Madaqaskar 3: Avropanın ən çox axtarılanları (animasiya, 2012)

Madaqaskar 3: Avropanın ən çox axtarılanları (ing. Madagascar 3: Europe's Most Wanted) — 6 iyun 2012-ci ildə istehsal edilmiş qısametrajlı animasiya filmidir.[3][4][5][6] Filmin rejissorları Erik Darnell, Konrad Vernon və Tom MakQratdır.[7][8][9][10]

Madaqaskar 3: Avropanın ən çox axtarılanları
ing. Madagascar 3: Europe's Most Wanted
Rejissor Erik Darnell
Konrad Vernon
Tom MakQrat[1]
Prodüser Mirey Soriya
Mark Svift
Ssenari müəllifi Noy Baumbax
Rolları səsləndirənlər Ben Stiller
Kris Rok
Devid Şvimmer
Cada Pinkett Smit
Saşa Baron Koen
Tom MakQrat
Konrad Vernon
Frensis MakDormend
Con Di Macio
Martin Şort
Bəstəkar Hans Tsimmer
Dil İngilis dili
Norveç dili
Ölkə ABŞ ABŞ
Studiya DreamWorks Animation
Pacific Data Images
Distribüsiya Paramount Pictures
Davametmə müddəti 93 dəqiqə
İl 2012
İlk baxış Fransa 18 may 2012
Büdcə $145 milyon
Gəlir $746,921,274 milyon[2]
Əvvəlki Madaqaskar 2
ID 1277953

"DreamWorks" kompaniyasının başçısı Ceffi Katsenberqin[11] sözlərinə görə ikinci filmin prokata satışının uğurundan sonra üçüncü filmin üzərində işləməyə başlamışdır. Filmin rejissoru Tom Makqrat deyir ki, mütləq cizgi filminin baş qəhrəmanlarını Mərkəzi Nyu-York parkına[12] geri qaytaracaqdır. Cizgi filmi 3D formatında çəkilmişdir.[13]

"Madaqaskar 3: Avropanın ən çox axtarılanları" animasiyasının mövzusu əvvəlki frenşizalara yaxındır. Baş qəhrəmanlar Aleks, Marti, Melman və Qloriya doğma Mərkəzi Nyu York Zooparkına geri qayıtmaq niyyətindədirlər. Lakin onların bu planlarına Kapitan Şantell Dübua mane olur. Bu səbəbdən baş qəhrəmanlar bütün Avropa yollarını keçəcək sirk heyətinə qoşulurlar. Baş qəhrəmanlar uzun müddət davam edən əhvalatlarla qarşılaşdıqdan sonra artıq sirkı doğma evlər kimi görür və geri qayıtmırlar.

"Madaqaskar 3: Avropanın ən çox axtarılanları" animasiya filminin büdcəsi $145 milyon ABŞ dollarıdır. ABŞ-də göstərilən ilk gün $20,5 milyon dollar əldə etmişdi. Bu isə birinci ($13,9 milyon) və ikinci ($17,6 milyon) seriyalardan nisbətən çox idi. İlk həftədə isə $60,3 milyon ABŞ dolları gəlir toplamışdı. Bu gəlir isə ilk seriyadan nisbətən çox ($47,2 milyon), ikinci seriyadan ($63,1 milyon) isə az idi.[14] Beləcə, bu animasiya ilk iki uikenddə ən çox gəlirən gətirən filmlər arasında birinci yer tuturdu.[15] Dünya ölkələrində baxıldıqdan sonra animasiyanın gəliri $746 921 274 milyona çatmışdı. Əldə etdiyi gəlirə görə "Ən çox gəlir gətirən qısametrajlı cizgi filmləri" və "Ən çox gəlir gətirən filmlər" sırasında mühüm yerlərdən birini tutur.[2] Animasiya tənqidçilər tərəfindən müsbət qarşılanmış və yüksək səs toplamışdır.

Animasiyanın qəhrəmanları şir Aleks, zebr Marti, begemot Qloriya və zürafə Melman hələ də Nyu-Yorka, kimi doğma zooparklarına qayıtmağa çalışırlar. Aleks çoxlu qarabasmalar görür. Aleks xəyallardan ayılaraq Marti və Qloriya kömək vasitəsilə Nyu-Yorka geri qayıtmağı təklif edir. Bunun üçün onların ilk olaraq pinqvinlərə ehtiyacları vardır. Qəhrəmanlar onlara kömək edən yeganə məxluqlara Pinqvinlərə müraciət etməyə qərara gəlirlər. Beləliklə, Monte-Karloya səyahət edən ayrılmaz dostlar burada pinqvinlərlə yanaşı, Kral Culian, meymunlar və yenicə qoşulmuş bir lama ilə də rastlaşırlar. Elə burada, gözlənilməz bir səhv ilə insanları qorxudan vəhşilər, heyvan nəzarətçiləri tərəfindən axtarılmağa başlanılır. 4 çılğın pinqvin, 2 meymun, 3 lemur, şir, zebr, begemot, zürafə və lama. Bu səs-küylü dəstə Avropanın diqqətini öz üzərlərinə çəkmədən aradan çıxa bilmirlər. Onlar Kazinodan Pinqvinlərin təyyarəsi ilə qaçırlar. Lakin bu təyyarə yolda qəzaya uğrayır. Qəza Fransa yaxınlığında baş verir. Axtarışlardan qaçan Madaqaskarlılar, köçəri sirk heyətinə qoşulmalı olurlar. Bunun üçün onlar sirk heyətinin qatarı ilə yola düşürlər. Burada qəhrəmanlar özlərinin sirk heyətinin üzvləri olduğunu başa düşürlər.

