Azərbaycanda mövcud olmuş siyasi partiyaların siyahısı — Azərbaycanda fəaliyyət göstərmiş rəsmi dövlət qeydiyyatlı partiyaların siyahısı.
Azərbaycanda siyasi partiyaların tarixi 1900-cü illərdən başlayır. O dövrdə Rusiya İmperiyasının Dövlət Duması yaradıldı və bu dumaya seçkilər təyin olundu. Bu proseslər siyasi partiyaların yaranmasına təkan verdi.[1]
Çar Rusiyasının süqutu və Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Azərbaycanın ali qanunverici orqanı-Azərbaycan parlamentinin fəaliyyətə başlaması siyasi partiyaların fəaliyyətinə təkan verdi.[2][3]
1920-ci ilin 28 aprelində Azərbaycan Xalq Cümhuriyyəti 11-ci Qırmızı Ordu tərəfindən işğal edildi və bütün partiyaların fəaliyyətinə son qoyuldu. SSRİ dönəmində leqal olaraq tək fəaliyyət göstərən partiya Azərbaycan Kommunist Partiyası oldu.[4][5]
1980-ci illərin sonundan etibarən xalq Kommunist Partiyasına və ümumiliksə hökumətə qarşı etiraz aksiyalarına başladı. Aksiyalarda etiraz əlaməti olaraq vətəndaşlar Azərbaycan Kommunist Partiyasının biletlərini cırırdılar və 1991-ci ilin sentyabr ayında partiya bütün strukturlarını buraxaraq ləğv olunduğunu elan etdi.[4]
SSRİ dönəmində qeyri qanuni şəkildə fəaliyyət göstərən bir neçə siyasi partiya və ya ictimai təşkilatlar da olmuşdur. Bu təşkilatlar Rafiq Turabxanoğlu liderliyində 1960-cı illərdə yaradılan Azərbaycan Xalq Demokratik Partiyası, Azər Qasımzadə liderliyində 1989-cu ildə yaradılan Azərbaycan Dirçəliş Partiyası və 1990-cı idə Azərbaycan Xalq Partiyası ilə birləşməsindən yaranan Azərbaycan Xalq Dirçəliş Partiyası, Əbülfəz Elçibəy liderliyində 1989-cu ildə yaradılan Azərbaycan Xalq Cəbhəsi, Araz Əlizadə liderliyində 1989-cu ildə yaradılan Azərbaycan Sosial Demokrat Partiyası, 1990-cı ildə Rauf Arifoğlu və bir qrup şəxs tərəfindən yaradılan və Müsavat Partiyasının bərpasından öncə fəaliyyət göstərən Azərbaycan Milli Demokrat "Yeni Müsavat" Partiyası, Birlik Partiyası və Fəzail Ağamalı liderliyində 1990-cı ildə yaradılan Ana Vətən Partiyası olmuşdur.
Azərbaycan müstəqillik əldə etdikdən (18 oktyavbr 1991-ci il) sonra 66 siyasi partiya qeydiyyata alınıb. 1993-cü ildə həmin partiyalardan ikisi məhkəmə qərarı ilə ləğv edilib.
2021-ci ildə 6 partiya hakim Yeni Azərbaycan Partiyasına qoşulduğunu bildirib və qeydiyyata alınmış partiyaların sayı 58 olub.
2023-cü ildə “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildikdən sonra həmin 58 partiyadan 31-i ləğv barədə ərizə ilə Ədliyyə Nazirliyinə müraciət edib. Qalan 27 partiya yenidən qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət edib.
