Primorsko-Axtarski rayonu (adıq Приморско-Ахтарский район) — Rusiya Federasiyası, Adıgey Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Primorsko-Axtarsk kəndidir.
Primorsko-Axtarski rayonu | |||||
---|---|---|---|---|---|
|
|||||
46°02′49″ şm. e. 38°10′31″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Primorsko-Axtarsk[1] | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 2 iyun 1924 | ||||
Sahəsi |
|
||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Rayon Azov dənizinin sahilindəki Azov-Kuban düzənliyində, Krasnodar diyarının şimal-qərb hissəsində yerləşir. Rayonun əsas torpaq örtüyü karbonatlı qara topaqlardan ibarətdir. Cənub hissəsində bataqlıqlaşmış şoran torpaqları geniş yayılmışdır. Ərazinin sahəsi 2.503.6 km²-dir.
Rayon 2 iyun 1924-cü ildə Cənub-Şərq vilayətinin Kuban dairəsinin bir hissəsi olaraq qurulur. Buraya Kuban-Qara dəniz vilayətinin ləğv edilmiş Slavyan bölməsi ərazisinin bir hissəsi daxil idi. Əvvəlcə rayona 6 kənd məclisi daxil idi: Borodinski, Brinkovski, Olqinski, Primorsko-Axtarski, Svobodnı, Stepnoy. 16 noyabr 1924-cü ildən rayon Şimali Qafqaz diyarının bir hissəsi olur. 11 fevral 1927-ci ildə Limano-Kirpilski kənd sovetliyi ləğv edilmiş Popoviçevski rayonundan rayonun ərazisinə daxil olur. 10 yanvar 1934-cü ildən rayon Azov-Qara dəniz diyarının bir hissəsi olur. 13 sentyabr 1937-ci ildən etibarən Primorsko-Axtarski rayonu Krasnodar diyarının bir hissəsi olur. 1963-cü il fevralın 11-dən 1965-ci il yanvarın 12-dək rayon ləğv edilir və ərazisi Timaşevski rayonunun bir hissəsi olur. 1993-cü ildə kənd şuralarının fəaliyyəti dayandırıldı və kənd idarələrinin əraziləri kənd rayonlarına çevrildi. 2005-ci ildə rayonda kənd sovetlikləri ləğv edilir. 1 şəhər və 8 kənd yaşayış məntəqələri statusuna malik 9 bələdiyyə qurulur.
1 yanvar 2006-ci il tarixinə rayon əhalisi 59 872 nəfər təşkil etmişdir. Bunların 53,9% -i şəhər sakinləri, 46.1% -i kənd sakinləridir. Bütün əhali arasında kişilər 47,8 %, qadınlar 52,2 % təşkil edir. Ümumi əhalinin 35887 (59,9 %) nəfəri əmək qabiliyyətli insanlar, 24,6 %-i pensiyaçılardır[4].
Novopokrovski rayonunda 11 kənd inzibati vahidliyinə 29 yaşayış məntəqəsi daxildir.
Qriqori Baxçivandji - reaktiv mühərrikləri olan ilk təyyarənin sınaq pilotu, Sovet İttifaqı Qəhrəmanı.
Rayonun əsas yolu əvvəllər "Krasnodar-Primorsko-Akhtarsk" dövlət yolu idi.
Hazırda "Timaşevsk-Primorsko-Axtarsk" dəmir yolu xətti fəaliyyət göstərmir. Əvvəllər fəaliyyət göstərən dəmir yolu stansiyası: "Axtari".