Milli Cəbhə Partiyası və ya qısaca MCP — Razi Nurullayev tərəfindən 2020-ci il avqustun 31-də dövlət qeydiyyatına alınan siyasi partiya. Milli Cəbhə Partiyasının sədri 2020-ci ildən Razi Nurullayevdir.
Milli Cəbhə Partiyası | |
---|---|
Sədri | Razi Nurullayev |
Qurucu | Razi Nurullayev |
Quruluş tarixi |
|
Qeydiyyat tarixi | 31 avqust 2020 |
Sələfi | Azərbaycan Xalq Cəbhəsi Partiyası |
Baş qərargah | |
İdeologiya | sosial-demokratiya |
Üzv sayı | 5 mindən çox[1] (2023) |
Bələdiyyədə |
0 / 15.156 |
Milli Məclisdə |
1 / 125 |
Ali Məclisdə |
0 / 45 |
Saytı | millicebhe.com |
19 avqust 2015-ci ildə Əli Kərimlidən narazı qüvvələr AXCP-də sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan ediblər.[2] 27 sentyabr 2015-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayında Əli Kərimlinin növbəti dəfə sədr seçilməsindən[3][4] sonra AXCP EQTK bu qurultayı və seçkiləri tanımayıb,[5] 17 oktyabr 2015-ci ildə qurultay keçirib və Razi Nurullayevi AXCP sədri seçib.[6][7]
Razi Nurullayev 2020-ci il 29 iyul tarixində partiyasının qurultayında AXCP adından imtina etmiş və yeni Milli Cəbhə Partiyasını təsis etmişdir.[8]
Partiya 1 sentyabr 2020-ci ildə dövlət qeydiyyatına alınmışdır.[9]
Loqotipdə istifadə edilmiş elementlər ay, ulduz və exinasea gülüdür. Loqotipdə əks olunmuş aypara türk xalqlarının simvoludur.
Səkkizguşəli ulduzun mənasına gəlincə bu, "Azərbaycan" sözünün əski əlifbada yazılışı və Azərbaycanda yaşayan bütün xalqların bərabərlik və azərbaycançılıq ideologiyasına bağlılığını göstərir. Loqotipdə istifadə edilmiş mavi rəng türkçülük ideyası ilə bağlıdır.
Qırmızı rəng — müasir cəmiyyət quruculuğu, demokratik inkişafı — bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə edir.