Bu siyahı Azərbaycanda fəaliyyət göstərən və göstərmiş dövlət qeydiyyatlı və dövlət qeydiyatında olmayan siyasi partiyaların siyahısını və onlar barədə məlumatları əhatə edir. Azərbaycanda siyasi partiyalar və onların fəaliyyəti "Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının Qanunu" ilə tənzimlənir.[1] Azərbaycanda siyasi partiyaların dövlət qeydiyyatı məsələsi Ədliyyə Nazirliyinin balansındadır. Dövlət qeydiyyatında olan siyasi partiyalar bələdiyyə, parlament və prezident seçkilərində iştirak edə bilər.
1991-ci il 18 oktyabr tarixində Azərbaycan dövlət müstəqilliyi əldə etdi. Müstəqillik qazanıldıqdan sonra Etibar Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Milli İstiqlal Partiyası, Azad Nəbiyevin rəhbərlik etdiyi Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası və Fəzail Ağamalının rəhbərlik etdiyi Ana Vətən Partiyası dövlət qeydiyyatına alınmış ilk siyasi partiyalar kimi Azərbaycanın siyasi tarixinə düşdülər. Hal-hazırda isə dövlət qeydiyyatında 26 partiya var. Qeydiyyata alınan sonuncu siyasi partiya Azad Vətən Partiyası olmuşdur.
2022-ci ildə "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu üçün layihə üzərində iş başlanıldı. 26 iyul 2022-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi siyasi partiyaların parlamentə qanun layihəsi hazırlanması ilə bağlı müraciətlər etdiyini, bu səbəbdən dövlət qeydiyyatında olan siyasi partiyalardan parlamentə təkliflərini təqdim etməsini ehtiva edən elanını nəşr etmişdir.[2]
Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Demokratik İslahatlar Partiyası, Vətəndaş Birliyi Partiyası, Milli Cəbhə Partiyası, Respublikaçı Alternativ Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ədalət Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Milli Vəhdət Partiyası, Aydınlar Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Cümhuriyyət Xalq Partiyası, Müstəqil Xalq Partiyası, Milli Həmrəylik Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Təkamül Partiyası, Milli Demokrat İdrak Partiyası, Gələcək Azərbaycan Partiyası, Haqq Ədalət Partiyası, Azərbaycan Yüksəliş Partiyası 15 avqusta olan məlumata görə öz layihələrini parlamentə təqdim etmişdir.[3] 6 sentyabra olan məlumata əsasən isə Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Ağ Partiya, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Yeni Zaman Partiyası, Birlik Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Milli Konqres Partiyası da öz təkliflərini parlamentə təqdim etmişdir.[4] 7 sentyabr 2022-ci ildə 39 siyasi partiyanın yeni qanun layihəsi ilə bağlı təklifləri də nəzərə alaraq, 20-dən artıq ölkənin bu sahədə təcrübəsi və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri də nəzərdən keçirilərək tərtib olunan qanun layihəsinin ilkin versiyası parlamentin rəsmi veb saytına yerləşdirildi.[5] 28 sentyabrda isə layihəylə bağlı ilk ictimai dinləmə keçirilməsi nəzərdə tutulsa da,[6] yeni təkliflərin daxil olması və Sosial Tədqiqatlar Mərkəzi tərəfindən sorğu keçirilməsi səbəbi ilə bu təxirə salınmışdır.