Nadir Əliyev (5 avqust 1952, Bakı) — film direktoru, direktor müavini, icraçı prodüser, inzibatçı, ikinci rejissor.
Nadir Əliyev | |
---|---|
Nadir Məmmədağa oğlu Əliyev | |
Doğum tarixi | 5 avqust 1952 (72 yaş) |
Doğum yeri | |
Atası | Məmmədağa Əliyev |
Fəaliyyəti |
Film direktoru kinorejissor |
Fəaliyyət illəri | 1970–h.h. |
IMDb | ID1979539 |
Nadir Əliyev 1952-ci ildə Bakıda anadan olub. 1970-ci ildən kino sahəsində fəaliyyət göstərən Əliyev, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kino direktor fakültəsində təhsil alıb. Kinoya olan marağı uşaqlıq illərinə təsadüf edən direktorun izlədiyi "Uzaq sahillərdə" filmi onu bu sahəyə yönəlməyə sövq etmişdir. Uzun müddətdir "Azərbaycanfilm" kinostudiyasında çalışır. Xarici film istehsalçılarının "Qafqaz rəsmləri" (2000, rejissor Ştefan Tolts / Almaniya) filminin direktoru, "Yaz ərəfəsi" (2001, rejissor Filip Bayon / Polşa, Fransa) filminin direktoru, "Dronqo" (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialının icraçı prodüseri, "Rus tərcüməsi" (2006, rejissor Aleksandr Çernyayev) serialının direktoru, "Sovet dövrünün parkı" (2006, rejissor Yuli Qusman / Rusiya) filminin icraçı prodüseri və aktyoru, "Vəsiyyət ilə nikah" (2009, rejissor Vasili Serikov) serialının direktoru kimi çalışıb. 2005-ci ildə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüşdür.