Yunanıstan iqtisadiyyatı — sonuncu dünya iqtisadi tənəzzülündən ən çox ziyan çəkən iqtisadiyyatdır. 2013-cü ildə ölkə iqtisadiyyatının 5 % həcmində eniş yaşayacağı gözlənilir. Ölkədə artıq 5-ci ildir ki iqtisadi tənəzzül müşahidə edilir. Bu müddət ərzində ölkə iqtisadiyyatı 20% geriləyib. 2014-cü ilə qədər isə iqtisadiyyatın 25% geriləməsi gözlənilir.[1] Hal-hazırda Yunanıstan iqtisadiyyatında vəziyyət yaxşılaşmaqdan uzaqdır. Ölkənin avrozonadan çıxması barədə söhbətlər yenidən gündəmdədir. Hətta bəzi mütəxəssislər bu məsələnin həllini tapdığını vurğulayırlar. Bu mövqedən çıxış edən iqtisadçılar ehtimal edirlər ki, Yunanıstanın yenidən milli valyutasına- drahmaya qayıtmasından və defolt elan etməsindən sonra avrozonanın yaşamaq uğrunda mübarizəsi başlayacaq.
Yunanıstan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
İqtisadiyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |