Monqolların Azərbaycana III yürüşü

Monqolların Azərbaycana III və sonuncu yürüşü

Monqolların hücumu ərəfəsində Azərbaycanda siyasi durum

[redaktə | mənbəni redaktə et]

Bu dövrdə Azərbaycanı Ali Monqol Xaqanlarının canişinləri idarə edirdi(1231-1256).

Yürüşə böyük xaqan Münkenin qardaşı Hülakü xan başçılıq edirdi.Münke xan Orta Şərqdə işğal etdikləri ərazilərdə daha da möhkəmlənmək,hələ də müstəqilyini saxlayan feodalları tabe etmək və yeni torpaqlar əldə etmək üçün Hülakü xanı böyük qoşunla yürüşə yolladı.Hülakü xan 1256-cı ildə Azərbaycan(Cənubi Azərbaycan) və Aranı(Şimali Azərbaycan) ələ keçirdi.1258-ci ildə monqollar Bağdadı işğal etdilər.Xəlifə Əl-Mötəsim Billah edam edildi və bununla Abbasilər xilafətinin varlığına son qoyuldu.

Hülakü xan bu yürüşlərdən sonra yeni dövlətin əsasını qoydu.Bu dövlət tarixdə HülakülərElxanilər adı tanınır.Azərbaycan imperiyanın əsas vilayəti sayılırdı.Hülakülərin paytaxtı olan Marağa,Təbriz,Sultaniyə şəhərləri bu məmləkətdə yerləşirdi.Hülakülər 101 il hakimiyyətdə oldular(1256-1357).