[7] Müxalifət bu qanun layihəsindəki yeni müddəalara etiraz etmişdir. Belə ki, yeni layihədə siyasi partiyaların qeydiyyata alınması üçün tələb edilən minimum üzvlərin sayının 10 minə qaldırılması, üzvlərinin sayı 4 500-dən aşağı olarsa, bu, partiyanın qeydiyyatının ləğvinə səbəb ola biləcəyi, 2 dəfə ardıcıl olaraq, parlament, prezident və ya bələdiyyə seçkilərində iştirak etməyən partiyaların dövlət qeydiyyatının ləğv ediləcəyi, siyasi partiya yaradılarkən ən azı 200 təsisçisi olması, siyasi partiya yaratmaq istəyən şəxsin son 20 ildə Azərbaycanda daimi yaşamalı olması, yığıncaq zamanı əldə olunan nəticələr protokolla rəsmiləşdirildikdən sonra səlahiyyətli şəxs ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edərək həmin sənədləri 30 gün müddətinə təqdim ediləcəyi, dövlət qurumu da 30 gün müddətinə həmin partiyanın tələblərə uyğunluğunu yoxlayacağı, nəzərdə tutulmuş məlumat müvafiq dövlət qurumuna daxil olduğu tarixdən 90 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi üzvlərin sayının təmin edilməsi üçün tədbirlər görür və onların reyestrini tərtib edəcəyi, siyasi partiya üzvlərinin reyestrini adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə aparılacağı, dövlət qurumu elektron informasiya ehtiyatlarından istifadə etməklə siyasi partiya üzvlərinin reyestrində olan məlumatlarını ildə azı iki dəfə nəzərdən keçirəcəcəyi, siyasi partiya da üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə 2 dəfə (yanvar ayının 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat təqdim edəcəyi haqqında müddəalar ehtiva etmişdir. Yeni qanun qəbul edilənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu qanunun qüvvəyə mindiyi tarixdən etibarən 90 gün müddətində üzvlərinin sayının 5 minə çatdırılması üçün tədbirlər görməlidir.[8] Daha sonra parlamentdə 24 oktyabr və 4 noyabrda ictimai dinləmələr keçirilmişdir.[9][10] Yekunda layihəyə düzəlişlər edilmiş və 21 noyabr tarixində yeni versiyası parlamentin rəsmi veb-saytında dərc olunmuşdur.[11] Bu layihədə əvvəlki redaksiyaya 66 düzəliş edilmiş, partiyaların yaradılması üçün üzv tələbinin 10 mindən 5 min nəfərə endirilmiş, seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarılmış, partiyanın yaradılması üçün gərəkli təsisçi sayısı 200-dən 50-yə endirilmiş, siyasi partiya yaratmaq istəyən şəxsin son 20 ildə Azərbaycanda daimi yaşamalı olması tələbi çıxarılmış, partiya reyestrlərinin yoxlanması üçün ildə iki dəfə olan məlumatlandırma ildə 1 dəfəyə endirilmiş, mövcud partiyaların yeni qanuna uyğunlaşması üçün verilən vaxt 90 gündən 180 günə artırılmışdır.[12][8] Noyabrın 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.[12] Müsavat Partiyasının sədri Arif Hacılı layihənin hər iki versiyasını "mürtəce", mövcud qanunu isə "daha pozitiv" adlandırmışdır.[13] Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Seymur Həzi isə qanun layihəsini "siyasə fəaliyyəti linç edən" layihə adlandırmışdır.[13] Respublikaçı Alternativ Partiyası Siyasi Komitəsinin sədri İlqar Məmmədov isə layihənin prinsip etibarilə dəyişmədiyini açıqlamışdır.[13] Həmçinin, REAL Partiyası Venesiya Komissiyasına layihə ilə bağlı məktub göndərmiş, məktuba 24 noyabr 2022-ci ildə cavab gəlmişdir. Cavabda Azərbaycan hökumətinin ictimaiyyətə verdiyi məlumatın əksinə, hökumətin Venesiya Komissiyası ilə məsləhətləşmə aparmadığı qeyd olunmuşdur.