Faiz Əhməd Faiz

Faiz Əhməd Faiz (13 fevral 1911[1], Sialkot, Britaniya Hindistanı20 noyabr 1984[1], Lahor) — Pakistan şairi, tənqidçi, ictimai xadim. "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı(1962), Beynəlxalq "Lotos" mükafatı laureatı(1975). Urdu və Pəncab dillərində yazmışdır. 1979-cu ildən "Lotos" jurnalının baş redaktoru idi. Sülh və demokratiya, milli azadlıq uğrunda mübarizə yaradıcılığının başlıca mövzusudur. "Kədərli naxışlar" (1941), "Küləyin əlləri" (1952), "Zindan şerləri" (1957), "Sinay vadisi" (1971), "Dost şəhərində axşamlar" (1977) və s. şer toplularının, "Mizan" (1962), "Bizim milli mədəniyyətimiz" (1976) məqalə kitablarının müəllifidir. Bəzi serləri Azərbaycan dilinə tərcümə olunmuşdur.

Faiz Əhməd Faiz
urdu فیض احمد فیض
tel. ఫైజ్ అహ్మద్ ఫైజ్
Doğum tarixi 13 fevral 1911(1911-02-13)[1]
Doğum yeri
Vəfat tarixi 20 noyabr 1984(1984-11-20)[1] (73 yaşında)
Vəfat yeri
Fəaliyyəti şair, jurnalist, yazıçı, söz yazıçısı[d], mahnı yazarı[d]
Əsərlərinin dili Pəncab dili
Janr qəzəl
Mükafatları "Britaniya imperiyası" ordeni üzvü Grand Cross of the Order of Excellence
"Lenin" sülh mükafatı
İmza
faiz.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. 1 2 3 4 Bibliothèque nationale de France Faiz̤ Aḥmad Faiz̤ // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.