Sirk heyətində Vitali adında pələng, yaquar Ciya, itlər və fillər vardır. Şimpanzelər sirki sahibindən satın alırlar. Bu səbəbdən qəhrəmanlar onlar üzərində nəzarəti götürürlər. Culian Ayı Sonyaya aşiq olur. Dübua Aleksin sirk heyətində gizlənməsini başa düşür. Dübua qəhrəmanlar kimi qatara atlanır. Qatar Roma şəhərinə gedir. Şəhərdə əyləncə üçün hamı hazırlıq işlərini görür. Kral Culian XIII Sonya ilə gəzintiyə çıxır. Dübua qəhrəmanları izləməyə başlayır. Lakin motosiklet qaçırdığına görə tutulur. Tamaşa zamanı qəhrəmanlar çox pis çıxış edirlər. Bir müddət sonra Dübua həbsdən qaçır və kompüterdə Aleks haqqında informasiyanı tapır. Stefano Aleksə Vitalinin üzükdən atlanan zaman bütün bədənini zədələməsi haqqında danışır. Bu səbəbdən sirkin vəziyəti daha da pis görünür. Aleks sirk heyətinin Londonda çıxışını hazırlayır. Tamaşa zamanı sirk heyəti tamaşanı ifa etməyə başlayır. Tamaşa böyük uğur qazanır. Tamaşa qurtardıqdan sonra Dübua yenədə Aleksi qaçırmaq istəyir. Lakin bu zaman pinqvinlər ona odlu silahdan atəş açırlar. Hamı başa düşür ki, qəhrəmanlar zooparkdan olan heyvanlardılar. Qəhrəmanlar qəzəblənməyə başlayırlar.

Nəhayət, sirk heyəti və qəhrəmanlar Nyu-York şəhərinə geri dönürlər. Bir müddət keçdikdən sonra sirk ustaları qəhrəmanların burada olmadıqlarından narahatlanmağa başlayırlar. Çünki qəhrəmanlarsız sirk heyəti tamaşanın öhtəsindən gələ bilmir. Bu müddət ərzində qəhrəmanlar Mərkəzi Zoopark parkına gəlirlər. Bir müddət sonra onlar başa düşürlər ki, Madaqaskardan bura gələnə kimi yol boyu baş verən əhvalatlar onların həyat tərzini bərk dəyişdirmişdir və burada sakit həyat sürə bilməzlər. Bu səbəbdən onlar sirk heyətinə geri dönməlidilər. Amma qadın Kapitan Şantel Dübua bu müddət ərzində vaxtını boş yerə sərf etmir. Dübua və onun dostları qəhrəmanlara yuxu dərmanı vururlar. Bu zaman zoopark mühafizəçiləri bura gəlirlər. Zoopark mühafizəçiləri Aleksin bura dönməsini çoxdan gözləyirdilər. Onlara elə gəlir ki, məhz Dübuanın səyləri nəticəsində qəhrəmanlar bura gəlmişlər və bu səbəbdən ondan razı qalırlar. Yaralanmış Culian sirkə çataraq dördlük qrupunun başına gələn hadisələr haqqında pinqvinlərə xəbər verir. Pinqvinlər başa düşürlər ki, dördlük qrupu tələyə düşmüşlər. Ciya yeni dostlarının tələyə düşdüyünü eşidən kimi sirk heyətinin dördlük qrupunu xilas etməsinə səy göstərir.

Bu müddətdə Aleks ayılan kimi başa düşür ki, özü və dostları tələyə düşmüşlər. Nyu-York şəhərinin meri Dübuanı milyon dollarla mükafatlandırır. Lakin Dübua tamaşaçılara qeyd edir ki, Aleksin kəlləsi lazımdır. Dübua Aleksə xüsusi silahla atəş açır. Bu zaman Ciya Aleksi xilas edir. Bu müddətdə sirk heyəti zooparka gəlib çatırlar. Sirk heyəti Dübuanı məğlub etmək üçün müxtəlif oyunlar göstərirlər. Dübua buradan qaça bilməyən Stefanonu öldürmək niyyətindədir. Lakin bu zaman Aleks Stefanonu xilas edir və həmkarları ilə birgə Dübuanı məğlub edir. Dübuaya yuxu dərmanı vurulur və Aleks həmkarları ilə birgə bu yerdən uzaqlaşır.

