Mübariz Qurbanov

Mübariz Qəhrəman oğlu Qurbanlı (7 yanvar 1954, Mahmudlu, Şamxor rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV çağırış deputatı; Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2014–2024).[1]

Mübariz Qurbanlı
21 iyul 2014 – 14 fevral 2024
(i. e. 14–16 fevral 2024)
ƏvvəlkiElşad İskəndərov
SonrakıSəyyad Aran (i. e.)
Ramin Məmmədov
1995 – 2014
1994 – 1999
HəmsədrVaqif Kərimov
Əvvəlkivəzifə təsis edildi
Sonrakıvəzifə ləğv edildi
Şəxsi məlumatlar
Doğum tarixi 7 yanvar 1954(1954-01-07) (70 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Dini islam
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Şöhrət" ordeni — 2014 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2024
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mübariz Qurbanlı 7 yanvar 1954-cü ildə Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub.

Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978–1982-ci illərdə Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib. 1982–1985-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında əyani təhsil alıb. Aspiranturada təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb.

1995–2010-cu illərdə birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Hesablayıcı Komissiyanın sədri olub.

1996–2014-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavini kimi fəaliyyət göstərib.

Mübariz Qurbanlı 1 oktyabr 1993-cü ildə Azərbaycan Demokratik İstiqlal Partiyasına üzv olmuş və partiyanın həmsədri olmuşdur.[2] Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavini olmuşdur.

Respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2014-cü il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib[1].

Mübariz Qurbanlı tarix üzrə fəlsəfə doktorudur.

27 dekabr 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının sədridir[3].

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.[4]

Çoxsaylı elmi, elmi-publisistik, nəzəri, politoloji məqalələrin və bir neçə kitabın müəllifidir.

Ailəlidir, iki övladı var.

  1. 1 2 M. Q. Qurbanlının Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Arxivləşdirilib 2019-04-03 at the Wayback Machine president.az (az.)
  2. Гурбанлы Мүбариз Гәһрәман оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 127. ISBN 5-89600-253-x.
  3. [1] Arxivləşdirilib 2020-08-04 at the Wayback MachineAzərbaycan İlahiyyat İnstitutununHimayəçilər Şurasının tərkibi təsdiq edilib. scwra.gov.az, 27. dekabr 2018 (az.)
  4. "Arxivlənmiş surət". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.
  5. "M. Q. Qurbanlının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2014-cü il tarixli, 211 nömrəli Sərəncamı. Arxivləşdirilib 2017-11-08 at the Wayback Machine president.az (az.)
  6. "M.Q.Qurbanlının 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-07.