş | 12 760 | 13 620 | 26 380 | 63,91 % |
60 yaşdan yuxarı | 2 660 | 4 879 | 7 539 | 18,27 % |
Ümumi | 19 202 | 22 071 | 41 273 | 100,0 % |
Kişilər — 19 202 nəf. (46,5 %). Qadınlar — 22 071 nəf. (53,5 %).
Əhalinin orta yaşı — 38,1 yaş. Kişilərin orta yaşı — 35,6 yaş. Qadınların orta yaşı — 40,3 yaş.
Uspenski rayonunda 10 kənd inzibati vahidliyinə 32 yaşayış məntəqəsi daxildir.
Uspenski rayonunun iqtisadiyyatı kənd təsərrüfatı - 46%, sənaye - 41%, ticarət - 11% və inşaat - 1% əsaslanır.
Ümumilikdə 2008-ci ildə rayonda istehsal fəaliyyəti ilə aşağıdakılar məşğul olmuşdur: 3 səhmdar cəmiyyət, 5 məhdud məsuliyyətli cəmiyyət və 172 kəndli təsərrüfatı.