Mahmudlu (Şəmkir)


Mahmudlu (əvvəlki adı: Koltəhnəli) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.

Mahmudlu
40°51′05″ şm. e. 46°09′25″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şəmkir rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 3.376 nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 5734[1]
Xəritəni göstər/gizlə
Mahmudlu xəritədə
Mahmudlu
Mahmudlu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır.[2]

Mahmudlu kəndi Şəmkir rayonunda, rayon mərkəzindən 21 km. şimal-şərqdə, Mahmudlu inzibati ərazi dairəsində, Şəmkir çayının sağ sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. Əhalisinin sayı 3259 (1 yanvar 2005-ci il tarixli məlumata görə) nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq, üzümçülük və bağçılıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, qədim qəbiristanlıq, körpü, şəhidlərin xatirəsinə ucaldılmış abidə, bir neçə artezian, müxtəlif ticarət-məişət obyektləri və s. var.

Kənd tarixən bir-birinə yaxın olan doqquz xırda oymaqdan - mahmudlular, məşədiqurbanlılar, kəlbalılar, allahqulular, qazaxlılar, yekənamazlılar, püstəlilər, yarəhmədlilər, hacıməmmədlilərdən ibarət olub. XX əsrin kollektivləşmə illərində bu oymaqlar bir yerə köçürülmüş və yaşayış məntəqəsi də Mahmudlu oymağının adı ilə əlaqədar olaraq adlanmışdır. Ərazidə vaxtilə keçilməz bitdili cəngəllikləri vardı.

Türkdilli Mahmudlu tayfasının nümayəndələri Azərbaycana müxtəlif vaxtlarda gəlmişlər. Mənbələrdə qışı Qarabağda, yayı Zəngəzurda keçirən mahmudluların da adı çəkilir. Türkiyədə, Van gölündən şərqdə yaşayan mahmudlular XVI-XVII əsrlərdə Zaqafqaziyaya, o cümlədən Azərbaycana gəlmişlər. İranlı Don Juan adı ilə tanınmış Oruc bəy Bayat qızılbaş tayfaları və onların şaxələrinin siyahısında 25-ci yerdə mahmudlu tayfasının da adını çəkmişdir. Kəkəli tayfasının da Mahmudlu adlı qışlağı olmuşdur.

Cəbrayıl, Füzuli və Qubadlı rayonlarında da Mahmudlu kəndi vardır. Vaxtilə Gəncə quberniyasının Zəngəzur qəzasında (indiki Qafan rayonunda) da Mahmudlu adlı kənd (1988-ci ildə məlum hadisələrlə əlaqədar əhalisi qovulmuşdur) mövcud olmuşdur.

Kənd əhalisi 3376 nəfərdir ki, onunda 1786 nəfəri kişi, 1590 nəfəri isə qadınlar təşkil edir

Tanınmışları

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]
Vitamin VIO

Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir. Birde ki bu kənddə “Vitamin VİO” kompaniyası yerləşir.






  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Mahmudlu (Şəmkir) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]