Müstəqillik günü (Pakistan)

Müstəqillik günü (urdu یوم آزادی; Youm-e Azadi)— Pakistanda hər il avqustun 14-də keçirilən milli bayram.[1] Pakistan 1947-ci ildə Britaniya Hindistanının süqutunun ardından suveren dövlət elan olundu və dövlətin müstəqillik əldə etdiyi bu gün bayram kimi qeyd edilməyə başladı. Pakistan Cənubi Asiyanın şimal-qərb regionların bölgüsü üzrə müstəqil müsəlman dövlətinin yaradılmasına yönələn Pakistan hərəkatının nəticəsində yaranıb. Hərəkat Məhəmməd Əli Cinnahın liderliyi altında Bütün Hindistan Müsəlman Liqası tərəfindən başladılıb. Hadisə Qərbi Pakistan (hal-hazırkı dövrdə Pakistan) və Şərqi Pakistandan (hal-hazırkı dövrdə Banqladeş) ibarət olan Pakistan dominionuna (sonralar Pakistan İslam Respublikası) 1947-ci il Hindistan Müstəqillik Aktına görə Britaniya Hindistanı altında müstəqilliyin verilməsinə gətirib çıxarıb. İslam təqvimində müstəqillik günü müsəlmanlar tərəfindən müqəddəs dəyərləndirilən qədr gecəsi ərəfəsinə Ramazanın 27-ci gününə təsadüf etmişdi.

Müstəqillik günü
urdu یوم آزادی
İslamabadda Pakistan abidəsinin qarşısında ucaldılmış Pakistan bayrağı
İslamabadda Pakistan abidəsinin qarşısında ucaldılmış Pakistan bayrağı
Rəsmi adı Pakistanın müstəqillik günü
Ölkə
Növ Milli bayram
Həsr olunub Pakistan hərəkatı
Tarix 14 avqust
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müstəqillik günü münasibətilə əsas mərasim prezident və parlament binalarında dalğalanan dövlət bayrağının yerləşdiyi İslamabadda keçirilir. Bunun ardınca dövlət himni səsləndirilir və rəhbərlərin televiziya ilə canlı çıxışları olur. Gün ərzində adi bayram tədbirləri və şənliklərə bayrağın qaldırılması mərasimi, paradlar, mədəni tədbirlər və vətənpərvərlik mahnılarının oxunması daxildir. Mükafatlandırma mərasimlərinin çoxu bu gündə baş tutur. Vətəndaşlar öz evlərinin yuxarısına milli bayrağı qaldırırlar və ya nəqliyyat vasitələri və geyimlərində nəzərə çarpacaq dərəcədə bu bayramı nümayiş etdirirlər.

Pakistan bəyannaməsi qəbul olunan zaman Müsəlman Liqasının baş sessiyasında sədrlik edən Cinnah.
Mətbuatda istifadə olunmuş üzlük; 15 avqust 1948-ci ildə qeyd edilən ölkənin ilk müstəqillik günü ilə bağlı Pakistan Mətbuat İnformasiya Departamenti tərəfindən "Müstəqillik Yubileyi Seriyası".

Pakistanı təşkil edən ərazi tarixi baxımdan XIX əsrin böyük hissəsi boyu Britaniya Hind İmperiyasının bir hissəsi idi. Britaniya Ost-Hind şirkəti[rus.] XVII əsrdə Cənubi Asiyada ticarətə başlayıb və şirkətin qaydaları Plessi yaxınlığındakı döyüşdə qələbə qazandıqdan sonra 1757-ci ildən başlayıb. 1857-ci ildə Sipahilər üsyanının ardından 1858-ci ilin Hindistan hökuməti aktı Hindistan yarımqitəsinin böyük hissəsi üzərində birbaşa nəzarətin Britaniya Tacının əlinə keçməsinə gətirib çıxardı. 1905-ci il Benqal bölgüsü və ayrı-ayrı müsəlman dövlətinin yaradılması istiqamətində partiyanın səbəb olduğu hadisələrin kontekstində 1906-cı ildə Dəkkədə Bütün Hindistan Müsəlman Təhsil Konfransı tərəfindən Bütün Hindistan Müsəlman Liqasının əsası qoyuldu.[2]

