Beloqlinski rayonu (rus. Темрюкский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Belaya Qlina kəndidir.
Beloqlinski rayonu | |||||
---|---|---|---|---|---|
|
|||||
46°04′31″ şm. e. 40°52′21″ ş. u. |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 1924 | ||||
Sahəsi |
|
||||
Hündürlük | 86 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Rayonun sahəsi 1.494 km²-dir. Krasnodar diyarının şimal iqlim zonasında yerləşir. Şimal və şimal-şərqdə Rostov vilayəti ilə, şərqdə və cənubda Stavropol diyarı ilə, qərbdə isə Krasnodar diyarının Novopokrovski rayonu ilə həmsərhəddir.
Rayon 2 iyun 1924-cü ildə Cənub-Şərq diyarının Salsk dairəsinin bir hissəsi olaraq qurulur.
16 noyabr 1924-cü ildən bu bölgə Şimali Qafqaz diyarının, 10 yanvar 1934-cü ildən Azov-Qara dəniz diyarının, 13 sentyabr 1937-ci ildən isə Krasnodar diyarının bir hissəsi olmuşdur.
22 avqust 1953-cü ildə Beloqlinsk rayonuna ləğv edilmiş İlyinski rayonunun 3 kənd məclisi daxil edilir: Novolokinski, Turkinski, Uspenski.
1 fevral 1963-cü ildə Beloqlinski rayonu ləğv edilir və ərazisi Novopokrovski rayonuna daxil edilir.
30 dekabr 1966-cı il Beloqlinski rayonu əvvəlki sərhədlərində bərpa edilir.
1 yanvar 2006-cı il tarixinə rayon əhalisi 32871 nəfər təşkil etmişdir. Bunlardan hamısı kənd sakinləridir. Bütün əhali arasında kişilər 46,1%, qadınlar 53,9% təşkil edir. Ümumi əhalinin 18654 (56,8 %) əmək qabiliyyətli insanlar, 26,2% -i pensiyaçılardır[4].
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]:
xalq | say, nəf. |
ümumi əhaliyə olan nisbət, % |
---|---|---|
ruslar | 29 462 | 94,12 % |
ermənilər | 427 | 1,36 % |
digərləri | 1 055 | 3,37 % |
milliyətini bildirməyənlər | 359 | 1,15 % |
ümumi | 31 303 | 100,0 % |
Beloqlinski rayonunda 4 kənd inzibati ərazi vahidliyinə 14 yaşayış məntəqəsi daxildir.
Rayonda kənd təsərrüfatı sektoru üstünlük təşkil edir və iqtisadi artım perspektivləri kənd təsərrüfatı istehsalı və emalı sənayesinin inkişafı ilə əlaqələndirilir. Rayonun aqrar kompleksi 13 kolxoz təsərrüfatı, 400-ə yaxın kəndli və kiçik kənd təsərrüfatı müəssisələri ilə təmsil olunur. İri təsərrüfatlar taxıl, günəbaxan, şəkər çuğunduru, süd, ət istehsalı ilə məşğul olurlar. Bir yüksək ixtisaslaşmış müəssisə meyvə bitkiləri yetişdirir. Rayonda kənd təsərrüfatı mədəniyyəti artır, yeni texnologiyalar aktiv tətbiq olunur, bu da əlverişsiz iqlim şəraitində yaxşı məhsul verməyə imkan verir.
Beloqlinski rayonunda 16 kitabxana fəaliyyət göstərir. Bunlardan üç kitabxana:"Beloqlinsk Qəsəbə Uşaq Kitabxanası", "Novopavlovsk Qəsəbə Kitabxanası", Uspensk Uşaq Kitabxanası, 2 nömrəli filial.