2022-ci ildə "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu üçün layihə üzərində iş başlanıldı. 26 iyul 2022-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi siyasi partiyaların parlamentə qanun layihəsi hazırlanması ilə bağlı müraciətlər etdiyini, bu səbəbdən dövlət qeydiyyatında olan siyasi partiyalardan parlamentə təkliflərini təqdim etməsini ehtiva edən elanını nəşr etmişdir.[6]
Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Demokratik İslahatlar Partiyası, Vətəndaş Birliyi Partiyası, Milli Cəbhə Partiyası, Respublikaçı Alternativ Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ədalət Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Milli Vəhdət Partiyası, Aydınlar Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Cümhuriyyət Xalq Partiyası, Müstəqil Xalq Partiyası, Milli Həmrəylik Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Təkamül Partiyası, Milli Demokrat İdrak Partiyası, Gələcək Azərbaycan Partiyası, Haqq Ədalət Partiyası, Azərbaycan Yüksəliş Partiyası 15 avqusta olan məlumata görə öz layihələrini parlamentə təqdim etmişdir.[7] 6 sentyabra olan məlumata əsasən isə Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Ağ Partiya, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Yeni Zaman Partiyası, Birlik Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Milli Konqres Partiyası da öz təkliflərini parlamentə təqdim etmişdir.[8] 7 sentyabr 2022-ci ildə 39 siyasi partiyanın yeni qanun layihəsi ilə bağlı təklifləri də nəzərə alaraq, 20-dən artıq ölkənin bu sahədə təcrübəsi və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri də nəzərdən keçirilərək tərtib olunan qanun layihəsinin ilkin versiyası parlamentin rəsmi veb saytına yerləşdirildi.[9] 28 sentyabrda isə layihəylə bağlı ilk ictimai dinləmə keçirilməsi nəzərdə tutulsa da,[10] yeni təkliflərin daxil olması və Sosial Tədqiqatlar Mərkəzi tərəfindən sorğu keçirilməsi səbəbi ilə bu təxirə salınmışdır.[11] Müxalifət bu qanun layihəsindəki yeni müddəalara etiraz etmişdir. Belə ki, yeni layihədə siyasi partiyaların qeydiyyata alınması üçün tələb edilən minimum üzvlərin sayının 10 minə qaldırılması, üzvlərinin sayı 4 500-dən aşağı olarsa, bu, partiyanın qeydiyyatının ləğvinə səbəb ola biləcəyi, 2 dəfə ardıcıl olaraq, parlament, prezident və ya bələdiyyə seçkilərində iştirak etməyən partiyaların dövlət qeydiyyatının ləğv ediləcəyi, siyasi partiya yaradılarkən ən azı 200 təsisçisi olması, siyasi partiya yaratmaq istəyən şəxsin son 20 ildə Azərbaycanda daimi yaşamalı olması, yığıncaq zamanı əldə olunan nəticələr protokolla rəsmiləşdirildikdən sonra səlahiyyətli şəxs ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edərək həmin sənədləri 30 gün müddətinə təqdim ediləcəyi, dövlət qurumu da 30 gün müddətinə həmin partiyanın tələblərə uyğunluğunu yoxlayacağı, nəzərdə tutulmuş məlumat müvafiq dövlət qurumuna daxil olduğu tarixdən 90 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi üzvlərin sayının təmin edilməsi üçün tədbirlər görür və onların reyestrini tərtib edəcəyi, siyasi partiya üzvlərinin reyestrini adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə aparılacağı, dövlət qurumu elektron informasiya ehtiyatlarından istifadə etməklə siyasi partiya üzvlərinin reyestrində olan məlumatlarını ildə azı iki dəfə nəzərdən keçirəcəcəyi, siyasi partiya da üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə 2 dəfə (yanvar ayının 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat təqdim edəcəyi haqqında müddəalar ehtiva etmişdir. Yeni qanun qəbul edilənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu qanunun qüvvəyə mindiyi tarixdən etibarən 90 gün müddətində üzvlərinin sayının 5 minə çatdırılması üçün tədbirlər görməlidir.[12] Daha sonra parlamentdə 24 oktyabr və 4 noyabrda ictimai dinləmələr keçirilmişdir.