Prince of Persia — Ubisoft oyun şirkəti tərəfindən 2008-cü ildə yaradılan macəra oyunudur. Oyunun platformalar üçün müxtəlif adları vardır. Videooyun hazırlanmamışdan əvvəl "Prince of Persia 4"[2][3][4] və "Prince of Persia (Next-Gen)"[5][6][7] adları ilə tanınırdı. Həmçinin, rəsmi olmayan "Prince of Persia: Ghost of the Past" (ing. Fars Şahzadəsi: Keçmişin kabusu)[8][9][10] və "Prince of Persia: Prodigy" (ing. Fars Şahzadəsi: Möcüzə)[11][12][13] adları ilə saytlarda nəşr edilmişdir. Bundan başqa 2008-ci ildə "Game Informer" saytı "Prince of Persia: Heir Apparent" (ing. Fars Şahzadəsi: Birbaşa varis)[14] adı altında məqalə nəşr etdirmişdir.[15][16][17] Bir müddətdən sonra "Ubisoft" firması "Heir Apparent" adının videooyuna deyil, məqaləyə aid olduğunu bildirmişdi.[18][19]
Prince of Persia | |
---|---|
Hazırlayan | Ubisoft Montreal |
Yayımlayan | Ubisoft |
Distribüterlər | Ubisoft |
Seriya | Prince of Persia |
Anons tarixi | Ubisoft 2008 |
Buraxılış tarixi | 2008-ci il |
Janrlar | Action-adventure |
Texniki məlumat | |
Platformalar |
Xbox 360 PlayStation 3 Microsoft Windows Macintosh Mac OS X |
Mühərrik | Anvil |
Oyun rejimi | birnəfərli oyun[1] |
İnterfeysin dili | ingilis dili[1], fransız dili[1], italyan dili[1], alman dili[1], ispan dili[1], rus dili |
Daşıyıcı | optik disk, rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | geympad, kompüter klaviaturası, kompüter siçanı |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Səhrada qasırğa nəticəsində eşşəyi Farunu itirmiş Şahzadə yolunu itirir və gözəl bağın üzərində yerləşən ağac hündürlüyündə olan məbədi görür. Səhrada isə atasının gözətçiləri tərəfindən axtarılan Elika adlı qızla tanış olur. Şahzadə həmin gözətçilərin qarşısını alan zaman Elika onu məbədə çağırır. Məbəddə Elikanın atası Şahzadənin üzərinə hücum edir. Şahzadə onu məğlub edir və bu zaman Elikanın atası "Həyat ağacı"nı dağıdaraq Əhriman adlı qorxlu ruhu azad edir. Axriman əvvəllər yaxşı ruh Ormuzd tərəfindən burada dustaq kimi saxlanmışdır. Əhriman azad olan kimi bütün Yer üzünə qaranlıq çökdürür. Elika Şahzadəyə "Həyat ağacı"nın yenidən güclənməsi üçün onu qaranlıqdan təmiz etmək lazım olduğunu deyir. Axriman isə bu müddətdə hələ tam azadlıq qazana bilməmişdir. Elika macəralar boyu Şahzadəyə keçmişi haqqında danışır. Şahzadə öyərnir ki, Elikanın anası ölən zaman atası üçün böyük faciə olmuşdur. Elika ölən zaman atası Axriman ilə razılaşma imzalamış və bu razılaşmaya, əsasən, atası Axrimanı azad edərək qızını həyata qaytarmalıdır. Şahzadə də həyatından Elikaya danışır. Şahzadənin valideynləri müharibə zamanı ölmüş və Şahzadə qəbirlərin basqınçısı olmuşdur ki, yaşaya bilsin. Yolda böyük yük daşıyan zaman qasırğa baş vermiş və Şahzadə yolunu azmışdır. Elika isə uşaqlıqdan krallıqdan gedərək başqa ölkələri görmək istəyirdi. Amma Elika "Həyat ağacı"nı qoruyan Axurların Şahzadəsi olduğu üçün bunu edə bilmmişdir. "Həyat ağacı"nın faciəsindən sonra Elika birdəfəlik olaraq əhalisini qorumasına qərar verir. Elika bir müddət sonra tapır ki, Əhrimanla birlikdə dörd itaətçisinin və mindən çox döyüşçünün qaranlığa düçar edilmişdir. Şahzadə və Elika məbədə geri qayıdan zaman yenidən Elikanın atası peyda olur və onlara məğlub olur. Məğlub olan Elikanın atası aşağıya atlanaraq qaranlığa qərq olur. Bu hadisədən sonra Şahzadə Əhrimanla qarşılaşır. Şahzadə Əhriman ilə döyüşən zaman Elika "Həyat ağacı"na ruhunu verir. Bunu görən Şahzadə dörd ağacı və "Həyat ağacı"nı sındırıraq Elikanı həyata qaytarmaq üçün Əhrimanı azad edir. Şahzadə Elika ilə birlikdə məbəddən çıxır və məbədin dağıldığını görürlər. Əhriman yenidən həyata geri dönmüşdür.