Xəlil xan Özbək

Xəlil xan Özbək — Mirmehdi xanın hakimiyyətinin zəifləməsindən istifadə edən Fətəli xan Əfşar İrəvanı ələ keçirmək qərarına gəldi. Azad xanın başçılığı ilə 30 min nəfər qoşunu 1751-ci ildə İrəvana göndərdi. Bu qoşunların ön dəstəsi İrəvan qalasını mühasirəyə aldı. Gürcü çarı yenə fürsəti əldən vermədi və İrəvanı qorumaq adıyla şəhərə doğru hərəkət etdi. Döyüşdə II İraklinin qoşunları darmadağın edildi.[1][2][3] Beləliklə Mirmehdi xan hakimiyyətdən salınır və yerinə Xəlil xan Özbək 1752-ci ildə İrəvana hakim təyin edilir.[4]

Xəlil xan Özbək
Şəxsi məlumatlar
Dini islam

Xəlil xanın hakimiyyəti illərində İrəvan xanlığı dağıstanlıların da güclü hücumuna məruz qalmışdı. 1754–1755-ci illərdə Avar xanı Nusal xanın başçılığı altında Dağıstan qoşunları Kartli-Kaxetiya ərazisinə yürüş təşkil edərək, oradan İrəvan xanlığı ərazisinə hücum etdilər. Bu hücum zamanı Göyçə, Dərəçiçək, QırxbulaqAbaran mahallarının kəndlərinə böyük ziyan dəymişdi.[5]

Dağıstan qoşunlarının bu dağıdıcı yürüşü Xəlil xanın nüfuzunu xalq arasında xeyli aşağı salmışdı. 1755-ci ildə xalq arasında böyük nüfuza malik Həsənəli xan Qacarın başçılığı ilə üsyan qalxdı. Üsyan nəticəsində Xəlil xan hakimiyyətdən uzaqlaşdırılır, onun yerinə Həsənəli xan Qacar hakimiyyəti ələ keçirdi.[6]

  1. A. A. Bakıxanov adına Tarix İnstitutu. İrəvan xanlığı (Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi).s.172.
  2. Elçin Teymur oğlu Qarayev. Azərbaycanın İrəvan bölgəsinin tarixindən(XVII yüzilliyin sonu–XIX yüzilliyin ortalarında).s.57–58.
  3. Səməd Sərdariniya. "İrəvan müsəlman sakinli vilayət olmuşdur". s.64.
  4. Elçin Teymur oğlu Qarayev. Azərbaycanın İrəvan bölgəsinin tarixindən(XVII yüzilliyin sonu–XIX yüzilliyin ortalarında).s.52.
  5. Elçin Teymur oğlu Qarayev. Azərbaycanın İrəvan bölgəsinin tarixindən(XVII yüzilliyin sonu–XIX yüzilliyin ortalarında).s.58–59.
  6. Fuad Əliyev, Urfan Həsənov. İrəvan xanlığı.s.90.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]