Milli Azlıqlar Fraksiyası

Milli Azlıqlar fraksiyasıAzərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fraksiyalarından biri.

Haqqında[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) müvafiq olaraq, Azərbaycanda sayca azlıq təşkil edən gürcü, yəhudi, alman və polyakların hərəsindən Azərbaycan Parlamentinə bir nəfər nümayəndə göndərilməsi qərara alındı. Həmin qanuna əsasən, Parlamentdə təmsil olunan bu millətlərin nümayəndələri parlament nizamnaməsinin fraksiyalar yaratmaq barədə tələblərinə uyğun olaraq, birləşib Milli azlıqlar fraksiyasını təşkil etdilər.

1919-cu ilin axırlarına yaxın fraksiyaya alman -L.Y.Kun, yəhudi — M.A.Quxman, polyak — S.A.Vənsoviç, həmçinin ukraynalı — V.Kujim daxil idi. Gürcü V.A.Bakaradze sosial-demokrat kimi sosialistlər fraksiyasına daxil olmuşdu. Fraksiyanın parlament iclaslarında daha çox fəallıq göstərən üzvlərdən olan S.A.Vonsoviç Azərbaycanın taleyüklü məsələlərinin müzakirəsində həmişə yaxından iştirakı ilə seçilirdi.[1]

Üzvləri[redaktə | mənbəni redaktə et]

Fraksiyanın 7 üzvü olmuşdur:

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament (stenoqrafık hesabatlar), c.1–2, B., 1998; Адрес-календарь :. Азербаиджанскаой Республики (1918–1920).
  1. Milli azlıqlar fraksiyası // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II. Bakı: "Lider". 2005. səh. 197. ISBN 9952-417-44-4.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]