Birinci dünya müharibəsindən sonrakı dövrdə İngilislər tərəfindən Monteqyu-Çelmsford islahatları[ing.] kimi islahatlar keçirildi, ancaq bu da repressiv Rovlatt Aktının qəbulu və Hindistan fəalları tərəfindən idarəetmə üçün sərt çağırışların sübutu idi. Bu dövrün geniş yayılmış narazılığı əməkdaşlıqdan imtina edilməsinə, vətəndaş itaətsizliyinə və bütün ölkə daxilində qeyri-zorakı hərəkatlara təkan verdi.[3] Müstəqil dini zəmində dövlət ideyası 1930-cu ilin dekabrında Müsəlman Liqasının Prezidenti kimi nitq söyləyən Məhəmməd İqbal tərəfindən gətirilib.[4] Üç il sonra, ayrıca dövlət adı kimi "Pakistan" adı Çaudhuri Rəhmət Əli tərəfindən hazırlanmış bəyannamədə irəli sürülüb.[5]

1940-cı illərdə Məhəmməd Əli Cinnahın ən görkəmli lideri olduğu Bütün-Hindistan Müsəlman Liqası tərəfindən idarə edilən müsəlman millətçiliyinin yüksəlişi və Hindistanın müstəqillik hərəkatı gücləndi.[3]:195–203 1940-cı illər ərzində Britaniya Hindistanında Müsəlman diasporunun maraqlarını təmin etmək üçün siyasi partiyanın olması, Hindistanın müstəqillik hərəkatı və Cənubi Asiyada müsəlman dövləti kimi Pakistanın yaradılmasının arxasında hərəkətverici qüvvənin inkişaf etdirilməsində həlledici rol oynadı.[2] 1940-cı ilin 22–24 martında Bütün-Hindistan Müsəlman Liqasının üçgünlük ümumi sessiyası zamanı müsəlmanlar üçün müstəqil dövlətin yaradılmasına çağıran Lahor qətnaməsi kimi tanınan formal siyasi bəyanat təqdim olunub.[6]

İstiqlaliyyət

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Pakistan hərəkatı

1946-cı ildə Britaniyada Leyboristlər Partiyası çoxsaylı qiyamlar və ikinci dünya müharibəsi kimi hadisələrlə zəifləmişdi. Bundan sonra Britaniya başa düşdü ki, artıq o nə həyəcanların artdığı Britaniya Hindistanına nəzarəti davam etdirmək üçün Britaniya Hindistan ordusunun etibarlılığına, nə də öz ölkəsində beynəlxalq səviyyədə dəstəklə səlahiyyətlərini həyəta keçirməyə malik idi. Hindistanda getdikcə artan üsyanlar üzərində öz nəzarətini davam etdirmək üçün yerli qüvvələrə etibar azalmışdı və buna görə də hökumət Hindistan yarımqitəsində Britaniya idarəsini bitirmək qərarına gəldi.[3]:167, 203[7][8][9] 1946-cı ildə Hindistan Milli Konqresi, dünyəvi partiyası olan vahid dövlət tələb edib.[10] Vahid dövlət ideyası ilə razı olmayan müsəlman əhalisinin əksəriyyəti alternativ kimi ayrıca Pakistan ideyasını vurğulayıb.[11]:203 Hindistan Nazirlər Kabineti Missiyası yerli hökumətlərə mərkəzləşdirilməmiş dövlət təklifi ilə Konqres və Müsəlman Liqası arasında kompromis əldə etməyə çalışmaq üçün göndərilib, ancaq bu tərəflərin hər ikisi tərəfindən rədd edilib və Cənubi Asiyada kütləvi iğtişaşların baş verməsi ilə nəticələnib.[12]

