Müasir incəsənət muzeyləri — müasir incəsənətə aid əsərlərin və sərgi eksponatlarının saxlandığı, mühafizə olunduğu və nümayiş etdirildiyi muzeylər.
İlk incəsənət muzeyi 1929-cu ildə əsası qoyulan MoMa (Museum of Modern Art) muzeyi olmuşdur. Bu muzeyin ideya müəllifi və ilk direktoru Alfred Barr olmuşdur [1]. MoMa muzeyi bu gün Nyu-Yorkun ən çox ziyarətçisi olan muzeylərdən biridir. Muzey hər il 2 670 000 ziyarətçini qəbul edir.
Hazırda bir çox Qərb ölkələrinin müasir incəsənət muzeyləri MoMa muzeyinə xas olan xarakterik xüsusiyyətlərinə yiyələnmişlər [1].. Hesab olunur k,əgər hər hansı bir dövlətin paytaxtında müasir incəsənət muzeyi yoxdursa, bu dövləti müasir sivilizasiyaya malik dövlət hesab etmək olmaz. Məsələn, 1990ci ildə italiyalılar anladılar ki, Roma Avropada yeganə ölkə paytaxtıdır ki, orada müasir incəsənət muzeyi yoxdur. O zaman onlar birdən-birə iki müasir incəsənət muzeyinin - milli (MAXXI) və munisipal (MACRO) yaratmağı qərara aldılar [1].
2009cu ildə Rusiya Mədəniyyət nazirliyi tərəfindən Moskva şəhərində müasir incəsənət Dövlət muzeyinin tikintisi haqqında qərara qəbul edildi [2].
2012-ci ilin mayında Moskva muzeyinin tikintisi başlanmamış ümumiyyətlə belə bir muzeyin yaradılması üçün vəsait xərclənməsinin məqsədəuyğun olub-olmaması barədə mübahisələr başladı [3].