Laza və ya Lazar (ləzg. Лацар) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Laza | |
---|---|
41°17′42″ şm. e. 48°06′22″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Qusar rayonu |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1832 |
Mərkəzin hündürlüyü | 1.660 m[1] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Laza kəndi Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin "Şah yaylaq" dağının ətəyində yerləşir. Laza kəndi Baş Qafqaz sıra dağlarından keçən Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve pereval) dəniz səviyyəsindən 1300m yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kəndin gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır.
Kəndin 130 nəfər əhalisi 26 evdə yaşayır. Kəndin sakinləri ləzgilər, adi dağ həyatı yaşayırlar. Əhali ev təsərrüfatı ilə, quşçuluq, iri və xırda buynuzlu heyvandarlıqla məşğul olurlar. Yayda sürülərini "Şah Yaylaq" və "Şah Nabat" kimi yüksək dağ otlaqlarına sürürlər.
Əhali öz aralarında doğma ləzgi dillərində danışırlar. Ləzgi dili Dağıstan qrupunun qafqaz dillərinə daxildir, və bunun üçün xalqın yüksək mənəvi mədəniyyəti formalaşmışdır. Qonaqlarla sərbəst azərbaycan dilində danışırlar. Orta yaşlı nəslin nümayəndələri (kişilər) müəyyən qədər rus dilində danışa bilirlər. Son zamanlar Şahdağ, Qızıl qaya, Tufan, Bazardüzü və yüksək dağ yaylalarına çıxmaq üçün gələn xarici turistlərin sayı artdığından məktəblilər ingilis dili öyrənir.
2013-cü ildə kənd ərazisində Şahdağ milli parkının nəzarət-buraxılış məntəqəsi inşa edilmişdir[3].
Qusar rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |