Şənbi-Qazan döyüşü — 1410-cu ildə Təbriz yaxınlığında baş verən ikinci Şənbi-Qazan döyüşündə Qaraqoyunlu hökmdarı Qara Yusifin qoşunları Cəlairilər dövlətinin başçısı Sultan Əhmədin ordusunu məğlub edib. Bu döyüşdən sonra Cəlairilər dövlətinin (Cənubi Azərbaycan 1359–1410-cu illərdə bu dövlətin tərkibində olub) mövcudluğuna son qoyulub. Bölgədə siyasi arenaya yeni Azərbaycan-türk dövləti — Qaraqoyunlu dövləti (1410–1468) çıxıb.[1]
II Şənbi-Qazan döyüşü | |||
---|---|---|---|
Qaraqoyunlu-Cəlairi münasibətləri | |||
Tarix | 30 avqust 1410 | ||
Yeri | Şənbi-Qazan, Əsəd kəndi, Təbriz | ||
Nəticəsi | Cəlairilər məğlub edildi. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Teymuriləri məğlub etdikdən sonra Qara Yusif 1409-cu ilin yayını Aladağda keçirmişdi. Payızın əvvəllərində isə Təbrizə qayıdaraq Pir-Ömər və İlyasi Dögərin rəhbərliyi altında Şəkiyə ordu göndərmiş və Şəki hakimi Seyid Əhmədi məğlub edərək Təbrizə qayıtmışdı. Həmin ilin dekabr ayının 10-da Sultan Əhmədöz elçisini Təbrizə Qara Yusifin sarayına göndərərək, Həmədan ərazisinin ona verilməsini tələb edir, lakin Qara Yusif köhnə dostunun istəyini rədd edir və elçisini geri göndərir. Qara Yusifin bu addımı Sultan Əhmədi hiddətləndirir və onun Şeyx Həsəni məğlub etmək üçün Ərzincana getdiyindən xəbər tutub, may ayının 17-də Təbriz üzərinə yürüş edir. Yürüş zamanı Həmədan ətrafı kürd tayfalarını da öz tərəfinə çəkir. Qara Yusifin böyük oğlu Şah Məhəmmədin Xoyda olmasından istifadə edərək 29 iyulda Təbrizə daxil olur. Təbriz əhalisi onu böyük bir coşqu ilə qarşlayırlar. Bundan sonra Sultan Əhmədin Azərbaycanı işğal etməsi və Ərzincanı fəth etməsi ilə bağlı xəbəri eşidən Qara Yusif öz əmirlərini yanına çağıraraq döyüşə girib-girməmək barədə onlardan məsləhət alır. Ertəsi gün Qara Yusif böyük bir ordu ilə Təbrizə doğru yola düşür. Qara-Yusifin gəlişindən xəbər tutan Sultan Əhməd şəhərdən çıxaraq, Təbrizə 2 fərsəx (təqirbi) məsafədə yerləşən Əsəd kəndinə yola düşür. Buranı döyüş üçün uyğun vəziyyətə gətirərək Qara Yusifi gözləməyə başlayır.[2]
1410-cu il avqustun 30-da Təbriz yaxınlığında Şənbi-Qazan adlı yerdə Qara Yusiflə Sultan Əhməd arasında döyüş başlandı. Qaraqoyunlu ordusu döyüş meydanına yenə hər zamankı düzülüşlə çıxır. Sağ cinahda Pir Hüseyn bəyin rəhbərliyi ilə Sadlu tayfası, Pir Hüseyn bəyin qardaşı Əmir Pir Məhəmməd bəy və Türkmən bəyləri, Tornaçı boyu başçısı Musa bəy, Qara Yusifin qardaşı oğlu Qazan Sultan, solda isə Məhəmməd Cəngi, Yadigarşah, Seyid Əhməd, Dizək, Əmir Nizaməddin Bistan bəy, Əmir Qara, Bİtlis əmiri Şəmsəddin və başqa bəylərdən ibarət ordu varidi. Mərkəzdə isə Qara Yusif özü və oğulları, Van-Hakkari hakimi Məlik İzzəddin Şir və onun oğlu Məhmməd yer alırdı. Döyüş Əsəd kəndi yaxınlığındakı Şənbi-Qazan adlanan ərazidə baş tutur və türkmən ordusunun böyük zəfəri ilə nəticələnir. Cəlari qoşunu darmadağın edildi, Sultan Əhməd Qara Yusifin əlinə keçdi.[3] Azərbaycanda və İraqda hakimiyyətdən əl çəkməsi haqqında ondan yazılı iltizam alındı və ertəsi gün öldürüldü. Bununla da Cəlarilərin Azərbaycandakı hakimiyyətinə son qoyuldu. Yusif oğlu Qiyasəddin şah Məhəmmədi Bağdada canişin göndərdi. Beləliklə, 1410-cu ildə paytaxtı Təbriz şəhəri olan, Şirvanşahlar dövləti istisna olmaqla bütün Azərbaycan torpaqlarını, indiki Türkiyə Cümhuriyyətinin şərq əyalətlərini, indiki Gürcüstanın şərqini (Borçalı), indiki Ermənistanı, Qərbi İran və İraqı əhatə edən Azərbaycan — Qaraqoyunlu dövləti yarandı. Dövlətin paytaxtı Təbriz şəhəri seçildi.