Nəhayət 1947-ci ilin fevralında Baş Nazir Klement Ettli elan etdi ki, Britaniya hökuməti ən geci 1948-ci ilin iyununadək Britaniya Hindistanına tam özünüidarəetmə verəcək.[13] 3 iyun 1947-ci ildə Britaniya hökuməti Britaniya Hindistanının iki müstəqil dövlətə bölünməsi prinsipinin qəbul edildiyini elan etdi.[13] Hökumətlərin davamçısına hakimiyyət statusu veriləcək və şərtşiz olaraq Britaniya Birliyindən çıxmaq hüququ olacaq. Vitse kral Luis Mountbetten səlahiyyətlərin ötürülməsi tarixi kimi ikinci dünya müharibəsində Yaponiyanın təslim olmasının ikinci il dönümünü seçdi.[14] O, Pakistana hakimiyyətin verilməsi mərasiminin tarixi kimi 14 avqustu seçdi, çünki o, həm Hindistan, həm də Pakistanda tədbirlərində iştirak etmək istəyirdi.[14][15]

Britaniya Hindistanın iki yeni müstəqil dominiona bölünməsini bildirən 1947-ci ilin Hindistan müstəqillik aktı Birləşmiş Krallığın parlamenti tərəfindən qəbul edilib: Hindistan dominionu (sonralar Hindistan Respublikası adlandırıldı) və Pakistan dominionu (sonralar Pakistan İslam Respublikası adlandırıldı). Aktda general-qubernator ofisinin yaradılması, müvafiq təsis yığıncaqlarında tam qanunvericilik səlahiyyətinin verilməsi və yeni yaranmış iki ölkə arasında birgə mülkiyyətin bölünməsi, iki xalq arasında Benqaliya və Pəncab əyalətlərinin bölgüsü üçün mexanizm nəzərdə tutulub.[16][17] 14 avqust 1947-ci ildə yeni Pakistan dominionu müstəqil oldu və Məhəmməd Əli Cinnah Kəraçidə ilk general-qubernator kimi and içdi.[18] Müstəqillik geniş şəkildə qeyd edilməsi ilə əlamətdar olub, ancaq mühit 1947-ci ildə Pakistanın müstəqilliyinin qeyd edilməsində kommunal iğtişaşlar kimi coşqun qalıb.[3] Aktı sonradan 18 iyul 1947-ci ildə kral sanksiyası qəbul edib.[13]

Müstəqillik günü

[redaktə | mənbəni redaktə et]

Hakimiyyətin təhvil verilməsi avqustun 14-dən 15-nə keçən gecə olmuşdur. 1947-ci ilin Hindistan müstəqillik aktı Pakistan və Hindistanın müstəqillik günü kimi 15 avqustu tanıdı. Aktda deyilir:[19]

" Avqustun on beşi 1947-ci ildə müvafiq olaraq Hindistan və Pakistan kimi adlandırılan Hindistanda iki müstəqil dominion yaradılacaq. "

Cinnah xalqa ilk dəfə xəbər verən zaman aşağıdakıları bəyan edib:[20]

" 15 avqust müstəqil və suverən dövlət olan Pakistanın müstəqillik günüdür. Bu öz vətəni uğrunda son bir neçə ildə böyük qurbanlar verən müsəlman xalqının müqəddəratının həll edilməsini göstərir. "

Ölkənin ilk xatirə poçt markaları 1948-ci ilin iyulunda buraxıldı və müstəqillik günü kimi 15 avqust 1947-ci il göstərildi,[21] lakin sonrakı illərdə 14 avqust müstəqillik günü kimi qəbul edilib.[22] 1947-ci ilin 14–15 avqust gecəsi İslam təqviminə görə müsəlmanların müqəddəs gecə kimi qiymətləndirdikləri 1366-cı ilin Ramazan ayının 27-nə təsadüf edir.[23][24]

Bayramın qeyd edilməsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Pakistan millətçiliyi
Qızlar bayramı qeyd etmək üçün gecəyarısı şamları yandırırlar.
Minar-e-Pakistan müstəqilliyin şərəfinə tam işıqlandırılır.

Müstəqillik günü Pakistanda müşahidə olunan altı dövlət bayramından biridir və bütün ölkə miqyasında qeyd edilir.[25] Müstəqillik günü bayram tədbirləri, görüşlər üçün planların hazırlanması və tamamlanması, yerli hökumət tərəfindən hökumət rəsmiləri, diplomatlar və siyasətçilərin iştirakı ilə əyalət paytaxtlarında keçirilir. Avqust ayı başlayan kimi, milli bayraqlar, bayraq ağacı, elanlar və plakatlar, milli qəhrəmanların şəkilləri və digər bayram əşyaların satışı üzrə bütün ölkə ərazisində xüsusi köşklər və mağazalar yaradılır. Nəqliyyat vasitələri, özəl binalar, evlər, küçələr milli bayraq və bayraq ağacları ilə bəzədilir.[26] Müxtəlif təşkilatlar, təhsil müəssisələri və dövlət idarələri müstəqillik gününə yaxınlaşan günlərdə seminarlar, idman yarışları, sosial və mədəni tədbirlər təşkil edir.[27] Kəraçidə bayram üçün kampaniyalar Mazar-e-Kaydda hazırlıq və təmizləmə işlərinə başlayırlar.[28]

Gün ölkə üzrə məscid və dini yerlərdə Pakistanın bütövlüyü, həmrəylik və inkişafı üçün xüsusi xeyir-dua ilə başlayır.[27] Rəsmi bayram tədbirləri İslamabadda təşkil olunur və paytaxtda 31 yaylım atəşindən[29], əyalət paytaxtlarında isə 21 yaylım atəşindən sonra Parlament evində və Prezident iqamətgahında dövlət bayrağının qaldırılmasından başlayır.[30][31] Pakistanın prezidenti və Baş Naziri canlı televiziya verilişlərində çıxış edir. Hökumət rəsmiləri və digər siyasi liderlər Pakistanın nailiyyətlərini vurğulayaraq, müxtəlif aksiyalar və tədbirlər zamanı nitqləri ilə çıxış edir, gələcək üçün məqsədləri müəyyənləşdirir və milli qəhrəmanların mübarizəsini və səylərini yüksək qiymətləndirirlər.[32] Milli bayraqlar Kəraçidə Cinnah məqbərəsinə aparan Şara-e-Feysal, Şara-e-Quaiden və Mazar-e-Kayd yolu boyu nümayiş etdirilir. Lahorda 1940-cı ildə Pakistan qətnaməsinin qəbul edildiyi yerdə yerləşən Minar-e-Pakistan Pakistanın yaradılmasında onun əhəmiyyətini göstərmək üçün müstəqillik günü ərəfəsində tam işıqlandırılır.[28]

Müstəqillik günü paradlar və digər tədbirlərdə iştirak edən vətəndaşlar adətən, Pakistanın rəsmi rəngləri olan yaşıl və ağ rənglərdə paltarlar geyinirlər.[33] Parlament evi, Ali məhkəmə və Prezident evi , o cümlədən müxtəlif hökumət binaları parlaq rənglərlə işıqlandırılır və bəzədilir.[33] Küçə və evlər şamlar, neft lampaları və vımpellərlə bəzədilir və bayramın bir hissəsi kimi atəşfəşanlıq təşkil olunur.[33] Bayrağın qaldırılması ilə yanaşı, milli himn müstəqillik günündə müxtəlif dövlət yerləri, məktəblər, yaşayış evləri və qəbirüstü abidələrdə ifa olunur.[33] Pakistan Ordusunun şəhidlərinə və Pakistanın ən yüksək hərbi mükafatı olan Nişan-e-Hayder mükafatı ilə təltif olunmuşlara, siyasi xadimlərə, tanınmış incəsənət xadimlərinə və alimlərə, 1947-ci ildə Pakistanın müstəqilliyi dövründə miqrasiya və kütləvi iğtişaşlarda həlak olmuş insanlara ehtiram göstərilir.

Milli qəbirüstü abidələrdə qvardiyanın dəyişdirilməsi həyata keçirilir.[33] Ölkə şəhərlərində bayraq qaldırma mərasimi müvafiq seçki dairəsinə üzv olan nazim (bələdiyyə rəisi) tərəfindən həyata keçirilir.[28] Müxtəlif özəl təşkilatlarda mərasimi təşkilatın yüksək rütbəli zabiti tərəfindən aparılır. Pakistan diasporu da dünyanın hər yerində müxtəlif ölkələrdə, xüsusilə də böyük Pakistan icmaların olduğu ölkələrdə müstəqillik gününü qeyd edir.[34][35]

Təhlükəsizlik tədbirləri

[redaktə | mənbəni redaktə et]

Ölkədə, xüsusilə əsas şəhərlərdə və problemli ərazilərdə təhlükəsizlik tədbirləri müstəqillik günü yaxınlaşdıqca gücləndirilir. Kəşfiyyat və istintaq orqanlarının müxtəlif nümayəndələrinin görüşündən sonra təhlükəsizlik təşkil olunur. Ölkənin paytaxtı kimi həssas ərazilərdə təhlükəsizliyi pozmağa yönəlmiş təhdidləri məhdudlaşdırmaq üçün yüksək xəbərdarlıq elan olunur.[36] Buna baxmayaraq, müstəqillik günündə öz etirazlarının bir hissəsi olaraq tədbirləri boykot edən qiyamçılar tərəfindən hücumlar edilmişdi.[37][38] 13 avqust 2010-cu ildə ölkə 1600 nəfərin ölümünə və 14 milyon insanın zərər çəkməsinə səbəb olan daşqınlara şahidlik elədi. Nəticədə, ölkə prezidenti həmin il müstəqillik günü ilə bağlı tədbirlərin olmayacağını elan etdi.[39]

Kütləvi mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

Avqustun əvvəlindən, radio kanallarında vətənpərvərlik mahnısı olan milli naghmay ifa olunur və müxtəlif televiziya proqramlarında Pakistanın nailiyyətlərini, mədəniyyətini, tarixini işıqlandıran verilişlər yayımlanır. Dil Dil PakistanJazba-e-Junoon kimi ölməz vətənpərvərlik mahnıları bütün ölkədə ifa edilir.[40] 1998-ci ildə buraxılan Cinnah filmində Pakistanın müstəqilliyinə aparan hadisələr və Cinnahın həyat yolu ətraflı işıqlandırılır.[41] Pakistanın müstəqilliyi dövründə baş verən hadisələr bir çox ədəbi və elmi əsərlərdə təsvir edilmişdir. Xuşvant Sinqhin Pakistana qatar romanı,,[42] Səadət Həsən Mantonun Toba Tek Sinq qısa hekayəsi,[43] Larri Kollinz və Dominik Lapyerin Gecəyarısı azadlıqFaiz Əhməd Faizin poetik əsərləri Pakistanın müstəqilliyi ilə əlaqədar hadisələrin xronikasını canlandırır. Mümtaz Müfti tərəfindən yazılmış Əli Pur Ka Aeeli Bataladan Lahora onun ailəsinə çatdırılması hesab olunan tərcümeyi-haldır. Nazim Hicazi tərəfindən yazılmış Khaak aur Khoon (Çirk və Qan) tarixi romanı müstəqillik zamanı Cənubi Asiyada müsəlmanlarının verdiyi qurbanları təsvir edir.[44] Raziya Butt tərəfindən yazılmış Bano romanı əsasında ekranlaşdırılmış Pakistan dram seriyası Dastanda Pakistanın müstəqillik hadisələri və Pakistan hərəkatından bəhs edilir.[45]

