Səfəvi-Moğol müharibəsi — Səfəvilər və Böyük Moğollar imperiyası arasında Qəndəhar şəhəri uğrunda baş verən müharibədir. 1537-ci ildə I Təhmasibin moğolların nəzarətində olan Qəndəhar şəhərini tutması müharibənin başlamasına səbəb oldu. 1538-ci ildə Hümayun şah Qəndəharı geri almaq üçün qoşun göndərdi və qızılbaşları oradan sıxışdırdı. 1544-cü ildə bağlanmış Sultaniyyə sülh müqaviləsinə əsasən Şah Təhmasibin Hümayun şaha hərbi yardımı müqabilində Qəndəhar şəhəri Səfəvilərə verildi.
Səfəvi-Moğol müharibəsi (1537-1544) | |||
---|---|---|---|
Tarix | 1537-1544 | ||
Yeri | Qəndəhar | ||
Səbəbi | Strateji məntəqəyə malik şəhərə ağalıq üstündə savaş | ||
Nəticəsi | Tam Səfəvi qələbəsi, Sultaniyyə sülhü | ||
Ərazi dəyişikliyi | Qəndəhar şəhəri Səfəvilər imperiyasının tərkibinə qatıldı. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
1537-ci ildə I Təhmasibin komandanlığı altında Səfəvilər qoşunu Qəndəhar şəhərinə hücum etdi. Qala rəisi Xacə Kalan şəhəri müqavimət göstərmədən Səfəvilərə təslim etdi. I Təhmasib Budaq xan Qacarı Qəndəhar vilayətinin hakimi təyin etdi.
1538-ci ildə Moğol şahı Hümayun Qəndəharı geri almaq üçün qardaşı Mirzə Kamranın komandanlığı altında Qəndəhara qoşun göndərdi və həmin il şəhər geri alındı.
Zəncan yaxınlığı, Sultaniyyədə bağlanan Səfəvi Moğol sülh müqaviləsidir. Səfəvi tərəfindən Şah I Təhmasib və bacısı Məhinbanu Sultan, Moğol tərəfindən Humayün və həyat yoldaşı Həmidə Banu.