Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. (fevral 2023) |
Sadiq bəy Balacayev — Qax üsyançılarının başçısı. Qax üsyançılarının başçısı Sadiq bəy Balacayev həbs olunduqdan sonra 1930-cu il aprelin 27-də verdiyi ifadədə dediklərindən: «Üsyan başlanmazdan əvvəl (aprelin ilk günlərində) səhər tezdən mənim evimə Qax-Muğal kəndinin sakini Xəlil Musa oğlu Eminov gəldi və bildirdi ki, məni onun evində olan Molla Mustafa Şeyxzadə çağırır. O, mənə dedi ki, heç kimin görməməsi üçün bağların içi ilə gedim və bu barədə heç kimə heç nə deməyim. Mən Xəlilin tapşırdığı kimi etdim və tezliklə onun evində oldum. Məni Xəlil özü qarşıladı. Mustafa və başqaları oturan otağa deyil, heç kim olmayan otağa apardı. Molla Mustafa ilə otaqda kimin olduğunu bilmirdim. Lakin səsindən öz həmkəndlim Şabanı (Mahal İH-nin başçısı Ağamirovun kürəkəni) tanıdım. Bundan başqa Şabanın orada olmasını Xəlil özü də təsdiq etdi, lakin orada olan başqa adamlar haqqında heç nə demədi. Xəlil Molla Mustafanı mən olan otağa gətirdi. Bizi tək qoyub çıxıb getdi. Molla Mustafa ilə mən çoxdan tanışam. O, hələ ticarətlə məşğul olarkən onun Baş Şabalıddakı evində olmuşam. Onu deyə bilərəm ki, Molla Mustafa mənə yaxşı tanışdır. Molla Mustafaya sual verəndə ki, bu cür məxfilik nəyə lazımdır, o bildirdi ki, qeyri-leqal vəziyyətdədir, həbs olunmağından qorxduğu üçün gizlənir. Molla Mustafa maraqlandı ki, məni incidən və ya sıxışdıran varmı, hazırkı qayda-qanunla razıyammı? Cavab verdim ki, məni heç kim nə incidir, nə də sıxışdırır və hökumətə qarşı heç bir narazılığım yoxdur. Bu zaman Molla Mustafa başladı danışmağa, Sovet hakimiyyətinin devrilməsinin zəruri olduğunu bildirdi. Mən onun təklifindən boyun qaçırdım, lakin o, mənim bu işə qoşulmağıma təkid etdi və təklif etdi ki, silahlı dəstə yığım. Mən buna razı olmadım, lakin Molla Mustafa məni hədələdi ki, razı olmasam, son anda mənim üçün pis ola bilər. Axırda Molla Mustafa mənə aşağıdakıları dedi: «Bu haqda heç kim qətiyyən bilməməlidir, özün hazır olmalısan və silah tədarükü də görməlisən, mən isə kimə paylamaq lazım olduğunu sənə deyəcəyəm. Əgər mənə qulaq asmasan, sonra çox heyfsilənəcəksən. Mən bunlara baxmayaraq, razılıq vermədim…»[1]
Sadiq bəy Balacayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum yeri |