Pakistan Post ölkənin müstəqilliyinın birinci ildönümü üçün 1948-ci ilin iyulunda dörd yubiley markası buraxıb. Dörd markadan üçü Pakistanın yerlərini, dördüncü marka isə əsas mövzunu təsvir edir. Markalarda müstəqilliyin faktiki tarixi haqqında yaranmış çaşqınlıq səbəbinə görə üstünə "1947-ci il 15 avqust" yazılmışdır.[21] 1997-ci ildə Pakistan müstəqilliyinin 50-ci illiyini qeyd etdi. Pakistan Dövlət Bankı müstəqilliyin 50-ci illiyi şərəfinə 1997-ci ilin 13 avqutunda 5 rupi üzərində Bahauddin Zəkəriyyə türbəsi əks olunan xüsusi əsginaz buraxıb. Əsginazın ön tərəfində şölələnən ulduz urdu dilində Azadlığın Əllinci İldönümü və rəqəmlərlə '1947–1997' qeyd olunan yazı ilə əhatə olunub.[46]

Xarici şəkil
Pakistanın müstəqillik günü şərəfinə 2015-ci ildə Google tərəfindən hazırlanmış doodle

1997-ci ilin noyabrında Kriket üzrə 1997 Uills Qızıl Yubiley Turniri müstəqilliyin qızıl yubileyi münasibətilə Lahorda yerləşən Qəddafi Stadionunda keçirilib. Turnirin finalı zamanı Pakistan Kriket İdarə Heyəti (ing. Pakistan Cricket Board) onları təsvir edən qızıl medallarla və atlı arabalarla keçirdikləri paradda Pakistanın bütün yaşayan kriket kapitanlarını ehtiramla yad etmişlər.[47] 14 avqust 2004-cü ildə Pakistan 100 m × 160 m ölçülərində dövrün ən böyük bayrağını nümayiş etdirib.[48]

2011-ci ildən etibarən Google Pakistanın ana səhifəsi (►google.com.pk) üçün Pakistanın Müstəqillik Günü münasibətilə Pakistanın rəmzləri ilə bəzədilmiş xüsusi doodle hazırlayır.[49][50][51][52] Belə rəmzlərə ulduz və aypara, milli mədəniyyət abidələri və rənglər, bədii təsvirlər, coğrafi mənzərə və digər milli rəmzlər daxil edilib.[53][54] 2015-ci ildə Facebook Pakistanda öz istifadəçilərinə statuslarında Pakistan bayrağı nişanı ilə müstəqillik günü bayramı əhval-ruhiyyəli bədii tərtibatlardan istifadəyə imkan yaradıb.[55]

