Qulkeviçski rayonu

Qulkeviçski rayonu (rus. Гулькевичский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Qulkeviçi şəhəridir.

Qulkeviçski rayonu
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

45°21′00″ şm. e. 40°41′57″ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Qulkeviçi[1]
Tarixi və coğrafiyası
Yaradılıb 1934
Sahəsi
  • 1.395,6 km²
Əhalisi
Əhalisi
  • 97.395 nəf. (2023)[3]
Rəsmi sayt
Qulkeviçski rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Krasnodar diyarının şimal-şərq hissəsində yerləşən Qafqaz, Novokubanski, Kurqaninski, Tbilisi rayonları və Stavropol diyarı ilə həmsərhəddir. Kuban mənzərəsinin bir çox xüsusiyyətləri Qulkeviçski rayonunun təbiətində əks olunur: sonsuz çöllər, meşələr, təbii və süni su anbarları və Krasnodar diyarının əsas su yolu olan Kuban çayı. Rayondan Kuban çayının 142 km hissəsi keçir.

Rayon 31 dekabr 1934-cü ildə Kropotkinsk rayonunun Azov-Qara dəniz diyarının tərkibində parçalanması nəticəsində qurulmuşdur. Əvvəlcə rayon 11 kənd şurasından ibarət idi: Ventsı-Zarya, Qulkeviçski, Maykopski, Nikolenski, Novomixaylovski, Novoukraynski, Olqinski, Otrado-Kuban, Sokolovski, Sonental, Tısyaç və Plemzavod.

13 sentyabr 1937-ci ildən bu rayon Krasnodar diyarının bir hissəsi olmuşdur.

22 avqust 1953-cü ildə, Qulkeviçski rayonuna ləğv edilmiş Temirqoyevski rayonunun 3 kənd məclisinə daxil olur: Novokrasnı, Puşkinski və Çıtryox Xutornı Soyuz.

1 fevral 1963-cü ildə rayon ləğv edilir, ərazisi Qafqaz rayonuna daxil olur. Mərkəzi Qulkeviçi şəhəri olur.

20 oktyabr 1980-ci ildə Qafqaz rayonunun bir hissəsindən Qulkeviçski rayonu bərpa edilir, mərkəz isə Qafkazskaya kəndi olur.

1993-cü ildə kənd sovetlərinin fəaliyyətinə son verilir; kənd idarələrinin əraziləri kənd dairələrinə çevrilir.

2005-ci ildə rayonda 15 inzibati vahid qurulur.

1 yanvar 2006-cı il tarixinə rayon əhalisi 100 806 nəfər təşkil etmişdir. Bunlardan 48,7 % şəhər sakinləri, 51,3 % isə kənd sakinləridir. Bütün əhali arasında kişilər 46,2 %, qadınlar 53,8 % təşkil edir. Ümumi əhalinin 60 275 (59,8 %) nəfəri əmək qabiliyyətli insanlar, 23,0 %-i pensiyaçılardır[4].

Milli tərkib

Əsas milli qruplar: ruslar, ukraynalılar, gürcülər, kabardinlər, yunanlar (az bir qism), bolqarlar.

İnzibati-ətazi vahidləri

[redaktə | mənbəni redaktə et]

Bryuxovetski rayonunda 3 şəhər və 12 kənd inzibati ərazi vahidliyi mövcuddur.

İqtisadi xüsusiyyətləri baxımından sənaye-aqrar bölgəsidir, iqtisadi inkişaf səviyyəsi baxımından rayonda aparıcı yerlərdən birini tutur. Rayon ərazisində 14 iri və orta müəssisə iqtisadi fəaliyyət göstərir. Müəssisələr tərəfindən istehsal olunan əsas məhsul növləri: prefabrik dəmir-beton, divar materialları, polad metal konstruksiyalar, qeyri-metal tikinti materialları, heyvan yemi, dənəvər şəkər, un, çörək və çörək məhsulları.

Qulkeviçski rayonu yaxşı inkişaf etmiş avtomobil və dəmir yolu şəbəkəsinə malikdir. Rayon ərazisində 3 dəmir yolu stansiyası var.

Məşhur şəxsləri

[redaktə | mənbəni redaktə et]

Mixail İqnateviç Belousov - snayper, 245 Alman zabit və əsgərini şəxsən məhv etmişdir.

Anton İvanoviç Qeraşçenko, - rus, sovet yazıçısı.

Viktor Vasilieviç Qorbatko, - Sovet kosmonavti.

Vasili Prokofiyeviç Savçenko - Böyük Vətən müharibəsi veteranı.

  1. 1 2 3 ОКТМО. 185/2016. Southern FD.
  2. 1 2 GEOnet Names Server. 2018.
  3. https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
  4. "Департамент здравоохранения Краснодарского края, Гулькевичский район". 2008-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-22.