Qasım xan Məhəmmədsəid xan oğlu Xançobanlı — 7-ci Şirvan xanı (1789–1792)
Qasım xan Xançobanlı | |
---|---|
Qasım xan Məhəmmədsəid xan oğlu Xançobanlı | |
1789/ 1795 – 1792 / 1796 | |
Əvvəlki | Əsgər xan Xançobanlı |
Sonrakı | Mustafa xan Xançobanlı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağsu |
Vəfat tarixi | |
Atası | Məhəmmədsəid xan Xançobanlı |
Anası | Mahpəri xanım |
Həyat yoldaşı | Kafiyə xanım Ağası xan qızı Sərkər |
Uşaqları |
İsgəndər bəy Sərkər (1795-1864) Allahverdi bəy Sərkər (1796-1818) Məmməd Səid xan Sərkər (1797-1827) |
|
|
1763-cü ildə Ağsuda doğulub. Məhəmmədsəid xanın və Mahpəri xanımın (ö. 1790) oğlu idi. Qasım xan da ömrünün ilk hissəsini qardaşı Əsgər xan və əmisi oğlu Mustafa xanla sırayla Şəki xanı Məhəmmədhəsən xanın əsirliyində, Qarabağda və Osmanlı torpağı olan Axalxalakidə keçirmişdir. 1790-cı ildə Şirvan əyanlarının Əsgər xanı devirməsindən taxta çıxandan sonra 2 il hakimiyyətdə olub. 1792-ci ilin əvəllərindən etibarən Şirvan əyanlarının ona incikliyi başladı. Abbasqulu ağa Bakıxanovun fikrincə incikliyin səbəbi təbəələr arasında fərq qoymaması, şirvanlılara arxalanmaq yerinə ləzgilərin hərbi gücündən istifadəsi idi.[1] Nəhayət 1792-ci ildə Hövz mahalının naibi Yüzbaşı bəy Hövzi və Sərdərin mahalının naibi Ömər Sədari tərəfindən devrildi. Yerinə onun əmisi oğlu Mustafa bəyi Əlvənddən Ağsuya dəvət etdilər. Mustafa xan Şirvan xanı oldu. Qasım xan tərəfdarları ilə Qasımxan qalasına çəkildi, oradan Quba xanlığına getdi.[2]
1794-cü ildə Məhəmmədhəsən xan, Quba xanı Şeyxəli xan və Şirvan xanlığına iddialı Qasım xan birlikdə Ağsu üzərinə hücum etdilər. Ağsu bir neçə ay mühasirədə qaldı. Bir gün güclü yağış yağdı və sel çadırların böyük bir hissəsini məhv etdi. Ordunun vəziyyəti pisləşdi. Mühasirə altında olanlar Sərdərin mahalının naibi Ömər sultanın başçılığı ilə mühasirə edənlərə qarşı hücuma keçdilər. Şeyxəli xan və Məhəmmədhəsən xan öz xanlıqlarına qayıtdılar. Qasım xan isə Quba və Şəki arasındakı Qaraburqa dağında məskunlaşdı. 1795-ci ildə Valerian Zubovun yürüşü zamanı Qasım xan Hövz mahalının naibi Yüzbaşı bəyin köməyi ilə Qaraburqa dağından endi və Ağsu şəhərinin yaxınlığında düşərgə salmış qraf Valerian Zubovun hüzuruna gəldi. Qraf Valerian Zubov onu Mustafa xanın əvəzinə Şirvan xanı kimi tanıdı. Yenidən xan olmuş Qasım xan 1796-cı iləcən yenidən hakimiyyətdə qaldı. Ağaməhəmməd şah Qacarın hücumundan sonra yenidən Mustafa xanla əvəz olunmuşdur. Mustafa xanın Rusiya çarlığının hakimiyyətini qəbul etməsindən sonra Qasım xanla münasibətləri normallaşıb, Qasım xan Mustafa xanı İran mühacirliyi zamanı müşayiət edib. Mustafa xanın 1831-ci ildə Şirvana qayıtmasından sonra Qasım xanın ailəsi də geri dönüb.
Qasım xan 1828-ci ildə İranda və Bəhrud deyilən yerdə dəfn edilmişdir. 1793-cü ildə əmisi Ağası xanın qızı Kafiyyə xanımla (1766–1849) evlənmişdir. Övladları:
Şirvan xanı Qasım xanın xanlıq möhürü Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli tərəfindən aşkarlanmışdır.[8]