  1. "Pakistan müstəqilliyinin 66-ci ildönümünü qeyd edir". trend.az (az.). 14 avqust 2013. İstifadə tarixi: 9 may 2016.[ölü keçid]
  2. 1 2 Jalal, Ayesha (1994) The Sole Spokesman: Jinnah, the Muslim League and the Demand for Pakistan. Cambridge University Press. ISBN 978-0-521-45850-4
  3. 1 2 3 4 Metcalf, B.; Metcalf, T. R. A Concise History of Modern India (2nd). Cambridge University Press. 9 Oktyabr 2006. ISBN 978-0-521-68225-1.
  4. Shafique Ali Khan (1987), Iqbal's Concept of Separate North-west Muslim State: A Critique of His Allahabad Address of 1930, Markaz-e-Shaoor-o-Adab, Kəraçi, OCLC 18970794
  5. "NOW OR NEVER. Are we to live or perish for ever". www.columbia.edu (ingilis). 2016-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2016.
  6. "Lahore resolution". Story of Pakistan: A Multimedia Journey. 1 İyun 2003. 3 August 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2016.
  7. Hyam, Ronald. Britain's declining empire: the road to decolonisation, 1918–1968. Cambridge University Press. 2006. səh. 106. ISBN 978-0-521-68555-9.
  8. Brown, Judith Margaret. Modern India: the origins of an Asian democracy. Oxford University Press. 1994. səh. 330. ISBN 978-0-19-873112-2. 2020-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-07. India had always been a minority interest in British public life; no great body of public opinion now emerged to argue that war-weary and impoverished Britain should send troops and money to hold it against its will in an empire of doubtful value. By late 1946 both Prime Minister and Secretary of State for India recognised that neither international opinion nor their own voters would stand for any reassertion of the raj, even if there had been the men, money, and administrative machinery with which to do so
  9. Sarkar, Sumit. Modern India, 1885–1947. Macmillan. 1983. səh. 418. ISBN 978-0-333-90425-1. 2016-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-07. With a war weary army and people and a ravaged economy, Britain would have had to retreat; the Labour victory only quickened the process somewhat.
  10. Hanson, Eric O. Religion and politics in the international system today. Cambridge University Press,. 2006-01-16. səh. 200. ISBN 0-521-61781-2. 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2016.
  11. "South Asia | India state bans book on Jinnah". BBC News. 20 Avqust 2009. 2016-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2016.
  12. * Wolpert, Stanley. 2006. Shameful Flight: The Last Years of the British Empire in India. Oxford and New York: Oxford University Press. 272 pages. ISBN 0-19-515198-4.
  13. 1 2 3 Romein, Jan. The Asian Century: a History of Modern Nationalism in Asia. University of California Press. 1962. səh. 357. ASIN B000PVLKY4. 26 June 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2016.
  14. 1 2 Read, Anthony; Fisher, David. The Proudest Day: India's Long Road to Independence. W. W. Norton & Company. 1 iyul 1999. səh. 459. ISBN 978-0-393-31898-2. 21 September 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2016.
  15. "India and Pakistan celebrate Independence Day". The Telegraph (UK). 2015-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2016.
  16. "Indian Independence Act 1947". The National Archives, Her Majesty's Government. 30 June 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2016.
  17. Laird, Kathleen Fenner. Whose Islam? Pakistani women's political action groups speak out (PhD). Washington University. 2007. 28 June 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 May 2016.
  18. "A call to duty". Pakistan hökuməti[ing.]. 28 October 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2016.
  19. "Chapter 30" (PDF). Indian Independence Act, 1947. səh. 3. 12 July 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 may 2016.
  20. "Pakistan coinage: 1947 - 1948". Chiefa Coins. 14 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2016.
  21. 1 2 Zahedi, Mahbub Jamal. Fifty years of Pakistan stamps. Sanna Publications. 1997. səh. 17.
  22. M,I, Choudhary. The Most Comprehensive Colour Catalogue Pakistan Postage Stamps (11). Lahore, Pakistan. 2006–2007. səh. 26.
  23. "Pakistan too was to celebrate Independence Day on August 15!". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2016.
  24. Tariq Majeed. 7 // THE DIVINE IMPRINT ON THE BIRTH OF PAKISTAN. 2021-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-09. The State of Pakistan came into being on Friday the 15th of August 1947, and, according to the Islamic calendar, on the 27th of Ramadan XE "27th of Ramadan" 1366. This is the factual, formal and legal date of the birth of Pakistan.
  25. Malik, Iftikhar Haider. Culture and customs of Pakistan (Illustrated). Greenwood Publishing Group. 2006. səh. 152. ISBN 9780313331268. İstifadə tarixi: 8 may 2016.