Animasiyanın sonunda isə qəhrəmanlar Nyu-Yorka qayıtmaq istəmirlər. Artıq qəhrəmanlar başa düşürlər ki, sirk onların evidir. Onlar azadlığı seçərək, sirk heyəti ilə səyahət etməyə başlayırlar. Bu müddətdə isə Dübua və onun dostları Madaqaskar adasına yollanırlar. Bu səhnə daha çox animasiyanın birinci hissəsi olan Madaqaskar animasiyasında dördlüyün Madaqaskar adasına yollandığı səhnəyə bənzəyir.

Aktyor/aktrisa Rol Qeydlər
Ben Stiller[16] Aleks Şir
Kris Rok Martin Zebra
Devid Şvimmer Melman Zürafə
Cada Pinkett Smit Qloriya Hippopotam
Frensis MakDormend Kapitan Şantell Dübua[17] Heyvan Nəzarət Komitəsinin lideri
Saşa Baron Koen Kral Culian XIII Lemur
Sedrik "Əyləndirən" Moris əlayaqlılar sinfinə daxil olan heyvan
Endri Rixter Mort Lemur
Konrad Vernon Meyson Şimpanze
Tom MakQrat Şkiper Pinqvinlər komandasının lideri
Con Di Macio Riko Pinqvinlərdən biri
Kris Miller Kovalski Pinqvinlərdən biri
Kristofer Nayts Əsgər Pinqvinlərdən biri
Martin Şort Stefano İtalyan dəniz şiri
Cessika Çesteyn Ciya İtalyan yaquarı
Brayan Krenston Vitali Rusiyalı Sibir pələngi
Vinni Cons Freddi İtlərdən biri
Stiv Cons Consi İtlərdən biri
Nik Fletçer Frenki İtlərdən biri
Denni Yakobs Krupier Sirk ustası
Paz Veqa Andalusiya Üçlükləri Esmeralda, Esperanza and Ernestina
Konrad Vernon Meyson İkinci polis
Frenk Uelker Sonya Aleksin sevdiyi ayı
Erik Darnell Komandant Zoopark diktoru
Deniel O'Konnor Kazinoda nəzarətçi Nyu York şəhərinin mayoru

"Madaqaskar 3" animasiya filmi tənqidçilər tərəfindən böyük reytinq qazanmışdır. Rotten Tomatoes saytında tənqidçilər tərəfindən animasiyaya 84 resenziyadan 76 resenziya qazanmışdır.[18] IMDb saytında animasiya 7,0 (48,2 min nəfər) və bu saytın məlumatlarına bənzər "KinoPoisk.ru" saytında 7,6 (48 min nəfər) reytinq qazanmışdır. "Metacritic" saytında isə animasiya 100 baldan 60 bal toplamışdır.[19]

Mükafatlar və nominasiyalar

[redaktə | mənbəni redaktə et]
Əsas mükafatlar və nominasiyalar[20]
Mükafat Kateqoriya Mükafatı qazanan Nəticə
ABŞ "Yeniyetmə seçim mükafatı" Animasiya filmindən sevimli səs Kris Rok Namizəd
Yayın ən yaxşı filmi (Komediya və ya müzikl) Madaqaskar 3
Argentina "Kids' Choice Awards Argentina"[21] Ən yaxşı animasiya filmi Qazandı
ABŞ Enni mükafatı[22][23] Animasiya filmində vizual effektlər Cihun Yun Namizəd
Animasiya filmində personajların dizaynı Kreyq Kelman
Bədii əsərin dizaynı Kendal Kronkay-Şayndlin, Şenon Ceffris
Lindski Olivares, Kenard Pak
Animasiya filminin kadrların hazırlanması Rob Ku
ABŞ "Satellite Awards"[24] Bədii və ya animasiya filmi Madaqaskar 3
Ən yaxşı orijinal mahnı "Love Always Comes as a Surprise" — Piter Eşer və Deyv Stüart
ABŞ "Critics' Choice Movie Awards"[25] Ən yaxşı animasiya filmi Madaqaskar 3
ABŞ "Kids' Choice Awards" Ən yaxşı animasiya filmi
Animasiya filmindən sevimli səs Ben Stiller
Kris Rok
Rusiya "Jorj 2013"[26] Filmin animasiya filmi Madaqaskar 3 Qazandı

2008-ci ildə "Madaqaskar 2: Afrikaya qaçış" cizgi filminin uğurlu çəkilişindən sonra "DreamWorks Animation" kompanyasının sahibi Ceffri Katsenberq gələcəkdə frenşizanın üçüncü seriyasının istehsal olunacağını qeyd edir. Bu isə cizgi filmlərinin rejissorları Erik Darnel və Tom MakKratın sevimli personajlarına çevirdikləri heyvanların hekayəsini bitirmək və onların Nyu Yorkda yaşadıqları doğma Mərkəzi Zooparka qaytarmaq arzuları ilə bağlı idi.[27] Erik Darnell isə cizgi filminin süjet xəttini birinci və ikinci seriyalarda bitirmədiyini, bu hekayənin üçüncü seriyada bitəcəyini söyləmişdr. Həmçinin, Erik Darnel 2009-cu ilin yanvar ayında verdiyi müsahibəsində bu cizgi filminin 2012-ci ilin yay aylarında hazırlanıb qurtaracağını bildirirdi. 12 avqust 2010-cu ildə Ceffri Katsenberq cizgi filminin artıq 60 səhifəsinin hazırlandığını qeyd etmişdir. Süjetin üzərində Noy Baumbax işləyirdi. 9 dekabr 2011-ci ildə cizgi filminin ilk tizeri çıxır. "Madaqaskar 3: Avropanın ən çox axtarılanları" cizgi filminin ilk treyleri isə 21 mart 2012-ci ildə efirə buraxılır.[28][29]

