Salyan döyüşü

Salyan döyüşü — 1918-ci ilin iyulunda tarixində Nuru Paşanın başçılıq etdiyi AzərbaycanOsmanlı koalisiya qüvvələri ilə XI Qızıl Orduerməni-daşnak qüvvələri arasında baş vermiş döyüş. Döyüşündə nəticəsində koalisiya qüvvələri Salyan şəhərinə nəzarəti əldə etmişdilər.

Salyan döyüşü
Birinci Dünya müharibəsində Qafqaz cəbhəsi
Tarix 26 iyun – 12 iyul 1918
(17 gün)
Yeri Salyan, Bakı quberniyası, Azərbaycan
Nəticəsi AzərbaycanOsmanlı koalisiyanın qələbəsi
Ərazi dəyişikliyi Azərbaycan–Osmanlı koalisiyası Kür çayına nəzarəti ələ keçirmişdir.
Münaqişə tərəfləri

Bakı Kommunası
Rusiya SFSR
Daşnaksutyun

 Osmanlı imperiyası
Azərbaycan

Komandan(lar)

Stepan Şaumyan
Andranik Ozanyan

Osmanlı imperiyası Nuru Paşa
Səməd bəy Mehmandarov

Tərəflərin qüvvəsi

20,000 qoşun
45 pulemyot
10 artilleriya qurğusu
10 gəmi

450 qoşun
50 süvari
1 pulemyot
1 artilleriya qurğusu

İtkilər

500 nəfər həlak olmuşdur
200 nəfər yaralanmışdır

Ümumi itki naməlumdur

Artilleriya dəstəyinə malik olan 20,000 nəfərlik bolşevik piyada dəstəsi 26 iyunda ikisi zirehli olmaqla üç gəminin müşayiəti ilə Kür çayına daxil olmuşdur. Çayın kənarındakı kəndlərdə böyük dağıntılara səbəb olan bolşevik qüvvələrinin qarşısını almaq üçün mayor Nazım Ramazanovun komandanlığı ilə piyada diviziyası Salyana göndərilmişdir.[1][2]

Bolşeviklər şiddətli hücum əməliyyatına başlamış, lakin 2 iyulda yerli əhalinin dəstəyi ilə dəf edilmişdi. Əks-hücuma başlayan türk qoşunları da şəhərin mühasirəsini yarmış, bolşeviklərin Bankə qəsəbəsinə çəkilməsinə şərait yaratmışdılar. Bu döyüşlərdə bolşevik qüvvəsi 6,000 nəfər itki vermiş, onlardan 1,000-i isə yaralanmışdır. Türk diviziyasından 12 nəfər həlak olmuş, 17 nəfər yaralanmışdır.[1][2]

12 iyulda 50 süvari ilə hücuma keçən türk qoşunları pulemyotlarla dəstəklənən 400 nəfərlik piyada diviziyasını darmadağın edərək Bankəni ələ keçirmişdir. Beləliklə,, Kür çayının su yolu tam mühafizə olunmuşdur. Regionun müdafiəsi Nazim Ramazanova həvalə edilmişdir.[1][2]

  1. 1 2 3 Şimşir, Bilal. Kafkas İslam Ordusunun İleri Harekatı ve Bakü Savaşları (türk). İRS Tarih Bilinci. 2012.
  2. 1 2 3 Bal, Halil. Azerbaycan Cumhuriyetinin Kurtuluş Mücadelesi ve Kafkas İslam Ordusu (türk). İstanbul: İdil yayıncılık. 2014. səh. 196–197. ISBN 9786059996013.