  26. Muhammad, Peer. "Independence day: prepping for celebrations as the city slumbers in Ramazan". The Express Tribune. Karachi. 11 avqust 2011. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2016.
  27. 1 2 "All set to celebrate I-Day". The Nation (Pakistani newspaper). 13 avqust 2012. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2012.
  28. 1 2 3 Sanain. "Independence Day Of Pakistan: Its History and Celebrations". Allvoices. 16 August 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 may 2016.
  29. "Independence Day: President, PM call for unity | Pakistan". Dawn (newspaper). 14 avqust 2011. 2015-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2016.
  30. "Pakistani leaders call for unity on independence day". Xinhua News Agency. 14 avqust 2011. 2014-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2016.
  31. "Pakistan turns green for Independence Day celebrations". The Express Tribune. 14 August 2012. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2016.
  32. "14th August–independence day of Pakistan". Asian-women-magazine.com. 2008-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 may 2016.
  33. 1 2 3 4 5 "Independence day in Pakistan". Timeanddate. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2016.
  34. "Pakistanis abroad celebrate Independence Day with zeal". Associated Press of Pakistan. 14 avqust 2011. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 may 2016.
  35. "Pakistanis to celebrate independence day". Gulf News. 13 avqust 2011. 20 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2016.
  36. Hassan, Ali. "I-Day enthusiasm takes cover from high security plan". Daily Times. 14 avqust 2012. 25 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2016.
  37. "At least 16 people killed in Pakistan violence". BBC. 14 avqust 2010. 17 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2016.
  38. "Balochistan govt blocks cell phone services on Independence Day: Report". The Express Tribune. 14 avqust 2012. 2016-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2016.
  39. "Flood-hit Pakistan cancels Independence Day events". BBC. 13 avqust 2010. 6 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2016.
  40. "Independence Day songs: The old and the new". The Express Tribune. 14 avqust 2012. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2016.
  41. Akbar S. Ahmed. Jinnah, Pakistan and Islamic Identity: The Search for Saladin. Taylor & Francis. 17 sentyabr 1997. 20–. ISBN 978-0-415-14966-2. 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2012.
  42. Singh, Khushwant. Train to Pakistan. British India: Chatto & Windus. 1956. ISBN 978-0802132215.
  43. "About the story". Columbia University. 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 may 2016.
  44. "Khaak Aur Khoon (Dirt and Blood)". Goodreads. 2016-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2016.
  45. "Dastaan: History on TV". The express tribune. Tribune. 2016-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 August 2012.
  46. "Commemorative note". Pakistan Dövlət Bankı. 2016-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2016.
  47. Cozier, Craig. "Wills Golden Jubilee Tournament, 1997-98". ESPN Cricinfo. 2015-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2016.
  48. "Flag superlatives". CRW Flags. 2015-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2016. In August of 2004, Pakistan unfurled a 340 × 510 (173,400 square foot) foot National flag. In December 2004, Bahrain unfurled a 318 × 555 foot (176,490 square foot) National flag, breaking Pakistan's short-lived record.
  49. "Google Doodle marks Pak I-Day". The Nation (Pakistan). 15 avqust 2011. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 may 2016.
  50. "Google Doodles for Pakistan!". The News. 14 Avqust 2011. 17 August 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2016.
  51. "Google Doodles mark South Korea, Pakistan Independence Day". OneIndia News. 15 Avqust 2011. 2016-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2016.
  52. "Google Celebrates Pakistan's Independence Day With A Doodle". International Business Times. 14 avqust 2012. 16 August 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 may 2016.
  53. Google Doodle For Pakistan, geo.tv, 14 avqust 2011, 17 February 2013 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 9 may 2016
  54. Tabinda Hussain. "Google Celebrates Pakistan's Independence Day With A Doodle". ValueWalk. 2015-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 August 2012.
  55. "Google, Facebook join Pakistanis in celebrating Independence Day". Express Tribune. 14 avqust 2015. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]