3D formatının yaradılması

[redaktə | mənbəni redaktə et]

"DreamWorks Animation" studiyasının 2010-cu il buraxılışına görə bütün istehsal etdiyi cizgi filmləri 3D formatında çəkilir. "Madaqaskar 3: Avropanın ən çox axtarılanları" frenşizaların 3D formatında buraxılan ilk seriyasıdır. Əvvəlki seriyalar isə 2D formatında çəkilmişdir. Cizgi filmini hazırlayan rejissorların sözlərinə görə:

Biz bilirdik ki, əvvəlki seriyaları 3D formatına yaxın halda hazırlamışdıq. Bu səbəbdən cizgi filmini stil cəhətdən dəyişmədik. Heyvanların sirkə gəlməsi, tullanışlar və digər yeni hərəkətlər 3D formatında çəkilmiş və stil cəhətdən əvvəlki seriyalardan fərqlənmir.[30][30]

Rejissorlar heyəti

3D formatının sayəsində tamaşılar Monte-Karloda qaçış, Stefanonun xatirələri, Heyvanların Londonda sirk ifası və filmin sonunda baş verən Dübuanın döyüşü səhnələrini canlı hiss edə bilirlər. Heyvanların Londonda sirk ifası səhnəsi rejissorların sözlərinə görə cizgi filmində hazırlanan ən çətin səhnə idi. Cizgi filmin bütün rejissor heyəti öz fikirlərini bir yerə toplayaraq ümumi fikir formalaşdırmış və gözəl səhnə epizodları yaratmışlar. Rejissorlar "DreamWorks Animation" tarixində ilk dəfə olaraq ən çox tamaşaçı səhnəni bu cizgi filmində hazırlamışlar. Bu səhnəni hazırlamaq üçün bir-birinə bənzəməyən 5000 tamaşaçı heyəti yaradılmışdı. Rejissorlar bu səhnəni yaratmaq üçün təxminən 1,6 milyon saat sərf etmişlər.[31]

"RealD" formatını izləmək üçün seanslara gəlmiş tamaşaçılara "Look3D" kompaniyası tərəfindən istehsal olunmuş stereoeynəklər paylanmışdı. Bu eynəklər ilk dəfə "Buz dövrü 4" və "Maşınlar 2" cizgi filmlərinin izlənilməsi zamanı paylanmışdır. Stereoeynəklər iki palitra rəngində göy və çəhrayı rənglərlə buraxılmışdı. Bu eynəklərdə xüsusi panellərlə təsvir olunmuş "Şir Aleks, Zebra Marti, Zürafə Melman və Hippopotam Qloriyanın şəkilləri vardır.[32]

Rollarda
Ben Stiller (Rol:Şir Aleks)
Kris Rok (Rol:Zebra Marti)
Devid Şvimmer (Rol:Zürafə Melman)
Cada Pinkett Smit (Rol:Hippopotam Qloriya)
Saşa Baron Koen (Rol:Kral Culian XIII)

"Madaqaskar 3: Avropanın ən çox axtarılanları" filmi haqqında danışılarkən "Dreamworks Animation" kompaniyasının rejissoru Ceffri Katsberq gələcəkdə çəkiləcək seriyanın davamının olduğunu ehtimal edirdi. "Dreamworks Animation" kompaniyasının anonsunda 2016-cı ilədək istehsal ediləcək filmləri sırasında "Madaqaskar 4" animasiyasının davamı qeyd edilməmişdi.[33] Lakin bu kompaniya 12 iyun 2014-cü il tarixində "Madaqaskar 4" animasiyasının 18 may 2018-ci ildə hazırlanacağını bildirdi.[34] "Madaqaskar 3: Avropanın ən çox axtarılanları" animasiyanın süjeti əvvəlki seriyaların ssenariyasını bitirmir və 2014-cü ildə hazırlanan "Madaqaskar pinqvinləri" animasiyasının sayəsində "Madaqaskar" animasiyalarının ssenariyasını davam etdirir.