[14] Parlamentin 26 noyabr 2022-ci il tarixli iclasında qanun layihəsi birinci oxunuşda 95 lehinə, 1 bitərəf səslə keçmişdir.[15] Bitərəf səs verən deputat Erkin Qədirli olmuş, o daha sonra qanun layihəsinin əleyhinə olduğunu, komitə iclasında da əleyhinə səs verdiyini, lakin plenar iclasda yanlışlıqla bitərəf düyməsinə basdığını, bu səbəbdən də protokola səsinin "əleyhinə" olaraq qeyd olunmasını xahiş etmişdir.[15] Parlamentin 6 dekabr 2022-ci il tarixli iclasında qanun layihəsi ikinci oxunuşda qəbul olunmuşdur.[16] AXCP isə 12 dekabrda bəyanat yayaraq xalqı və beynəlxalq birliyi yeni qanuna etiraz etməyə səsləmişdir.[17] 11 yanvar 2023-cü ildə prezident İlham Əliyev qanunu imzalamışdır.[18]
İdeoloji spektri | Siyasi mövqeyi | |||||
---|---|---|---|---|---|---|
Mərkəz sağ | Konstruktiv müxalifət | |||||
Mərkəz sağ | Hökumətə dəstək | |||||
Mərkəz sağ | Konstruktiv müxalifət | |||||
Mərkəz sağ | Radikal-konstruktiv müxalifət | |||||
Mərkəz sağ | İqtidar | |||||
Mərkəz sağ | Konstruktiv Müxalifət | |||||
Mərkəz sağ | Konstruktiv müxalifət | |||||
Mərkəz Sağ | Hökumətə dəstək | |||||
Mərkəz sağ | Radikal müxalifət | |||||
Mərkəz | Konstruktiv müxalifət | |||||
Sağ | Radikal-konstruktiv müxalifət | |||||
Sol | Radikal-konstruktiv müxalifət | |||||
Mərkəz sol | Konstruktiv müxalifət | |||||
Mərkəz sol | Konstruktiv müxalifət | |||||
Mərkəz sağ | Konstruktiv müxalifət | |||||
Mərkəz sağ | Konstruktiv müxalifət | |||||
Mərkəz sağ | Konstruktiv müxalifət | |||||
Mərkəz sağ | Konstruktiv müxalifət | |||||
Sağ | Radikal-konstruktiv müxalifət | |||||
Mərkəz sağ | Konstruktiv müxalifət | |||||
Mərkəz | Konstruktiv müxalifət | |||||
Mərkəz sol | Konstruktiv müxalifət | |||||
Mərkəz sağ | Radikal-konstruktiv müxalifət | |||||
Mərkəz sağ | Konstruktiv müxalifət | |||||
Mərkəz sağ | Hökumətə dəstək | |||||
Mərkəz sol | Konstruktiv müxalifət |
Müxtəlif dövrlərdə Azərbaycanda onlarla siyasi partiya təsis olunmuş, lakin onlar dövlət qeydiyyatına alınmamışdır. Zamanla bu partiyalardan çoxu fəaliyyətini dayandırmışdır. Bəzi siyasi partiyalar dövlət qeydiyyatına alınmasa da hal-hazırda aktiv siyasi fəaliyyət göstərməkdədir.
Belə partiyalara nümunə olaraq Mövsüm Səmədovun sədirlik etdiyi Azərbaycan İslam Partiyasını[44] Elşən Həsənovun sədrlik etdiyi Azərbaycan Sosialist Partiyasını,[45] Mirkazım Seyidovun sədrlik etdiyi Böyük Dayaq Partiyasını,[46] Mirfazil Həmidin sədrlik etdiyi Demokratik Birlik Partiyasını, Emin Babayevin sədrlik etdiyi Vətən Naminə Birlik Partiyasını, nümunə göstərmək olar.
Həmçinin, 14 aprel 2023-cü ildə Azərbaycan Milli Demokrat Partiyası bəyanat yayaraq fəaliyyətini dayandırdığını elan etmişdir.[47][48] 13 yanvar 2024-cü ildə Azərbaycan Milli Demokrat Partiyasının Təsis Konfransı keçirilm, rəsmi dövlət qeydiyyatı olmayan Azad Azərbaycan Partiyası və Demokratik Dəyişim Partiyası partiyaya birləşmiş, Azərbaycan Milli Demokrat Partiyası yenidən təsis olunmuş və Qələndər Muxtarlı partiyanın sədri seçilmişdir.[49][50]
Əhməd Orucun rəhbərlik etdiyi Azadlıq Partiyası isə yeni qanunun qüvvəyə minməsindən sonra qeydiyyata alınsa da, bir müddət sonra qurultay və nizamnamə ilə bağlı yaranan problemlərə görə dövlət qeydiyyatı ləğv olunmuşdur. Hal-hazırda qeydiyyatdsız fəaliyyət göstərir.
