Qaçaq Məmmədqasım

Qaçaq Məmmədqasım (18971967, Türkiyə) — Gəncə üsyanının təşkilatçılarından biri.

Qaçaq Məmmədqasım
Doğum tarixi
Doğum yeri Tomulu, Samux nahiyyəsi, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Elazığ, Türkiyə
Milliyyəti azərbaycanlı

1897-ci ildə Gəncə quberniyası Samux nahiyyəsinin Tomulu kəndində anadan olub.

Gəncə üsyanında iştirakı

[redaktə | mənbəni redaktə et]

Qaçaq Məmmədqasım yazırdı:”1920-ci il mayın 24-də bolşevik hökumətinə qarşı ilk üsyan Gəncədə alovlandı.Şəhərdə yerləşən bolşevik qərəgahını ələ keçirtdik. Yalnız ermənilərin himayəsi ilə bolşeviklər şəhəri top atəşinə tutmağa nail oldular. Mən Samuxdan 250 nəfər könüllü toplayaraq Gəncəyə qayıtmaq istəyirdim. Qarasaqqal ətrafında bolşeviklərin 500 nəfərlik dəstəsi ilə üzləşdik. İki saatlıq qanlı döyüşdə bolşeviklər darmadağın edildi. Bu döyüşdə 420 bolşevik əsgəri məhv edildi. Gəncəyə gəlib üsyançılarla birləşdik. Üsyanı Şeyx Cahangir bəy, Qaçaq Qənbər, Sarı Ələkbər, Tatoğlu Həsən idarə edirdilər. Gəncə üsyançıları bütün çətinliklərə baxmayaraq mətinliklə mübarizə aparırdılar. Lakin Gəncədə yaşayan ermənilər şəhər əhalisinə xəyanət etdi. Məhz bu xəyanətin nəticəsində üsyan amansızlıqla yatırıldı. Şəhərdən qaçmaq istəyən insanların bir yolu var idi. Onlar Quşqara çayını keçməli idilər. Üsyan günlərində elə bil təbiətdə Gəncədən üz döndərmişdi. Birinci dəfə idi Quşqara cayının belə daşdığının şahidi olurdum. Amansız sel minlərlə insanı öz ağuşuna alıb aparırdı. Xilas olmaq istəyən qız gəlinlər düşmənə təslim olmamaq üçün özlərini çaya atırdılar. Öz ismətlərini, namuslarını qoruyan qızlarımız heç nədən çəkinmədən özlərini ölümün ağuşuna atırdılar. Bu mənzərəni görmək çox dəhşətli idi. Üsyan amansızlıqla yatrıldı. Ancaq bu usyanın qığılcımı uzun illər davam etdi.”[1][2][3][4][5][6][7][8][9]

Üsyandan sonrakı fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Qaçaq Məmmədqasım 1933-cü ilin yanvar ayında İran ərazisinə keçir. Öz dəstəsi ilə İran ərazisində məskunlaşsa da, bolşeviklər yenə onlara qarşı təxribatlar törətməkdə davam edirdilər. 1933-cü ilin yayında Məmmədqasımın dəstəsində 8 nəfər müəmmalı şəkildə karvansarada öldürülür. Bunun təxribat olduğunu anlayan Məmmədqasım 1933-cü ilin oktyabrında İrandan Türkiyəyə keçir. Öz dəstəsi ilə Türkiyəyə keçən Məmmədqasım bir müddət sonra qardaşı Əsədlə Elazığ şəhərinə köçür. Qaçaq Məmmədqasım 69 yaşında 1967-ci ildə Elazığda vəfat edir.

  • Xanlar Bayramov. Samuxlu Qaçaq Məmmədqasım. Bakı: “Ləman Nəşriyyat Poliqrafiya” MMC, 2006;
  • Hanlar Bayramov. Samuhlu Kaçak Memmedkasım. Çevireni: Aysun Demirez Güneri. Ankara: Atatürk Araştırma Merkezi Yayınları, 2014.
  1. Nəbi, Ceyhun. "Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - I hissə". sozcu.az. 2023-10-23. 2024-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-08.
  2. Nəbi, Ceyhun. "Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - II hissə". sozcu.az. 2023-10-26. 2024-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-08.
  3. Nəbi, Ceyhun. "Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - III hissə". sozcu.az. 2023-10-27. 2024-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-08.
  4. Nəbi, Ceyhun. "Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - IV hissə". sozcu.az. 2023-10-28. 2024-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-08.
  5. Nəbi, Ceyhun. "Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - V hissə". sozcu.az. 2023-10-29. 2024-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-08.
  6. Nəbi, Ceyhun. "Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - VI hissə". sozcu.az. 2023-10-30. 2024-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-08.
  7. Nəbi, Ceyhun. "Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - VII hissə". sozcu.az. 2023-10-31. 2024-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-08.
  8. Nəbi, Ceyhun. "Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - VIII hissə". sozcu.az. 2023-11-01. 2024-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-08.
  9. Nəbi, Ceyhun. "Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - IX hissə". sozcu.az. 2023-11-02. 2024-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-08.