5 iyun 2012-ci ildə[35] animasiyanın mövzusu əsasında "Madagascar 3: The Video Game" videooyunu hazırlanmışdır. Videooyunun baş qəhrəmanları Aleks, Martin, Qloriya və Melmandır. Videooyunu Nintendo Wii, Nintendo 3DS, Nintendo DS, Xbox 360PlayStation 3 platformaları üçün hazırlanmışdı. Wii, Xbox 360 və PlayStation 3 platformaları üçün Monkey Bar Games, Nintendo Wii, Nintendo 3DS və Nintendo DS platformaları üçün Torus Games yaradılmışdı.[36] "Madaqaskar 3: Avropanın ən çox axtarılanları" 4 iyun 2012-ci il tarixində "Madaqaskar: Sirka qatılın!" (ing. Madagascar: Join the Circus!) adlı mobil oyunu versiyası isə IPhone, IPad və Android platformaları üçün hazırlanmışdı.[37]

12 iyun 2012-ci ildə animasiyanın "Madaqaskar: Əla-həzrətlərə eşq olsun!" (ing. Madagascar Digest Prequel: Long Live the King!) adlı komikslər kitabı "Ape Entertainment" tərəfindən çıxarılmışdır.[6][38]

DVD və Blu-Ray disklərinin istehsalı

[redaktə | mənbəni redaktə et]

ABŞ-də "Madaqaskar 3: Avropanın ən çox axtarılanları" animasiyasının "DVD" və "Blu-ray" çıxışı 16 oktyabr 2012-ci il tarixində baş tutmuşdur.[39] "Blu-ray" materialları içində animasiyadan kəslmiş hissələr, animasiyanın modelləşdirmə səhnələri, animasiyada istifadə edilən qarışıq mahnılar, animasiyanı çəkən üç rejissorun müsahibəsi və bir çox məlumatlar verilir. Buraxılışlara "Paramount Home Entertainment" ditribüterlik etmişdi.[40] "Madaqaskar 3: Avropanın ən çox axtarılanları" animasiyasında "Dreamworks" kompaniyasının tarixində ilk dəfə olaraq "UltraViolet" texnikasından istifadə edilmişdir.[41] Bir sıra satışlarda buraxılışlarla bərabər Martinin gün işığı pariki təqdim olunurdu.

"DVD" diskinin versiyası
Format DVD (PAL)             
Əlavə materiallar
Regional kod 5 Film heyətinin resenziyası
Qatın sayı DVD-9 (2 qat) Kəsilmiş hissələr
Mahnılar İngiliscə/rusca/ukraynaca/türkcə... Dolby Digital 5.1 «Aktyor heyəti»
Görünüşün formatı WideScreen 16:9 (1.78:1) Qarışıq musiqilər
Titrlər İngiliscə/rusca/ukraynaca/türkcə
Distribütor «Yeni disk»
Nəşriyyatın ümumi müddəti 113 dəqiqə
"Blu-ray" diskinin versiyası
Format BDMV             
Əlavə materiallar
Regional kod С Film heyətinin resenziyası
Qat sayı BD-50 (2 qat) «Aktyor heyəti»
Musiqilər İngiliscə (Dolby TrueHD 7.1)/rusca/ukraynaca (Dolby Digital 5.1)... «Kürəvi stol 'Madaqaskar 3'»
Görüntünün formatı 1080p High Definition 16:9 «Dreamworks Animation» kompaniyasının dünyası
Titrlər İngiliscə/rusca/ukraynaca/türkcə Kəsilmiş hissələr
Distribütor «Yeni disk» «Madaqaskar» oyununun treyleri
Nəşriyyatın ümumi müddəti 186 dəqiqə Oyun «Onları qatara sal»
Cizgi filminin versiyası 3D və 2D Qarışıq musiqilər
"Dreamworks Animation" kompaniyasının digər treylerləri

Animasiyanın ilk premyerası[42] 18 mayda Fransanın Kann kinofestivalında keçirilib.[43][44][45] "Madaqaskar 3: Avropanın ən çox axtarılanları" animasiya filminin büdcəsi $145 milyon ABŞ dollarıdır. Şimali Amerikada $216,391,482 milyon, digər ölkələrdə isə $530,529,792 milyon ABŞ dolları həcmində gəlir qazanaraq ümumi gəliri $746 921 274 milyon ABŞ dollarına çatmışdı.[2] Animasiya Şimali Amerikada göstərilən zaman ilk gün $20.7 milyon, ilk həftə isə $60.3 milyon ABŞ dolları toplayaraq 2012-ci ildə çəkilmiş "Prometey" filminin həftəsinin gəliri üstələmişdi. Digər 28 ölkədə isə ilk həftədə $77.3 milyon ABŞ dolları toplamışdı. Beləliklə, "Madaqaskar 3: Avropanın ən çox axtarılanları" animasiya filmi $216,391,482 ABŞ dolları həcmində gəlir toplayaraq, 2012-ci ilin iyun ayına görə "İgid" animasiyasından sonra 2-ci yeri tutaraq "Ən gəlirli animasiya" filminə çevrilmiş və həmin ilin "Ən gəlirli filmlər" sırasında 10-cu yeri tutmuşdur.[46] Animasiya ilk günündə Rusiyada $3.7 milyon ABŞ dolları qazanmışdı. İlk həftədə isə Rusiyada $15.7, Çində $10.4, Braziliyada $10.1 və Argentinada $3.80 milyon ABŞ dolları toplamışdır.[47]