[13][14] Yekunda layihəyə düzəlişlər edilmiş və 21 noyabr tarixində yeni versiyası parlamentin rəsmi veb-saytında dərc olunmuşdur.[15] Bu layihədə əvvəlki redaksiyaya 66 düzəliş edilmiş, partiyaların yaradılması üçün üzv tələbinin 10 mindən 5 min nəfərə endirilmiş, seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarılmış, partiyanın yaradılması üçün gərəkli təsisçi sayısı 200-dən 50-yə endirilmiş, siyasi partiya yaratmaq istəyən şəxsin son 20 ildə Azərbaycanda daimi yaşamalı olması tələbi çıxarılmış, partiya reyestrlərinin yoxlanması üçün ildə iki dəfə olan məlumatlandırma ildə 1 dəfəyə endirilmiş, mövcud partiyaların yeni qanuna uyğunlaşması üçün verilən vaxt 90 gündən 180 günə artırılmışdır.[16][12] Noyabrın 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.[16] Müsavat Partiyasının sədri Arif Hacılı layihənin hər iki versiyasını "mürtəce", mövcud qanunu isə "daha pozitiv" adlandırmışdır.[17] Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Seymur Həzi isə qanun layihəsini "siyasə fəaliyyəti linç edən" layihə adlandırmışdır.[17] Respublikaçı Alternativ Partiyası Siyasi Komitəsinin sədri İlqar Məmmədov isə layihənin prinsip etibarilə dəyişmədiyini açıqlamışdır.[17] Həmçinin, REAL Partiyası Venesiya Komissiyasına layihə ilə bağlı məktub göndərmiş, məktuba 24 noyabr 2022-ci ildə cavab gəlmişdir. Cavabda Azərbaycan hökumətinin ictimaiyyətə verdiyi məlumatın əksinə, hökumətin Venesiya Komissiyası ilə məsləhətləşmə aparmadığı qeyd olunmuşdur.[18] Parlamentin 26 noyabr 2022-ci il tarixli iclasında qanun layihəsi birinci oxunuşda 95 lehinə, 1 bitərəf səslə keçmişdir.[19] Bitərəf səs verən deputat Erkin Qədirli olmuş, o daha sonra qanun layihəsinin əleyhinə olduğunu, komitə iclasında da əleyhinə səs verdiyini, lakin plenar iclasda yanlışlıqla bitərəf düyməsinə basdığını, bu səbəbdən də protokola səsinin "əleyhinə" olaraq qeyd olunmasını xahiş etmişdir.[19] Parlamentin 6 dekabr 2022-ci il tarixli iclasında qanun layihəsi ikinci oxunuşda qəbul olunmuşdur.[20] AXCP isə 12 dekabrda bəyanat yayaraq xalqı və beynəlxalq birliyi yeni qanuna etiraz etməyə səsləmişdir.[21] 11 yanvar 2023-cü ildə prezident İlham Əliyev qanunu imzalamışdır.[22]
Partiyanın adı | Yaranma tarixi | Ləğv tarixi | Ləğv səbəbi |
---|---|---|---|
1905 | 1907 | Çar hökuməti tərəfindən fəaliyyəti dayandırıldı. | |
1906 | 1908 | ||
1907 | 1909 | ||
1905 | 1916 | Əsasında Ədalət Partiyası yaranmışdır. | |
1905 | 1917 | Əsasında Türk Ədəmi-Mərkəziyyət Firqəsi yaradıldı. | |
1907 | 1917 | Sol Xalqçı Partiyası və sağ Əkinçi Partiyası qanadlarına parçalandı. | |
1917 | 17 iyul 1917 | Müsavat Partiyasına birləşdi. | |
1906 | 15 oktyabr 1917 | Çar hökuməti tərəfindən fəaliyyəti dayandırılsa da, 1907-1917-ci illərdə gizli fəaliyyət göstərmiş, ardından Müsavat Partiyasına birləşmişdir. | |
1918 | 1918 | Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən fəaliyyəti dayandırıldı. | |
1917 | yanvar 1918 | İttihadi-İslam Cəmiyyəti ilə birləşərək İttihad Partiyasının əsasını qoymuşdur. | |
1916 | 11-12 fevral 1920 | Ədalət Partiyası, Əkinçi Partiyası və Hümmət Partiyasının sol qanadının əsasında Azərbaycan Kommunist Partiyası yaradıldı. | |
1917 | |||
1904 | 11-12 fevral 1920 [a] | ||
28 aprel 1920 | Aprel işğalı | ||
1911 | 28 aprel 1920 | ||
yanvar 1918 | |||
1919 | |||
1918 | |||
11-12 fevral 1920 | 1991 | Partiya fəaliyyətini dayandırdı. |
Siyasi partiya | Yaranma tarixi | Qeydiyyat tarixi | Ləğv tarixi | Ləğv səbəbi |
---|---|---|---|---|
(Talış Xalq Partiyası) |
1989 | mart 1993 | 1993 | Separatçılıq[35] |
1992 | aprel 1994 | 1995 | Etnik ayrı-seçkiliyi təbliğ edən çıxışlar etməsi və adının qanunlara uyğun olmaması[36] | |
1991 | 20 sentyabr 1992 | 1995 | Casusluq[36] | |
Partiyanın adı | Yaradılma tarixi | Qeydiyyat tarixi | Fəaliyyətini dayandırdığı tarix |
---|---|---|---|
