Mikayıl Ələsgər oğlu Hüseynov (6 (19) aprel 1905, Bakı[1] – 7 oktyabr 1992, Bakı) — Azərbaycan sovet memarı və memarlıq tarixçisi, professor (1939), SSRİ Memarlıq Akademiyasının həqiqi üzvü (1950–1956; müxbir üzv 1941)[2], Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), SSRİ xalq memarı (1970), Sosialist Əməyi Qəhrəmanı (1985), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), SSRİ dövlət mükafatı laureatı (1941), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967), memarlıq doktoru (1950), Böyük Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü (1985), SSRİ Ali Sovetinin IV və V çağırış deputatı (1954–1962), Azərbaycan SSR Ali Sovetinin deputatı (3-cü çağırış — 1951–1954, 6-cı və 11-ci çağırışlar — 1963–1990).[3]
Mikayıl Hüseynov | |||||
---|---|---|---|---|---|
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri | |||||
1947 – 1992 | |||||
Sonrakı | İlham Əliyev | ||||
Şəxsi məlumatlar | |||||
Doğum tarixi | 6 (19) aprel 1905 | ||||
Doğum yeri | |||||
Vəfat tarixi | 7 oktyabr 1992 (87 yaşında) | ||||
Vəfat yeri | |||||
Dəfn yeri | |||||
Təhsili | |||||
Fəaliyyəti | memar, siyasətçi | ||||
Elmi fəaliyyəti | |||||
Elm sahəsi | memar | ||||
Elmi dərəcəsi | |||||
|
|||||
Təltifləri |
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
Mikayıl Hüseynov 19 aprel 1905-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir.[4] 1922–1929-cu illərdə M. Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutunda mühəndis-inşaat fakültəsinin mühəndis-memar ixtisası üzrə təhsil almışdır.[2][5]
1930–1959-cu illərdə memar, sonradan isə "Azərdövlətmemarlayihə"də (indiki "Azərdövlətlayihə" DBLİ) 1-ci memarlıq emalatxanasının rəhbəri olmuş, 1960–1990 illərdə məsləhətçi (konsultant) işləmişdir. 1947–1992-ci illərdə Azərbaycan Memarlar İttifaqının sədri olmuşdur. 1945-ci ildə Azərbaycan SSR EA-nın fizika — texniki elmlər və neft bölməsi üzrə həqiqi üzvü (akademik) oldu. İlk memarlıq və nəzəri əsərlərini 1946-cı ilədək Sadıq Dadaşovla birgə yaratmışdır. 1948–1988-ci illərdə Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib. 1982 ildə Bakı şəhərinin fəxri vətəndaşı seçilmişdir.[5]
1992-ci ildə Beynəlxalq Memarlıq Akademiyasının Moskva şöbəsinə fəxri üzv seçilmişdir. Eyni ildə M. Hüseynovun təşəbbüsü ilə Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyası yaradıldı və ilk prezidenti Mikayıl Ələsgər oğlu Hüseynov oldu.
M. Hüseynov 7 oktyabr 1992-ci ildə Bakıda vəfat etmiş,[3] I Fəxri Xiyabanda dəfn edilmişdir.
Az vaxtda onun layihələri əsasında Bakı, Gəncə, Naxçıvan, Şəki, eləcə də Düşənbə, Moskva və s. şəhərlərdə mədəni-məişət binaları tikilmişdir. Şərq və Qərb memarlıq məktəbinin sintezindan yararlanan Mikayıl Hüseynov əzəmətli yaşayış və ictimai binaların lahiyələrini hazırlayıb. Bakıdakı "Alimlər evi" (1946), Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (1937–1939), Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi (1946), Nizami Kino Mərkəzi (1937–1939), Azərbaycan Politexnik İnstitutu (1931–1933), "Bakı Soveti" işçiləri üçün yaşayış (hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti binası, 1938–1941) binaları onun layihələri əsasında inşa olunub. Memarın simmetrik kompozisiya şəklində həll edilmiş layihəsinə əsasən Hökumət Evinin yaninda 10 mərtəbəli 2 yaşayış binası, 16 mərtəbəli evlər (hamısı 1970 illər), Lenin meydanının qərb tərəfində 16 mərtəbəli "Azərbaycan" (1969; SSRİ Nazirlər Sovetinin mükafatı, 1978), şərq hissəsində isə "Abşeron" (1985) mehmanxanaları tikilmişdir.[4] Hüseynovun 1960–1980-ci illər yaradıcılıq fəaliyyətində Bakıda V. İ. Lenin meydanı ansamblının tikintisi əhəmiyyətli yer tutur.[6]
İngiltərə kraliçası II Yelizavetanın himayəsi altında olan "Böyük Britaniya Asiya Cəmiyyəti" tərəfindən 1985-ci ildə təşkil edilmiş "Bakının memarlığı" sərgisində akademik M. Hüseynovun əsərləri nümayiş etdirildi. Sərgi materiallarına keçirilən baxış və müzakirələrdən sonra M. Hüseynovu Böyük Britaniya və İrlandiya Krallığının Asiya cəmiyyətinin Fəxri üzvü seçdilər.[3]
Bakı[redaktə | mənbəni redaktə et]
|
|