Ölkələrdə çıxış tarixi və adı

[redaktə | mənbəni redaktə et]
Ölkə Çıxış tarixi Adı Dil
Fransa Fransa 18 may 2012 Madagascar 3 : Bons baisers d'Europe Fransız dili
Belçika Belçika 6 iyun 2012 Madagascar 3 Holland dili
Argentina Argentina 7 iyun 2012 Madagascar 3 İspan dili
Azərbaycan Azərbaycan[48] 7 iyun 2012 Madaqaskar 3: Avropanın ən çox axtarılanları Azərbaycan dili
Xorvatiya Xorvatiya 7 iyun 2012 Madagaskar 3: Najtrazeniji u Europi Xorvat dili
Rusiya Rusiya 7 iyun 2012 Мадагаскар 3: Особо опасные в Европе Rus dili
Sinqapur Sinqapur 7 iyun 2012 Madagascar 3 İngilis dili
Ukrayna Ukrayna 7 iyun 2012 Мадагаскар 2 Ukrayna dili
ABŞ ABŞ 8 iyun 2012 Madagascar 3: Europe's Most Wanted İngilis dili
Bolqarıstan Bolqarıstan 8 iyun 2012 Мадагаскар 3 Bolqar dili
Braziliya Braziliya 8 iyun 2012 Madagascar 3: Os Procurados Portuqal dili
Hindistan Hindistan 8 iyun 2012 Madagaskar 3 Hind dili
Kanada Kanada 8 iyun 2012 Madagascar 3 Fransız dili
Kolumbiya Kolumbiya 8 iyun 2012 Madagascar 3 Los Fugitivos İspan dili
Pakistan Pakistan 8 iyun 2012 Madagaskar 3 Urdu dili
Paraqvay Paraqvay 8 iyun 2012 Madagascar 3 İspan dili
Vyetnam Vyetnam 8 iyun 2012 Madagaskar 3 Vyetnam dili
Yunanıstan Yunanıstan 8 iyun 2012 Madagaskari 3 Yunan dili
Gürcüstan Gürcüstan 14 iyun 2012 Madagaskar 3 Gürcü dili
Kamboca Kamboca 14 iyun 2012 Madagaskar 3 Kxmer dili
Macarıstan Macarıstan 14 iyun 2012 Madagaszkár 3 Macar dili
Serbiya Serbiya 14 iyun 2012 Madagaskar 3 Serb dili
Estoniya Estoniya 15 iyun 2012 Madagaskar 3 Eston dili
Litva Litva 15 iyun 2012 Madagaskaras 3 Litva dili
Meksika Meksika 15 iyun 2012 Madagascar 3 İspan dili
Rumıniya Rumıniya 15 iyun 2012 Madagascar 3 Rumın dili
Türkiyə Türkiyə 15 iyun 2012 Madagascar 3 Türk dili
İsrail İsrail 21 iyun 2012 Madagascar 3: mekarkesim et Europa Yəhudi dili
Niderland Niderland 12 iyul 2012 Madagascar 3: Op Avontuur in Europa Holland dili
Portuqaliya Portuqaliya 26 iyul 2012 Madagáscar 3 Portuqal dili
İsveç İsveç 1 avqust 2012 Madagaskar 3 İsveç dili
Yaponiya Yaponiya 1 avqust 2012 マダガスカル3 Yapon dili
Honkonq Honkonq 2 avqust 2012 马达加斯加3:欧洲逐隻捉 Çin dili
Finlandiya Finlandiya 3 avqust 2012 Madagascar 3 Fin dili
İspaniya İspaniya 3 avqust 2012 Madagascar 3: De marcha por Europa İspan dili
Norveç Norveç 3 avqust 2012 Madagaskar 3: Full rulle i Europa Norveç dili
Polşa Polşa 8 avqust 2012 Madagaskar 3 Polyak dili
İtaliya İtaliya 22 avqust 2012 Madagascar 3 — Ricercati in Europa İtalyan dili
Avstraliya Avstraliya 13 sentyabr 2012 Madagascar 3: Europe's Most Wanted Alman dili
Böyük Britaniya Böyük Britaniya 13 sentyabr 2012 Madagascar 3: Europe's Most Wanted İngilis dili
Danimarka Danimarka 13 sentyabr 2012 Madagaskar 3 Danimarka dili
Yeni Zelandiya Yeni Zelandiya 20 sentyabr 2012 Madagascar 3: Europe's Most Wanted İngilis dili
Almaniya Almaniya 2 oktyabr 2012 Madagascar 3: Flucht durch Europa Alman dili
İrlandiya İrlandiya 19 oktyabr 2012 Madagascar 3: Europe's Most Wanted İngilis dili

"Madaqaskar 3: Avropanın ən çox axtarılanları" animasiyasının orijinal saundtreki Hans Tsimmer tərəfindən hazırlanmışdır və ilk dəfə olaraq 5 iyun 2012-ci il tarixində çıxarılmışdır.[49] Səhnələrin birində Şantel Dübua, əfsanəvi "Non, je ne regrette rien" mahnısını ifa edir. Bu mahnı 1960-cı ildə məşhur fransız müğənnisi Edit Piaf tərəfində ifa edilmişdi. Şantel Dübuanı səsləndirən Frensis Makdormand əfsanəvi müğənninin mahnısını ifa etdiyinə görə çox əsəbiləşmişdi. Lakin ilk səsyazmadan sonra Frensisin ifası bütün rejissor heyətini heyrətləndirmiş və cizgi filminin ilk dubllarında ifa edilmişdi.

