Kurqaninski rayonu

Kurqaninski rayonu (rus. Курганинский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Kurqaninsk şəhəridir.

Kurqaninski rayonu
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

44°53′ şm. e. 40°36′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Kurqaninsk[1]
Tarixi və coğrafiyası
Yaradılıb 2 iyun 1924
Sahəsi
  • 1.590 km²
Əhalisi
Əhalisi
  • 99.198 nəf. (2023)[3]
Rəsmi sayt
Kurqaninski rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qərbdə Adıgeyin Koşexabl və Şovgenov rayonları ilə, şimal-qərbdə Ust-Labinski rayonu ilə, şimalda Tiflis və Qulkeviçski rayonları ilə, şərqdə Novokubanski rayonu ilə, cənubdan Krasnodar diyarının Labinski rayonu ilə həmsərhəddir.

Rayon 2 iyun 1924-cü ildə Cənub-Şərq vilayətinin Armavir dairəsinin bir hissəsi olaraq meydana gəlir. Buraya Kuban-Qara dəniz diyarının ləğv edilmiş Armavir dairəsi ərazisinin bir hissəsi daxil idi.

Əvvəlcə rayona 4 kənd sovetliyi daxil idi: Bezvodnix Xutorov, Konstantinovski, Çetıryox Xutorov Soyuz, Staromixaylovski.

16 noyabr 1924-cü ildən rayon Şimali Qafqaz diyarına daxildir.

6 noyabr 1929-cu ildə ləğv edilmiş Petropavlovsk rayonunun ərazisi rayonun bir hissəsi olur.

10 yanvar 1934-cü ildən rayon Azov-Qara dəniz diyarının bir hissəsi olur.

31 dekabr 1934-cü ildə Temirqoevski rayonu rayondan ayrılır.

13 sentyabr 1937-ci ildən Kurqaninski rayonu Krasnodar diyarının bir hissəsi olur.

22 avqust 1953-cü ildə ləğv edilmiş Temirqoevski rayonu ərazisinin bir hissəsi rayona birləşdirilir.

11 fevral 1963-cü ildə rayon ləğv edildi, ərazisi Labinski rayonunun tərkibinə daxil olur.

3 mart 1964-cü ildə Kurqaninski rayonu əvvəlki sərhədlərində bərpa edilir.

1993-cü ildə kənd sovetliklərinin fəaliyyətinə xitam verilir, kənd idarələrinin əraziləri kənd dairələrinə çevrilir.

2005-ci ildə rayonda 10 bələdiyyə qurulur.

1 yanvar 2006-ci il tarixinə rayon əhalisi 102 619 nəfər təşkil etmişdir. Bunun 45,2 % şəhər əhalisi, 54,8 % kənd əhalisidir. Bütün əhali arasında kişilər 46,4 %, qadınlar 53,6 % təşkil edir. Ümumi əhalinin 60178 (58,6 %) nəfəri əmək qabiliyyətli insanlar, 23,1 %-i pensiyaçılardır[4].

Milli tərkib

Rayon əhalisinin əksəriyyəti ruslardır (86,5%), eyni zamanda ermənilərin əhəmiyyətli bir icması da var (7,2%)[5].

Rayonun ərazisindəki Urmiya kəndi Rusiyadakı aysorların yeganə yığcam yaşayış yerdir.

İnzibati-ətazi vahidləri

[redaktə | mənbəni redaktə et]

Kurqaninski rayonunda 1 şəhər və 9 kənd inzivati vahidliyinə 32 yaşayış məntəqəsi daxildir.

Kurqaninski rayonunun əhalisi əsasən kənd təsərrüfatı istehsalı və emal sənayesində çalışır.

Rayonun aparıcı kənd təsərrüfatı müəssisələri: QSC "Aqrokuban", "Rassvet" MMC, "Aqro-Qalan" MMC, "Qafqaz" QSC, "Selxoz-Qalan" MMC, QSC "Vozdvijenskoye", "Novoalekseevski".

  1. 1 2 3 ОКТМО. 185/2016. Southern FD.
  2. 1 2 GEOnet Names Server. 2018.
  3. https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
  4. "Департамент здравоохранения Краснодарского края, Курганинский район". 2008-01-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.
  5. "Результаты всероссийской переписи населения 2002 года". 2012-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.