Yeni Azərbaycan Partiyası | İlham Əliyev | 68 / 125
| |
Vətəndaş Həmrəyliyi Partiyası | Sabir Rüstəmxanlı | 3 / 125
| |
Ədalət, Hüquq, Demokratiya Partiyası | Qüdrət Həsənquliyev | 2 / 125
| |
Ana Vətən Partiyası | Fəzail Ağamalı | 1 / 125
| |
Azərbaycan Demokratik Maarifçilik Partiyası | Elşən Musayev | 1 / 125
| |
Azərbaycan Milli İstiqlal Partiyası | Arzuxan Əlizadə | 1 / 125
| |
Böyük Azərbaycan Partiyası | Elşad Musayev | 1 / 125
| |
Böyük Quruluş Partiyası | Fazil Mustafa | 1 / 125
| |
Demokratik İslahatlar Partiyası | Asim Mollazadə | 1 / 125
| |
Milli Cəbhə Partiyası | Razi Nurullayev | 1 / 125
| |
Respublikaçı Alternativ Partiyası | Natiq Cəfərli | 1 / 125
|
Hal-hazırda rəsmi dövlət qeydiyyatında olan 26 partiyadan 11-i parlamentdə təmsil olunur. Dövlət qeydiyyatı olan Azərbaycan Xalq Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Ümid Partiyası, Ədalət Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası və Müsavat Partiyası seçkilərdə iştirak edərək tarixində ən azı 1 dəfə parlamentdə təmsil haqqı qazanmış, Azərbaycan Demokrat Partiyası isə deputat transferi yolu ilə parlamentdə təmsil olunmuşdur. Qısaca, 26 siyasi partiyadan 19-u ən azı 1 dəfə parlamentdə təmsil olunmuş, digər 7 siyasi partiya: Ağ Partiya, Azad Vətən Partiyası, Haqq Ədalət Partiyası, Gələcək Azərbaycan Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Müasir Müsavat Partiyası və Yeni Zaman Partiyası isə parlamentdə təmsil olunmağa haqq qazanmamışdır.
Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə yaradılıb. 26 siyasi partiyadan 16-sı seçkilər yolu ilə bələdiyyələrdə təmsil olunub.[51] Gələcək Azərbaycan Partiyası bir müddət Vətəndaş Həmrəyliyi Partiyasından 1 bələdiyyə üzvü transfer edərək bələdiyyələrdə təmsil olunub. İndiyədək bələdiyyələrdə üzv səviyyəsində təmsil olunmayan partiyalar Azərbaycan Demokratik Maarifçilik Partiyası, Ağ Partiya, Böyük Azərbaycan Partiyası, Azərbaycan Xalq Partiyası, Haqq Ədalət Partiyası, Milli Cəbhə Partiyası, Respublikaçı Alternativ Partiyası, Vəhdət Partiyası və Yeni Zaman Partiyası olmuşdur.
Yeni Azərbaycan Partiyası | İlham Əliyev | 10.414 / 15.156
| |
Ana Vətən Partiyası | Fəzail Ağamalı | 187 / 15.156
| |
Demokratik İslahatlar Partiyası | Asim Mollazadə | 35 / 15.156
| |
Vətəndaş Həmrəyliyi Partiyası | Sabir Rüstəmxanlı | 6 / 15.156
| |
Milli Dirçəliş Hərəkatı Partiyası | Fərəc Quliyev | 1 / 15.156
|