BaşlıqMusiqiİfaçıMüddət
1."New York City Surprise"Hans Zimmer 3:05
2."Gonna Make You Sweat (Everybody Dance Now)" Danny Jacobs2:15
3."Wannabe" Danny Jacobs2:37
4."Game On"Hans Zimmer 3:12
5."Hot In Herre" Danny Jacobs2:27
6."Cool Jerk"The Capitols 2:43
7."We No Speak Americano"Yolanda Be CoolYolanda Be Cool4:29
8."Light The Hoop On Fire!"Hans Zimmer 3:10
9."Fur Power!"Hans Zimmer 2:18
10."Non, je ne regrette rien" Frances McDormand1:13
11."Love Always Comes As A Surprise"Peter AsherPeter Asher3:21
12."Rescue Stefano"Hans Zimmer 5:51
13."Firework"Katy PerryKaty Perry3:46
14."Afro Circus/I Like to Move It" Chris Rock2:41
Ümumi müddət:40:25

"Madaqaskar 3: Avropanın ən çox axtarılanları" animasiyasının orijinal saundtrekləri ilə bərabər "Madaqaskardan pinqvinlər" seriyasında Kral Culian personajını səsləndirən Cenni Cekobs tərəfindən yazılmış "Cool Jerk" и "Gonna Make You Sweat (Everybody Dance Now)", "Wannabe", "Hot In Herre" və "We No Speak Americano" kimi mahnıları cizgi filmində səslənirdi. "Madaqaskar" frenşizaların əsas mahnısı olan "I Like to Move It" kompozisiyası "Madaqaskar 3: Avropanın ən çox axtarılanları" animasiyasının son səhnəsində səslənir.

