Qoçhisar döyüşü

Qoçhisar və ya Dədə Qarkın döyüşü[9]1516-cı ilin 25 may ayında Mardinin Qızıltəpə yaxınlığındakı Dədə-Qarkın adlanan yerdə, Bıyıklı Mehmed Paşanın komandanlığındakı Osmanlı ordusu ilə Qara xan Ustaclının komandanlığındakı Səfəvi ordusu arasında baş verdiyi döyüş. İki ildir bölgədə hökmranlıq uğrunda mübarizə aparan iki sərkərdənin son qarşılaşması Səfəvi ordusunun mühüm sərkərdələri ilə birlikdə məhv edilməsi ilə nəticələndi.

Qoçhisar döyüşü
Səfəvi-Osmanlı münasibətləri
Müharibənin Tacüt-Təvarixdə yer alan miniatürü Sol üstdə olan atlı Bıyıklı Mehmed Paşa, sağ üstdə olan atlı Qara xan Ustaclı
Müharibənin Tacüt-Təvarixdə yer alan miniatürü
Sol üstdə olan atlı Bıyıklı Mehmed Paşa, sağ üstdə olan atlı Qara xan Ustaclı
Tarix 1516
Yeri Qoçhisar (Qızıltəpə), Mardin
Səbəbi Səfəvi-Osmanlı münasibətləri
Nəticəsi Kürd-Osmanlı qüvvələrinin həlledici qələbəsi[1]
Münaqişə tərəfləri

Səfəvilər İmperiyası

Osmanlı İmperiyası

Komandan(lar)

Qara xan Ustaclı
Qanqırıl sultan
Çuxa sultan
Vəlixan bəy
Yeqan bəy
Hüseyn bəy
Saru bəy
Durmuş bəy

Bıyıklı Mehmed Paşa
Dəli Hüsrəv Paşa
Qaraçin Əhməd bəy
Pirhüseyn bəy
İdris Bitlisi
Xəlil Əyyubi
Çavuş Əhməd bəy
Ataq Əhməd bəy

Tərəflərin qüvvəsi

Ən azı 12.000[2]

  • Ən azı 600 qoruqçu
  • Ən azı 10-12 min süvari

Ümumi: 14-16 min

  • 2.000 tüfəngli yeniçəri[3]
  • 1.000 qapıqulu süvarisi[4]
  • 7.000 sipahi[4]
  • 4.000[5]-6.000 Könüllü süvari
İtkilər

480-500[6]

10.000[7][8]

Çaldıran vuruşmasından sonra Diyarbəkir əhalisi Sultan Səlimə itaətini bildirdiyinə görə I Şah İsmayıl şəhəri geri almaq üçün Qara xanı (Çaldıran yaxınlığında həlak olmuş Məhəmməd xan Ustaclının qardaşı) ora göndərdi. Lakin qızılbaşlar qiyamçıların müqavimətini heç cür qıra bilmədilər. Mühasirə bir ildən artıq çəkdi. İdris Bidlisinin başçılığı altında kürd dəstələri ilə möhkəmləndirilmiş Bıyıklı Məhəmməd paşanın qoşunlarının yaxınlaşması Qara xanı məcbur etdi ki, mühasirədən əl çəksin və Mardinə geri çəkilsin.[10] 1516-cı ilin mayında Mardinin cənubunda Koçhisarın yaxınlığında tərəflər arasında baş verən qəti döyüş Osmanlı türklərinin xeyrinə qurtardı. Qara xan tüfəngdən açılan atəş ilə öldürüldü. Səfəvi ordusu məğlub edildi. Qara xanın qardaşı Süleyman Xan Mardin qalasında aprelin 7-si 1517-ci ilə qədər mübarizəni davam etdirdi.[11] Buna baxmayaraq qala Osmanlı dövlətində qaldı. Nəticədə, şimalda HarputdanBidlisdən başlayan, cənubda isə RəqqəMosula qədər uzanan geniş ərazi Osmanlı türklərinin əlinə keçdi.

  1. Bu zafer, Kürt ve Osmanlı askerlerinin gayretleriyle elde edilmişti. Zira İdris el-Bidlisî komutasındaki Kürt beyliklerinin gücü, Osmanlı ordusunun sağ kanadını oluşturuyordu.(Hammer, IV, 166; Muhammed Emin Zeki, Hulâsa, s. 169.) Onun için Şerefhan, bu orduyu tamamıyla "Kürdistan Ordusu" olarak tanımlamaktadır. Aynı şekilde çarpışmalarda Bitlisli komutan ve savaşçıların gösterdiği kahramanlıklara işaret etmektedir. (Şerefhan el-Bidlisi, Şerefname., s. 662) Osmanlı komutanı Mehmet Baykallı ise savaştan sonra Osmanlı Sultanına gönderdiği mektupta şöyle yazmıştı: "Kürt ümerasıyla yardımlaşıp düşmana karsı zafer elde ettik." (Feridun Bey, I, 418-419.)
  2. Genelkurmay Başkanlığı, a.g.e, s.85
  3. Nejat Göyünç, a.g.e, s.26
  4. 1 2 Genelkurmay Başkanlığı, a.g.e, s.84
  5. Hammer, a.g.e, s.177
  6. Nejat Göyünç, a.g.e, s.29
  7. İsmail Hami Danişmend, a.g.e, s.24
  8. Hoca Sadeddin Efendi, a.g.e, s.268
  9. Əliyarlı, Süleyman. Azərbaycan tarixi (Uzaq keçmişdən 1870-ci illərə qədər. Bakı: Azərbaycan nəşriyyatı. 1996.
  10. Əfəndiyev, Oqtay. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007.
  11. Öztuna, Yılmaz. Yavuz Sultan Selim. İstanbul: Babıali yayıncılık.