Kəmaləddin Fəttah oğlu Heydərov (15 iyul 1961, Çeşməbasar, Naxçıvan rayonu) — Azərbaycan Respublikasının fövqəladə hallar naziri (2006-cı ildən), general-polkovnik, Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti.[1]
Kəmaləddin Heydərov | |
---|---|
Vəzifədədir | |
6 fevral 2006-cı ildən | |
(i. e. 14–16 fevral 2024) | |
Əvvəlki | vəzifə təsis edilib |
Azərbaycan Taekvondo Federasiyasının prezidenti | |
Vəzifədədir | |
1999-cu ildən | |
Əvvəlki | Azər Həsənsoy |
Azərbaycan Boks Federasiyasının prezidenti | |
23 yanvar 2009 – 9 fevral 2022 | |
Əvvəlki | Ağacan Abıyev |
Sonrakı | Sahil Babayev |
17 yanvar 1995 – 6 fevral 2006 | |
Əvvəlki | Tahir Əliyev |
Sonrakı | Aydın Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 iyul 1961 (63 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, bəstəkar |
Atası | Fəttah Heydərov |
Uşağı | |
Rütbəsi |
General-polkovnik Gömrük xidməti general-polkovniki |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Kəmaləddin Fəttah oğlu Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan MR-in Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Azərbaycan Universitetində ikinci ali təhsil alıb.
Əmək fəaliyyətinə 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində başlamış, texnik və geoloq vəzifələrində çalışmışdır. 1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2006-cı ilin fevral ayında Azərbaycan Respublikası Fövqalədə Hallar Naziri vəzifəsinə təyin edilmişdir.
Ailəlidir. 2 övladı var. Sabiq deputat, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun oğludur. "Avropa-Azərbaycan Cəmiyyəti"nin sədri, "Qəbələ" Futbol Klubunun keçmiş prezidenti Tale Heydərovun atasıdır. Dövlət Sərhəd Xidmətinin sədri Elçin Quliyev ilə qudadır.[2]
Azərbaycanda populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Kamaləddin Heydərova məxsusdur. Mahnılarını "Kamal" imzası ilə bəstələyir. Bir neçə hit mahnının müəllifidir. Bunlardan ən məşhuru Aygün Kazımova üçün bəstələdiyi Səndən Nigaranam mahnısıdır. Özbək müğənnisi Nəsibə Abdullayeva da mahnını ifa etmişdir. 2009-cu ildə bəstəkar Kamalın "Sənə güvəndiyim dağlar" adlı albomu buraxılıb. 4 diskdən ibarət albomdakı mahnılardan ikisinin sözləri Leyla Əliyevaya, digərləri isə şair Baba Vəziroğluna məxsusdur. Müəlliflərin birgə ərsəyə gətirdikləri mahnılar və onların ekran görüntüləri CD və DVD şəklində yerləşdirilib. Disklərin üz qabığında "Səndən Nigaranam", "Yenə yaz gələcək", "Xalq Heydər söyləyəcək", "Ayrılığa dözmərəm" mahnılarının adları yazılıb. Disklərdəki mahnılar xalq artistləri Flora Kərimova, Alim Qasımov, Yalçın Rzazadə, İlhamə Quliyeva, Aygün Kazımova, İlqar Muradov, Röya və Zülfiyyə Xanbabayevanın, əməkdar artist Aygün Bəylərin və başqalarının ifasında yazılıb.[3]