  1. White, James. "DreamWorks Touts New 'Toon Footage". Empire Online. 2012-03-15. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-15.
  2. 1 2 3 Box Office Mojo. "Madagascar 3: Europe's Most Wanted (2012)" (ingilis). 2012-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-14.
  3. La Tercera.com Arxivləşdirilib 2013-10-29 at the Wayback Machine, Los Pinguinos de Madadascar tendrán su propia película.
  4. НОВОСТЬ: "Madaqaskar 3" Arxivləşdirilib 2013-10-06 at the Wayback Machine. İstifadə tarixi: April 8, 2012.
  5. "Madagascar 3". Ape Entertainment. February 3, 2013 tarixində Comics Madagascar 3 orijinalından (#bad_url) arxivləşdirilib. İstifadə tarixi: April 22, 2012.
  6. 1 2 "Madagascar Digest Prequel: Long Live the King! (DreamWorks Graphic Novels)". Amazon. March 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 22, 2012.
  7. "D3PUBLISHER REVEALS PRODUCT NEWS FOR THE UPCOMING MADAGASCAR 3: THE VIDEO GAME". D3 Publisher. March 20, 2012. August 23, 2012 tarixində MADAGASCAR 3 orijinalından (#bad_url) arxivləşdirilib. İstifadə tarixi: March 23, 2012.
  8. "D3Publisher and DreamWorks Animation Announce Multi-Property Agreement for Next Three Animated Feature Films". DreamWorks Animation. February 7, 2012. July 13, 2012 tarixində DreamWorks orijinalından (#bad_url) arxivləşdirilib. İstifadə tarixi: February 7, 2012.
  9. Madagascar 3 — Trailers, Videos, and Reviews Arxivləşdirilib 2014-04-29 at the Wayback Machine. İstifadə tarixi: April 8, 2012.
  10. Dreamworks Animation: Five Feature Films Arxivləşdirilib 2017-06-04 at the Wayback Machine. İstifadə tarixi: April 8, 2012.
  11. Vivarelli, Nick. "Imax aims to bank $1 billion". Variety. April 7, 2012. June 29, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 8, 2012.
  12. McClintock, Pamela. "Madagascar 3' to Premiere at the Cannes Film Festival (Exclusive)". The Hollywood Reporter. March 14, 2012. October 31, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 15, 2012.
  13. Whitty, Stephen. "Crazy cast of supporting beasts agains steals the show". In: "Cleveland Plain Dealer via the Newark Star-Ledger" (USA), 8 June 2012, Pg. T09, (NP)
  14. Subers, Ray. "Отчёт за уикенд: 'Madagascar' «зажигает», 'Prometheus' «встречает огонь»". Box Office Mojo. June 10, 2012. October 30, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 10, 2012.
  15. Suber, Ray. "Отчёт за уикенд: Африканский цирк побеждает фильм с идеей 80-ых". Box Office Mojo. 2012-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 June 2012.
  16. Kit, Borys. "EXCLUSIVE: Frances McDormand Gets Animated, and Evil, for 'Madagascar 3'". HollywoodReporter.com. October 26, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 10, 2011.
  17. Wloszczyna, Susan. "'Madagascar' gang reunites for caper in Monte Carlo". USA Today. December 8, 2011. February 26, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2011.
  18. "«Madaqaskar 3»" (ingilis). 2011-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-03.
  19. Metacritic. "«Madagscar 3»" (ingilis). 2013-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-01.
  20. IMDb. "List of Awards" (ingilis). IMDb. 2013-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-15.
  21. "«Nickelodeon — Kids' Choice Awards Argentina 2012 — Ganadores»". 2012-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-15.
  22. "Annie Award Nominations Unveiled". Deadline. December 3, 2012. August 11, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 3, 2012.
  23. Beck, Jerry. "Annie Award Winners". Cartoon Brew. February 2, 2013. February 6, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 3, 2013.
  24. Kilday, Gregg. "Satellite Awards Nominates 10 Films for Best Motion Picture". The Hollywood Reporter. December 3, 2012. March 7, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2012.
  25. Hammond, Pete. "'Lincoln', 'Les Miserables', 'Silver Linings' Top List Of Nominees For 18th Annual Critics Choice Movie Awards". Deadline. December 11, 2012. December 12, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 11, 2012.
  26. National Movie Awards. "Российская народная кинопремия «Жорж 2013»" (rus). 2013-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-15.
  27. Champ, Christine. "Interview: Megamind Director Tom McGrath". Film.com. June 12, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 26, 2011.
  28. Kit, Borys. "EXCLUSIVE: Frances McDormand Gets Animated, and Evil, for 'Madagascar 3'". HollywoodReporter.com. 2012-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 10, 2011.
  29. Wloszczyna, Susan. "'Madagascar' gang reunites for caper in Monte Carlo". USA Today. 2012-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2011.
  30. 1 2 Бюллетень кинопрокатчика. "Пресс-релиз" (rus). 2012. 2019-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2014.
  31. Hewlett-Packard. "HP Powers «Madagascar 3: Europe's Most Wanted»" (ingilis). 8 iyun 2012. 2013-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2014.
  32. Look 3D. "Movie collection: «Madagasacr 3»" (ingilis). 2013-06-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-01.
  33. Hollywood Reporter. "DreamWorks Animation Reveals Unprecedented 12-Picture Slate" (ingilis). 9 сентября 2012. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-15.
  34. "Email Interview With Robert Schooley". Total Media Bridge (ingilis). July 19, 2012. March 23, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 4, 2012.
  35. "D3Publisher and DreamWorks Animation Announce Multi-Property Agreement for Next Three Animated Feature Films". DreamWorks Animation. February 7, 2012. July 13, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 7, 2012.
  36. "D3PUBLISHER REVEALS PRODUCT NEWS FOR THE UPCOMING MADAGASCAR 3: THE VIDEO GAME". D3 Publisher. March 20, 2012. August 23, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 23, 2012.
  37. Business Wire. "Madagascar: Join the Circus! App for iPad Now Available on the App Store" (ingilis). 4 iyun 2012. 2013-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-15.
  38. "Madagascar 3". Ape Entertainment. February 3, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 22, 2012.
  39. "Madagascar 3: Europe's Most Wanted Blu-ray". Blu-ray.com. 2012-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 16, 2012.
  40. "DVD releases" (ingilis). 2013-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-03.
  41. Shaffer, RL. "Madagascar 3 Finds Blu-ray and DVD". IGN. August 21, 2012. March 23, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 28, 2012.
  42. "DreamWorks Confirms Madagascar 3 is Coming - Katzenberg comments on when it will be released". IGN Entertainment. 2009-01-09. 2010-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-04-15.
  43. "Katzenberg Planning 3rd Madagascar, 2nd Kung Fu Panda". The Hollywood Reporter. 2010-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-14.
  44. Hollywood Reporter. "Exclusive: 'Madagascar 3: Europe's Most Wanted': Cannes Review" (ingilis). 18 мая 2012. 2013-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-15.
  45. Tatler. "Канны-2012: премьера мультфильма «Мадагаскар 3»" (rus). 18 мая 2012. 2013-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-15.
  46. "2012 DOMESTIC GROSSES". Box Office Mojo. January 2, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 17, 2012.
  47. "MADAGASCAR 3: EUROPE'S MOST WANTED - International Box Office Results". Box Office Mojo. February 6, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 17, 2012.
  48. Madaqaskar 3 Azərbaycanca Arxivləşdirilib 2012-06-11 at the Wayback Machine Joy.az saytında, Yoxlanılıb: 15 iyul 2014
  49. "Madagascar 3: Europe's Most Wanted". Soundtrack.net. May 28, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 16, 2012.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]