Azərbaycan Naminə Alyans Partiyası | 17 noyabr 1994 | 22 iyun 1995 | 2 mart 2023[38] |
Azərbaycan Təkamül Partiyası | 1995 | 12 may 2005 | 9 mart 2023[39] |
Birlik Partiyası | 1990 | 18 dekabr 1992 | 9 mart 2023[40] |
Milli Vəhdət Partiyası | 2000 | 8 may 2002 | 13 mart 2023[41] |
Azərbaycan Azad Respublikaçılar Partiyası | 2001 | 8 may 2002 | 14 mart 2023[42] |
Azərbaycan Sosial Rifah Partiyası | 1994 | 4 avqust 1995 | 23 mart 2023[43] |
Azərbaycan Liberal Demokrat Partiyası | 30 yanvar 1999 | 9 iyul 1999 | 1 aprel 2023[44] |
Azərbaycan Sosial Demokrat Partiyası | 1989 | 1 sentyabr 1995 | 4 aprel 2023[45] |
Azərbaycan Vahid Kommunist Partiyası | 1993 | 19 sentyabr 1995 | 6 aprel 2023[46] |
Müstəqil Azərbaycan Partiyası | 10 fevral 1993 | 7 aprel 2023[47] | |
Azərbaycan Respublikaçılar Partiyası | 1999 | 9 iyul 1999 | 8 aprel 2023[48] |
Yeni Yol Partiyası | 1992[d] | 24 iyul 1992 | 12 aprel 2023[49] |
Azərbaycan Milli Demokrat Partiyası | 1992[e] | 24 dekabr 2008 | 14 aprel 2023[50] |
Aydınlar Partiyası | dekabr 2008 | 19 noyabr 2009 | 17 aprel 2023[51][52] |
Müstəqil Xalq Partiyası | 7 may 2020 | 18 aprel 2023[53] | |
Vahid Azərbaycan Milli Birlik Partiyası | 28 noyabr 1992 | 13 yanvar 1993 | 26 aprel 2023[54] |
Azərbaycan Tərəqqi Partiyası | 2 fevral 1999 | 12 iyul 2005 | 29 aprel 2023[55] |
"Azərbaycan Mübarizləri" Partiyası | 1998 | 27 may 2000 | 1 may 2023[56] |
Azərbaycan Kommunist Partiyası [f] | 1993 | 2 mart 1994 | 4 may 2023[57] |
Qorqud Partiyası | 1993 | 10 noyabr 1993 | 8 may 2023[58] |
Milli Konqres Partiyası | 1998 | 11 dekabr 1998 | 11 may 2023[59] |
Azərbaycan Vətənpərvərlər Partiyası | 1994 | 12 oktyabr 1994 | 12 may 2023[60] |
Vətəndaş Birliyi Partiyası | 1999 | 12 iyul 2005 | 22 may 2023[61] |
Milli-Demokrat İdrak Partiyası | 1992 | 11 avqust 1992 | 5 iyun 2023[62] |
Milli Həmrəylik Partiyası | 1992[g] | 10 fevral 1993 | 9 iyun 2023[63] |
Cümhuriyyət Xalq Partiyası | 2010 | 7 may 2020 | 22 iyun 2023[64] |
Sosial Ədalət Partiyası | 1998 | 11 dekabr 1998 | 22 iyun 2023[65] |
Azərbaycan Yüksəliş Partiyası[66] | 16 iyul 2020 | 15 oktyabr 2021 | 23 iyun 2023[67] |
Azərbaycan Liberal Partiyası | 3 iyun 1995 | 14 avqust 1995 | 24 iyun 2023[68][69] |
Vətəndaş və İnkişaf Partiyası | 28 may 2006 | 10 avqust 2008 | 25 iyun 2023[70][71] |
Azərbaycan Milli Dövlətçilik Partiyası | 2 iyul 1994 | 12 oktyabr 1994 | 15 avqust 2023[72] |
Azad Demokratlar Partiyası | 6 iyul 2014 | 16 aprel 2010 | Bilinmir[73] |
Aşağıdakı partiyalar adlarını dəyişərək əvvəlki partiyanın fəaliyyətinə xitam vermiş, qurultay vasitəsilə yeni partiya yaradıblar.
Partiyanın əvvəlki adı | Partiyanın yeni adı | Ad dəyişmə tarixi |
---|---|---|
Azərbaycan Kommunist Partiyası | Azərbaycan Vahid Kommunist Partiyası | 1993[h] |
Azərbaycan Vahid Kommunist Partiyası | Azərbaycan Kommunist Partiyası | 1995[h] |
Bozqurd Partiyası | Azərbaycan Milli Demokrat Partiyası | 1999[74] |
Vahid Azərbaycan Partiyası | Ağ Partiyası | 26 iyun 2016[75] |
Demokratik Azərbaycan Dünyası Partiyası | Milli Həmrəylik Partiyası | 22 avqust 2020 |
Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası | Yeni Yol Partiyası[d] | 2022[76] |
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası | Ədalət, Hüquq, Demokratiya Partiyası | 16 mart 2024[77] |
Fəaliyyətini dayandıran partiya | Birləşdiyi partiya | Birləşmə tarixi |
---|---|---|
Azərbaycan Ana Torpaq Partiyası | Müsavat Partiyası | 1995[78] |
Doğru Yol Partiyası | ||
Ədalət Partiyası | Azərbaycan Demokrat Partiyası | 1996[79] |
Demokratik Azərbaycan Partiyası | 1998[79] | |
Demokratik Yol Partiyası | 2000[79] | |
Azərbaycan Demokratik Sahibkarlar Partiyası | Yeni Azərbaycan Partiyası | 2021[80] |
Azərbaycan Xalq Demokratik Partiyası | ||
Azərbaycan Kəndli Partiyası | ||
Azərbaycan Milli Hərəkat Partiyası | ||
Azərbaycan Yurddaş Partiyası | ||
Milli Qurtuluş Partiyası |